Azərbaycan şəhərində dəhşət: ərzaq yox, qadağa sərtləşdi...

Azərbaycan şəhərində dəhşət: ərzaq yox, qadağa sərtləşdi...





Fevralın 25-dən İraqda bütün məktəblər tətilə çıxdı, martın 17-si isə müəyyən olmayan tarixə qədər küçəyə çıxma qadağası elan edildi.

Bu sözləri Axar.az-a açıqlamasında kərküklü jurnalist, yazar Məhməd Salehi İraqda, xüsusilə Kərkükdə koronavirusa görə atılan addımlardan danışarkən deyib. O bildirib ki, insanlar bir-birinə yardım edərək yaranmış durumun çətinliyindən yaxa qurtarmağa çalışırlar:

“Bir müddət sonra qadağanın aprelin 11-nə, daha sonra isə aprelin 19-na qədər uzadıldığı elan edildi. Martın 17-dən başladılan qadağanın 1 aydan çox uzanması insanların həyatına çox mənfi təsir göstərib. Hər şey qadağan edilib. Kərkükdə benzin yoxdur, insanın hər hansı problemi olarsa, evdən necə çıxa bilər, bilmirik. Mağazalar hamısı bağlıdır. Ərzaq dükanlarının fəaliyyətinə gün ərzində 2 saat icazə verilir. İnsanların bu dükanlara getməsi üçün maşın yoxdur. Mal gəlmir. Çünki martın 17-dən Kərkükə giriş-çıxış bağlıdır. İnsanın başına hər hansı fövqəladə hadisə gəlir, amma məhkəmə yoxdur ki, müraciət etsin. Xəstəxanaya getmək istəyirsə, bu da alınmır. Həyat tamam iflic olub. Günəmuzd işləyən insanların durumu isə daha acınacaqlıdır. Bu insan necə yaşamalıdır?”

Türkman yazar xüsusi karantin rejiminin yalnız koronavirusla əlaqədar olmadığını da bildirib:

“Küçəyə çıxma qadağasının bu qədər ciddi olmasının yalnız koronavirusla bağlı olduğunu düşünmürük. Bu durumun siyasi tərəfləri də var. ABŞ əsgərləri buradan çəkildi, Kərkükdəki K-1 bazası boşaldıldı, ABŞ səfirliyi və konsulluq bağlandı. ABŞ deyir ki, mən şiə milislərini vuracağam, onları İraqda istəmirəm. Görəsən, bu durumda küçəyə çıxma qadağasının tətbiq olunması məhz virusla əlaqədardır, ya siyasi tərəfi də var?"



Tarix:4-04-2020, 17:53 Baxış Sayı:105 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət veriləcək
Prezident “N” saylı hərbi hissədə
Metro yenidən bağlana bilər? – Rəsmi açıqlama
TƏRTƏR Olimpiya İdman Kompleksinin açılışı OLDU!
Əbülfəs Qarayevlə səfir xanımın inanılmaz işbirliyi – 500 min avro...
Yol polisindən əhaliyə XƏBƏRDARLIQ
Xırdalanda ağac qətliamı: sakinlər etiraz edir - Foto
Prezident İlham Əliyev Tərtər rayonundadır
Səhiyyə Nazirliyinin vəzifələri artırıldı
"COVİD-19 -a yoluxmuş insanların şəxsiyyət vəsiqələrinə möhür vurula bilər" - Baş infeksionistdən AÇIQLAMA
Arvadını 5-ci mərtəbədən atan Ramiz Taxveli barədə QƏRAR VERİLDİ
Dəmir yolu stansiyalarında pulsuz velosiped dayanacaqları quraşdırılır - FOTO
Mehmanın vəziyyəti ilə bağlı SON XƏBƏR
Toy və yas mərasimlərinin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər -AÇIQLAMA
Avropa ölkələri Ermənistana uçuş qadağası qoydu
DYPX-nin əməkdaşı azyaşılı uşağın həyatını necə xilas etdi-Video/Foto
Gəncədə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə uğurla davam etdirilir
Hava nəqliyyatının bərpasıyla bağlı rəsmi AÇIQLAMA
Arif Məlikovun abidəsi ucaldılıb - FOTOLAR
Keçmiş məmur qızı vətəndaşı küçə söyüşləri ilə təhqir etdi
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
Bakıda "Mall"lara bu şəxslərin girişi qadağandır
Bibiheybət yolu AÇILIR: tarix bəlli oldu
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib
İlham Əliyev Sumqayıta altı milyon manat ayırdı - SƏRƏNCAM
Əli Həsənovun oğlu işdən çıxarıldı
Bu ölkə Azərbaycanla sərhədini açdı
“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kitab Sovqatı” aksiyası keçirib
Prezident İlham Əliyev fərman imzaladı
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla