DİN-dən maska və əlcək cəriməsi ilə bağlı AÇIQLAMA

DİN-dən maska və əlcək cəriməsi ilə bağlı AÇIQLAMA











Azərbaycanda koronavirus pandemiyası ilə bağlı zərurət olmadan evdən çıxmağın qadağan olunmasından sonra ən çox müzakirə olunan məsələlərdən biri də vətəndaşların tibbi maska və əlcəkdən istifadə edib-etməməsi məsələsi olub.

DogruXeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, virusun ölkəmizdə yayıldığı ilk günlərdə və hazırda da maska qıtlığının yaşanması müşahidə olunur. TƏBİB rəsmiləri bir neçə dəfə tibbi maska və əlcəyin vətəndaşları virusdan qorumadığını, bu vasitələrdən yalnız virusa yoluxmuş şəxslər və tibb heyətinin istifadə etməli olduğunu qeyd ediblər. Bu hal, həmçinin, daha çox risk altında olan tibb heyətini maska ilə təmin etməyə çətinlik yaratmaması üçün nəzərdə tutulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın karatin rejimi ilə bağlı açıqladığı qaydalar planında da maska və əlcəklə bağlı hər hansı tələb və ya tövsiyə qeyd olunmayıb.

Lakin son günlər polis əməkdaşlarının paytaxt, Sumqayıt və Abşeronda apardığı reydlər zamanı maska və əlcəkdən istifadə etməməyə görə vətəndaşları cərimələməsi haqda məlumatlar yayılmışdı. İnsanlar sosial şəbəkələrdə bundan narazılığını bildirirdi.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev də mətbuata açıqlamasında tibbi maska və əlcəkdən istifadə etmənin karantin rejiminin tələbi olduğunu bildirmişdi.

Daxili İşlər Nazirliyi artıq bu məsələyə bir daha aydınlıq gətirib.

Qurum rəsmisinin adından yayımlanan video açıqlamada qeyd edilib ki, maska və əlcəkdən istifadə etməməyə görə vətəndaş cərimə edilmir:

"Xüsusi karantin rejimində küçəyə çıxan şəxslərin əlcək geyinməməsinə və maska taxmamasına görə hüquqi məsuliyyət nəzərdə tutulmayıb".

Tarix:4-04-2020, 11:15 Baxış Sayı:158 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı qeyd olunur
Daha bir marşrut xətti “BakuBus”a verildi
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
Ruhani İlham Əliyevə məktub göndərdi
Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM AÇIQLAMA
AzTV-də “sezon finalı”: Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”
Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO
İstifadəyə yararsız 70 kq ət aşkarlandı - Foto
Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb
Ölkədə nə qədər işsiz var?
Ağsu rayonun İcra Hakimiyyətindən təkzib
Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı
ŞAD XƏBƏR: Artıq 20-dən çox ölkə koronavirusa qalib gəlib, xəstə sayı sıfırdı- SİYAHI
Kəlbəcərin yeni icra başçısı “siftə elədi...” - Bizə də "Allah xeyir versin" demək qaldı...
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir
Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələrin məbləği açıqlandı
Malayziya Kralı Azərbaycan Prezidentini təbrik edib
Azərbaycanda icra başçısı karantinə alındı - İşçisi koronavirusa yoluxub

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla