gundem / sosial
29.03.2020, 12:35
Sağalan xəstələr 8 gün boyunca virus yayır – Şok
Pekində xəstəxanalardan birində 28 yanvar-9 fevral tarixləri arasında koronavirus pandemiyasından sağalaraq evə buraxılan 16 xəstə üzərində araşdırma aparılıb.
DogruXeber.az xəbər verir ki, araşdırma nəticəsində sağalıb evə buraxılan xəstələrin daha 8 gün pandemiyanı yaymaqda davam etdikləri bəlli olub.
Mütəxəssislər bildiriblər ki, koronadan müalicə alan insan sağalsa da, virusun əlamətlərini bir müddət daşıyır. Bu müddətin 1-8 gün arası olduğu deyilir.
Buna görə də mütəxəssislər sağalan xəstələrə evə buraxıldıqdan sonra 14 gün özlərini karantində saxlamaları barədə xəbərdarlıq ediblər. /Axar.az/