Cavanşir Feyziyev və onun milyonları… – Bir az da millətdən oğurlanan pulları sayaq…

Cavanşir Feyziyev və onun milyonları… – Bir az da millətdən oğurlanan pulları sayaq…




Azərbaycan Respublikasının Nazirlər Kabineti Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları barədə qərar qəbul etdi.Bununla yanaşı insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edildi.
Təbii ki, bütün bunlar Azərbaycan hökuməti tərəfindən koronavirus epidemiyasının ölkədə kütləvi şəkildə yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir. Buna baxmayaraq yaranmış vəziyyətlə əlaqəli əhali arasında koronavirusla bağlı yayılan şaiyələrin aradan qalxdığını söyləmək mümkün deyil. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərərgahın yaydığı gündəlik rəsmi məlumatlardan başqa, dövrü mətbuatda və sosial şəbəkələrdə koronavirusla bağlı yayılan qeyri-ciddi məlumatlar əhali arasında çaşqınlıq yaradıb. Əslində əhali arasında yaranmış bu çaşqınlığın da səbəbi var.Bu da bir neçə ay oncə ölkənin dərman bazarında və apteklərdə su qiymətinə satılan bir sıra preparatların birdən birə bahalaşması ilə əlaqədardır .Digər səbəbi də bəzi dərman şirkətlərinin yaranmış bu durumdan yüksək qazanc əldə etmək məqsədilə atdığı çirkin addımlardır.
Ölkənin dərman preparatları və tibbi avadanlıqlar bazarının böyük hissəsinı əlinə almış “AvroMed” şirkətinin adı bu baxımdan birincilər sırasındadır.Koronavirus pandemiyasının yaıldığı ilk günlərdən bu şirkət ətrafında dolaşan söz-söhbətlər hələ də bitmir. Bir müddət öncə apteklərdən alınmayan tibbi spirt və maskaların birdən-birə yoxa çıxması və sonra dəyərindən qat-qat baha satılmasınin əsas səbəbkarı da məhz “AvroMed”oldu. Prezident İlham Əliyevin ölkədə yaranmış tibbi spirt və maska qıtlığına birbaşa müdaxiləsindən sonra apteklərə nəzarət artırıldı. Amma buna baxmayaraq əhalinın narahatçılığından istifadə edərək maska və tibbi spirti apteklərdə baha qiymətdən satışını bu gün də davam etdirərək böyük pullar qazananlar var.
Yuxarıda qeyd etiyimiz kimi, Nazirlər Kabineti artıq insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyətinin bu gündən 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılması barədə qərar çıxarıb.İndi hamı evdə oturub Nazirlər Kabinetindən növbəti qərar gözləyir.Dövlətin aztəminatlı ailələrə göstərəcəyi dəstək nələrdən ibarət olacaq,hələlik bəlli deyil. İqtisadiyyat naziri Mikayıl Cabbarov isə sahibkarlara dəyən ziyan barədə açıqlamalar verir. Sahibkarın biri elə “AvroMed” şirkətinin sahibi olan Cavanşir Feyziyevdir. Hazırda Cavanşir Feyziyev elə də qazanır,belə də. Həm tibbi spirti,maskanı və digər dərman preparatlarının qiymətlərini süni şəkildə qaldırmaqla,həm də dövlətin verdiyi sifarişləri həyata keçirməklə.
Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş dərman vasitələrının satınalması üzrə 30.03.2020-ci ildə keçirdiyi tenderdə “AvroMed” şirkəti ilə 29453854.92 manat dəyərində müqavilə bağlayıb.Məlum olduğu kimi şəkərli diabet xəstələri üçün lazım olan dərmanlar xəstələrə dövlət tərəfindən pulsuz verilir.”AvroMed” şirkətinin bu dərmanları haradan və hansı qiymətlərə alması burada maraq doğurur. Təkcə elə bu əməliyyatda “AvroMed”in qazancı,şirkətin heç də zərərlə işləmədiyindən xəbər vermirmi? Millət Vəkili, sahibkar olan Cavanşir Feyziyev bir ayın içində həm dərman preparatlarının qiymətlərini süni şəkildə qaldirmaqla,həm də 30 milyon manat civarında tender qazanırsa burada hansı zərərdən söhbət gedə bilər? Heç kimə sirr deyil ki,elə bu tender yolu ilə Cavanşir Feyziyev külli miqdarda gəlir əldə edəcək.Bəs evdə oturub dövlətdən yardım gözləyənlərin qazancı nə olacaq?
Söhbət gündəliyi 10-15 manat,aylığı heç 300 manata çatmayanlardan,kirayə pulunu verə bilməyənlərdən,bazarlarda piştaxta arxasında dayanıb uşaqlarına gündəlik çörəkpulu qazana bilməyənlərə dəyən ziyandan getməlidir. Amma “AvroMed” isə yaxın günlərdə Azərbaycanda vəziyyətin daha da kəskinləşə biləcəyini nəzərə alaraq, sonralar daha baha qiymətə satmaq üçün maska,tibbi spirt və digər tələbat dərmanlarının böyük hissəsini gizli anbarlarında saxladığına dair dövrü mətbuatda xəbərlər dolaşmaqdadır. (bizimdovr.az)

Tarix:3-04-2020, 16:26 Baxış Sayı:110 Kateqoriya:gundem / sosial / bolge
SON XƏBƏRLƏR
Hərbçilər Qərbi Azərbaycan əyalətinə hücum etdi
Azərbaycan daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı qeyd olunur
Daha bir marşrut xətti “BakuBus”a verildi
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
Ruhani İlham Əliyevə məktub göndərdi
Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM AÇIQLAMA
AzTV-də “sezon finalı”: Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”
Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO
İstifadəyə yararsız 70 kq ət aşkarlandı - Foto
Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb
Ölkədə nə qədər işsiz var?
Ağsu rayonun İcra Hakimiyyətindən təkzib
Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı
ŞAD XƏBƏR: Artıq 20-dən çox ölkə koronavirusa qalib gəlib, xəstə sayı sıfırdı- SİYAHI
Kəlbəcərin yeni icra başçısı “siftə elədi...” - Bizə də "Allah xeyir versin" demək qaldı...
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir
Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələrin məbləği açıqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla