Emin Hacıyev: "Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür"

Emin Hacıyev: "Bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür"













Milli Məclin Regional məsələlər komitəsinin onlayn rejimdə keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi və "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbayan Respublikası Qanununa dəyişiklik edilməsi barədə məsələlərə baxılıb.

DogruXeber.az xəbər verir ki, komitənin üzvü, millət vəkili Emin Hacıyev bu barədə Trend-ə açıqlama verib.

Onun sözlərinə görə, iclasda Ədliyyə Nazirliyinin təklifi əsasında bələdiyyə qulluqçuları ilə bağlı qanuna dəyişiklik edilməsi məsələsi də nəzərdən keçirilib.

E.Hacıyev qeyd edib ki, "Bələdiyyələrin statusu haqqında" Qanuna əsasən bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq, güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxildir:

"Buna baxmayaraq, həmin şəxslər gələcəkdə öz fəaliyyətini dövlət qulluqçusu kimi davam etdirərkən və ya əvvəllər əldə edilmiş dövlət qulluğu stajından irəli gələrək hər hansı təminat və ya güzəşt üzrə müraciət etdikdə onların bələdiyyə qulluğu stajı nəzərə alınmır. Buna görə də "Dövlət qulluğu haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarda müvafiq dəyişikliklərin edilməsi təklif olunur. Komitənin iclası zamanı da qeyd edildi ki, bu dəyişikliklər bələdiyyə qulluğunun və bütövlükdə bələdiyyələrin nüfuzunun artmasına xidmət edə bilər. Beləliklə, bu məsələlərin plenar iclasda müzakirəsi nəzərdə tutulur".

E.Hacıyev vurğulayıb ki, bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər labüddür:

"Hesab edirəm ki, bələdiyyələrlə bağlı, onların səlahiyyətləri ilə bağlı baxılmalı bir sıra məsələlər var. Dünya təcrübəsini öyrənməli, ən yaxşı nümunələri tətbiq etməliyik. Məsələn, Bələdiyyələrlə Mənzil İstismar Sahələrinin işinin əlaqələndirilməsi ilə bağlı dəyişikliklər edilə bilər".

Millət vəkili "Bələdiyyələrin su təsərrüfatı haqqında" qanunun müzakirəsi zamanı təmsil etdiyi Sumqayıt şəhərində çirkab suların axıdıldığı "Acı dərə" kanalı ilə bağlı məsələni gündəmə gətirəcəyini bildirib:

"Bu kanal Ceyranbatan ərazisindən başlayaraq Sumqayıt ərazisindən keçir. Onun boruya salınması istiqamətində müəyyən işlər görülüb, lakin bu, tam olaraq yekunlaşmayıb. Ümid edirəm ki, onun gələcək investisiya proqramlarına salınması mümkün olacaq və sumqayıtlıları narahat edən bu problem aradan qalxacaq".

Tarix:4-04-2020, 11:03 Baxış Sayı:93 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Hərbçilər Qərbi Azərbaycan əyalətinə hücum etdi
Azərbaycan daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı qeyd olunur
Daha bir marşrut xətti “BakuBus”a verildi
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
Ruhani İlham Əliyevə məktub göndərdi
Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM AÇIQLAMA
AzTV-də “sezon finalı”: Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”
Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO
İstifadəyə yararsız 70 kq ət aşkarlandı - Foto
Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb
Ölkədə nə qədər işsiz var?
Ağsu rayonun İcra Hakimiyyətindən təkzib
Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı
ŞAD XƏBƏR: Artıq 20-dən çox ölkə koronavirusa qalib gəlib, xəstə sayı sıfırdı- SİYAHI
Kəlbəcərin yeni icra başçısı “siftə elədi...” - Bizə də "Allah xeyir versin" demək qaldı...
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir
Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələrin məbləği açıqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla