“Virusa yoluxanların adları niyə açıqlanmır?” – Baş İnfeksionist açıqladı – MÜSAHİBƏ

“Virusa yoluxanların adları niyə açıqlanmır?” – Baş İnfeksionist açıqladı – MÜSAHİBƏ










Koronavirus pandemiyası Çinin Uhan şəhərində ilk dəfə qeydə alındığı qısa bir vaxtdan sonra sürətlə dünyada yayılmağa başladı. Ölkələrin əksəriyyətində virusla mübarizə məqsədi ilə məhdudiyyətlər qoyuldu, sərt tədbirlər görüldü. Ölkəmizdə də bu sahədə geniş miqyasda işlər həyata keçirilir. Lakin insanların məsuliyyətsizliyi ucbatından virus gündən-günə yayılmağa başlayır.

Bu və digər məsələlərlə bağlı Respublikanın baş infeksionisti, Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev konkret.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– İnsanlara dövlət tərəfindən evdə qalmaları tövsiyə olunur. Amma buna baxmayaraq insanların bir qismi məsuliyyətsizlik edərək, heç bir işi olmadığı halda yenə çölə çıxırlar. Bu problemlə necə mübarizə aparmaq olar ki, insanlar evdə qalsınlar?
– İnsanlar fikirləşməlidir ki, çölə çıxmaq yaxşı bir şey olsaydı, onlara bu məsləhət görülərdi. Amma bu ərəfədə özünü qorumayaraq çölə çıxmaq çox böyük təhlükədir. İnsanlar düşünə bilərlər ki, “Mən sağlamam, mən dözümlüyəm, mənə heç nə olmayacaq”- deyərək gəzə bilərlər. Bu, tamamilə yanlış yanaşmadır. Ola bilər ki, onun orqanizmi sağlamdır, güclüdür, çölə çıxıb gəzə bilər və ona xəstəlik yoluxarsa, yüngül keçirə bilər… Bəla da elə burasındadır ki, xəstəlik insan orqanizminə keçdiyi ilk vaxtlar heç bir simptom hiss etdirmir. Halbuki, o, artıq virus daşıyıcısıdır və virusa yoluxduqdan sonra başqalarına yoluxdurma ehtimalı daha çox olur. Bir düşünün, bu adam bilməyərəkdən yoluxur və evinə, ailəsinə gəlir və ailəsi yoluxarsa, onların orqanizmi dözümlü olmaya bilər. İmmuniteti zəif insanlar kifayət qədərdir və belə insanların xəstələnməsi onların ölümünə səbəb ola bilər. İnsan birinci özünü yox, ətrafındakıları və cəmiyyəti fikirləşməlidir. Bir insanın xəstələnməsi görün nə qədər insana ziyan verə bilər. Hamı bunu gözünün qarşısına gətirərək məsuliyyətli olmalıdır!
– Həkim, xəstəlik hansı hallarda hiss oluna bilər?
– Koronavirus insan orqanizmində özünü müxtəlif cür biruzə verə bilər. Yüngül, orta, ağır və s.
Məsələn, elə insan ola bilər ki, ilk vaxtlar boğazında qıcıqlanmalar hiss edir, daha sonra isə yüngül öskürür və sakitləşir. O, elə düşünür ki, keçib getdi. Çıxır çölə və gündəlik fəaliyyətinə davam edir. Onun getdiyi yerlərdə özü də bilmədən və istəmədən görüşdüyü insanların virusa yoluxmasına səbəb olur. Bu yoluxma onların həyatı bahasına başa gələ bilər…
– Məhdudiyyətləri və qaydaları pozanlar düşünürlər ki, “Bu xəstəlik yalandan ortaya atılıb. Əgər belə deyilsə, nəyə görə ölənlərin və yoluxanların ad-soyadları açıqlanmır?!”. Bunu deyən insanlara nə demək istəyərdiniz?
– Virusa yoluxanların ad-soyadını açıqlamağa nə ehtiyac var? Yoluxan insanların adlarını açıqlamaq etik cəhətdən düzgün deyil. İnsanlar görmür ki, bütün dünya bu problemlə mübarizə aparır? İtaliyada minlərlə insan vəfat edir. Bu kimin marağında ola bilər ki, yalan desin? Bu, təkcə bizdə deyil. Gördüyünüz kimi ümumdünya problemidir. Üstəlik mütəxəssislər bütün bu problemin həlli üçün durmadan çalışır, bu qədər vəsaitlər ayrılır, təbliğat videoları çəkilir, maarifləndirilmə işləri aparılır…
Niyə bəzi insanlar sərt qanunlar olduğunda deyilənlərə əməl etməyi seçirlər?! Niyə biz hər zaman zor, güc tələb edirik?! Dövlətimiz normal şəkildə tövsiyə edir ki, evinizdə qalın, virusla mübarizə aparılsın, xəstələr sağalsın, bir müddət sonra çıxın yenidən gəzin də nə qədər istəyirsinizsə.
– Bəzi ölkələrdə koronavirusa yoluxan həkimlərin sayı olduqca çoxdur. Virus aşkar ediləndən bu günə kimi, bizdə yoluxan həkim qeydə alınıb?
– Bu günə olan statistikaya görə yoxdur… /sfera.az/

Tarix:1-04-2020, 10:00 Baxış Sayı:131 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Hərbçilər Qərbi Azərbaycan əyalətinə hücum etdi
Azərbaycan daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı qeyd olunur
Daha bir marşrut xətti “BakuBus”a verildi
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
Ruhani İlham Əliyevə məktub göndərdi
Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM AÇIQLAMA
AzTV-də “sezon finalı”: Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”
Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO
İstifadəyə yararsız 70 kq ət aşkarlandı - Foto
Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb
Ölkədə nə qədər işsiz var?
Ağsu rayonun İcra Hakimiyyətindən təkzib
Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı
ŞAD XƏBƏR: Artıq 20-dən çox ölkə koronavirusa qalib gəlib, xəstə sayı sıfırdı- SİYAHI
Kəlbəcərin yeni icra başçısı “siftə elədi...” - Bizə də "Allah xeyir versin" demək qaldı...
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir
Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələrin məbləği açıqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla