ABŞ yeni düzən qurur: “Ümumdünya hökuməti”… – Sensasion şərh

ABŞ yeni düzən qurur: “Ümumdünya hökuməti”… – Sensasion şərh











ABŞ indidən gözümüzün qarşısında artıq koronavirusdan sonrakı dünyanın mənzərəsini yaratmağa başlayır. Çin Xalq Respublikasına qarşı iddiaların hazırlanmasıda məhz bu seriyadandır.

Bu sözləri rus ekspert Qriqori Trofimçuk Axar.az-a açıqlamasında ABŞ hüquqşünaslarının Çin hökumətini və ordusunu koronavirusa görə məhkəməyə verməsi və 20 trilyonluq təzminat istəməsi barədə danışarkən deyib. Ekspertin sözlərinə görə, bir çox ölkə hazırda ətraflarında nə baş verdiyini anlamır. Bəziləri isə Moldova kimi artıq sağ qalmaq mübarizəsindədir, çünki öz iqtisadiyyatlarını qorumaq üçün ciddi addımlar atmaq iqtidarında deyillər.

Trofimçukun sözlərinə görə, nadir istisnaları nəzərə almasaq, koronavirus bu və ya digər dərəcədə müstəqil siyasət aparan ölkələri, o cümlədən Avropa dövlətlərini vurur:

“Daha dəqiq desək, postsovet və Avroasiya məkanının yenidən qurulması prosesi davam edir, sadəcə olaraq fərqli üsullarla. Bəzi dövlətlər pandemiyadan sonra Qərb kreditləri ilə tilova keçiriləcək, digərləri isə bu istiqamətdə daha asılı vəziyyətə düşəcəklər. Burada əsas məsələ Vaşinqtonla Ər-Riyadın birlikdə neftin qiymətinin aşağı salınmasına nail olması və bunu hansı müddətə qədər nəzarətdə saxlaya biləcəkləridir. Əgər onlar bundan sonra da bu mövqedə qalmağa davam etsələr, bu, iki böyük gücün konkret dövlətləri, o cümlədən, postsovet məkanındakı ölkələri məhv etmək niyyətindən xəbər verəcək”.

Politoloq, həmçinin 11 sentyabr 2001-ci ildə Dünya Biznes Mərkəzinə edilən hücumdan sonra baş verənləri xatırladaraq deyib:

“ABŞ bu hadisəni “beynəlxalq terrorun” təzahürü olduğunu elan etdi və dünya ictimaiyyətini bu prosesi dəstəkləməyə təhrik etdi. Hazırda, 2020-ci ildə dünya idarəçiliyinin ikinci mərhələsi – əvvəlki kimi vahid mərkəzdən və daha texnoloji üsullarla idarəsinin yeni dövrü başlayır. Biz görürük ki, yenə də bütün dövlətlər başqası tərəfindən hazırlanan proqrama itaətlə əməl etməyə başlayıb. Bu azmış kimi, artıq baş verənləri koordinasiya edəcək “müvəqqəti” ümumdünya hökumətinin yaradılması çağırışları eşidilir. Daha sadə dillə desək, postsovet məkanı parçalanmağa davam edəcək. Əlbəttə ki, onlar birləşib birgə müqavimət göstərə bilərlər, lakin əslində bu, qeyri-real səslənir. Çünki bunun üçün ən azından aşağıdakı iki faktoru nəzərə almaq lazımdır: a) koronavirus təhdidini tibbi deyil, siyasi baxımdan ortaq dəyərləndirilməsi; b) birgə əks-tədbirlər həyata keçirmək (təkcə tibbi baxımdan deyil). Nə qədər ki, biz bir-birimizə virusa qalib gəlmək üçün məsləhətlər veririk, ABŞ öz strateji və qlobal məsələlərini həll edir”.

Tarix:30-03-2020, 12:05 Baxış Sayı:86 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı qeyd olunur
Daha bir marşrut xətti “BakuBus”a verildi
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
Ruhani İlham Əliyevə məktub göndərdi
Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM AÇIQLAMA
AzTV-də “sezon finalı”: Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”
Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO
İstifadəyə yararsız 70 kq ət aşkarlandı - Foto
Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb
Ölkədə nə qədər işsiz var?
Ağsu rayonun İcra Hakimiyyətindən təkzib
Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı
ŞAD XƏBƏR: Artıq 20-dən çox ölkə koronavirusa qalib gəlib, xəstə sayı sıfırdı- SİYAHI
Kəlbəcərin yeni icra başçısı “siftə elədi...” - Bizə də "Allah xeyir versin" demək qaldı...
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir
Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələrin məbləği açıqlandı
Malayziya Kralı Azərbaycan Prezidentini təbrik edib
Azərbaycanda icra başçısı karantinə alındı - İşçisi koronavirusa yoluxub
Nağdəliyevin 5 əməkdaşı işdən çıxarıldı - PA-da islahatlar

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla