Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı

Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı











Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli “Yaşıllıqların götürülməsi Qaydası”na əsasən ağac kəsilməsinə görə məsuliyyət ümumiyyətlə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar, əkinlər istisna olmaqla digər sahələrə şamil edilir. İctimai obyekt, avtotexniki xidmət məntəqələri və bu kimi yaşayış məntəqələri xüsusi mülkiyyətdədirsə və orada ağac kəsilirsə, o zaman şəxsə cərimə tətbiq edilir.

Amma həyətyanı və bağ sahəsindəki ağaclar kəsilirsə, buna cərimə tətbiq olunmur - Elə bu son istisnadan da sui-istifadə edilir. Necə, hansı üsulla istifadə edildiyini indi açıqlayırıq.

Bərdə rayonunda Tərtər çayının kənarında aşkarladığımız birinci ağac emalı sexi Məhərrəm adlı fiziki şəxsə və rayonun Zümürxan kəndi ərazisində aşkarladığımız ikinci ağac emalı sexi isə Mirzəxan kənd sakini Nizami adlı fiziki şəxsə məxsusdur. Redaksiyamıza sözügedən sexlərdə qanunsuz kəsilmiş ağacların emal edilməsi barədə informasiya daxil olan kimi araşdırma aparmaq üçün ardıcıllıqla həmin ünvanlara yollandıq. Sexlərin işçiləri bizə heç bir məlumat vermədiklərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sözçüsü Raquf Mirzəyevlə telefon əlaqəsi saxladıq. Onun məsələyə müdaxiləsi ilə hadisə yerinə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Nəcəfov Eyvaz adlı baş mütəxəssisi və Əliyev Vaqif adlı başqa bir əməkdaşı göndərildi. E.Nəcəfov fiziki şəxs kimi fəaliyyət göstərən və baxış keçirilərkən sexində 39,83 m3 həcmdə yaş ağac aşkarlanmış Məhərrəmin müharibə əlili olduğunu xatırlatdı və onun “üstünə çox getməməyi” bizə məsləhət gördü. Ona qahmar çıxaraq bizə “sənədlər” göstərdi.

Tanış olduğumuz birinci “sənəd” Zaqatala rayonunun Bəhmətli kənd bələdiyyəsinin sədrinin həmin kəndin sakini Əhmədova Təranə Ağabəy qızına verdiyi 12 fevral 2020-ci il tarixli arayışdır. Arayış təsdiqləyir ki, həqiqətən də vətəndaş Əhmədovanın pay torpağında 32 ədəd çinar, 3 ədəd yalanqoz ağacları var və onun özünə məxsusdur.


İkinci “sənəd” isə Qax rayonunun Zəyəm kənd sakini Məmmədova Rəbiyyət Əmrah qızının torpaq sahəsinin ləğv olunmuş Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon Şöbəsi tərəfindən vaxtilə təsdiqlənmiş koordinatları idi.
Beləliklə, biz qeyd olunan “sənədlərə” baxıb kor-koranə inanmalıyıq ki, həqiqətən də vətəndaş T.Əhmədovanın həyətindəki ağaclar daha havaya oksigen buraxmaq qabiliyyətlərini itiriblərmiş və satılmaqdan, yaxud da yandırılmaqdan başqa heç bir işə yaramırmış. Aralarında alqı-satqı müqaviləsinin olub-olmadığını soruşmadan gözüyumulu inanmalıyıq ki, T.Əhmədova ağaclarını başqa heç kimə yox, məhz Məhərrəmə satıb. Həmçinin andsız – Quransız inanmalıyıq ki, fevralın 12-dən martın axırınadək ötən müddət ərzində Məhərrəm bəy həmin bələdiyyə arayışını özünü sığortalamaq üçün əlində növbətçi “ehtiyat sənəd” kimi saxlayaraq xəlvət işlər görməyib. Axı heç də hər gün onun sexinə təbiət təəssübkeşi olan jurnalistin yolu düşmür. Hər gün o həndəvərlərdə monitorinq aparmaq vəzifəsini yuxarıda adını çəkdiyimiz məmur Vaqif Əliyev daşıyır ki, onun da necə işləməsi barədə məlumatlar birmənalı deyildir. Yerli sakinlərin sözlərinə görə, Vaqifin faktiki işi sexlərdən mütəmadi “haqq” toplamaqdan ibarətdir (Hərçənd, bu məlumat Eyvaz Nəcəfov tərəfindən təkzib edilmişdir).

Yuxarıda apardığımız mülahizələr Zəyəm kənd sakini R.Məmmədova üçün də keçərlidir. Üstəlik, sübut olunmalıdır ki, həqiqətən də onun ölçüləri-cizgiləri təsdiqlənmiş torpaq sahəsində ağacları varmış, onlar da kəsilib “pilorama” sahibkarına satılıb və hətta sexlərin ərazisində olan ağaclar da qanunsuz olaraq kəsilib.

İstisna deyil ki, T.Əhmədova və R.Məmmədova kimi torpaq sahələrində ağaclar olmuş şəxslərə verilmiş arayışların üzü rüşvətxor ekologiya işçiləri tərəfindən çoxaldılaraq kserosurətləri dar ayaqda jurnalistə və ya başqa israrlı təbiətsevərlərə göstərmələri üçün “pilorama” sahiblərinə paylanılıb. Hələlik subyektiv də olsa, belə bir qənaətə gəlməyimizin yeri vardır. Axı, vətəndaş cəmiyyətinin belə natamam sənədlərin dövriyyəsini izləmək üçün heç bir mərkəzləşdirilmiş informasiya resursu yoxdur.

O ki, qaldı sahibkar Nizami bəyin Zümürxan kəndində işlətdiyi ağac sexində aşkarlanan materiala, o barədə Eyvaz Nəcəfov bildirdi ki, həmin material Bərdənin Hacıbəyli kənd sakinlərinin iki həyətindən qanuni onlara məxsus olmuş və kəsilərək Nizamiyə satılmış 50 ağacdır. E.Nəcəfli həmçinin qeyd etdi ki, Qax və Zaqatala rayonlarının yuxarıda adları çəkilən kəndlərində kəsilmiş ağacların aqibəti ilə bağlı aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə sorgu göndərilib və həmin idarədən alınacaq cavab redaksiyamıza da göndəriləcək.
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı











9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur müəllim hazırki vəzifəsində təzə kadr hesab olunur. Onun ola bilsin ki, ərazidə baş verənlərdən təfərrüatı ilə xəbəri yoxdur. Bizim çıxardığımız nəticə budur: Azərbaycan insanına koronavirus bəlası yetişməzdən xeyli qabaq Azərbaycan ekologiyasına korrupsiyavirus xəstəliyi gəlmişdir. Ümidvarıq ki, bu yazdıqlarımız hörmətli rəisi düşünməyə və Eyvaz Nəcəfli – Vaqif Əliyev cütlüünün fəaliyyətini yenidən qimətləndirməyə vadar edəcək.
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı

Tarix:6-04-2020, 01:06 Baxış Sayı:141 Kateqoriya:gundem / sosial / bolge / maraqli
SON XƏBƏRLƏR
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət veriləcək
Prezident “N” saylı hərbi hissədə
Metro yenidən bağlana bilər? – Rəsmi açıqlama
TƏRTƏR Olimpiya İdman Kompleksinin açılışı OLDU!
Əbülfəs Qarayevlə səfir xanımın inanılmaz işbirliyi – 500 min avro...
Yol polisindən əhaliyə XƏBƏRDARLIQ
Xırdalanda ağac qətliamı: sakinlər etiraz edir - Foto
Prezident İlham Əliyev Tərtər rayonundadır
Səhiyyə Nazirliyinin vəzifələri artırıldı
"COVİD-19 -a yoluxmuş insanların şəxsiyyət vəsiqələrinə möhür vurula bilər" - Baş infeksionistdən AÇIQLAMA
Arvadını 5-ci mərtəbədən atan Ramiz Taxveli barədə QƏRAR VERİLDİ
Dəmir yolu stansiyalarında pulsuz velosiped dayanacaqları quraşdırılır - FOTO
Mehmanın vəziyyəti ilə bağlı SON XƏBƏR
Toy və yas mərasimlərinin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər -AÇIQLAMA
Avropa ölkələri Ermənistana uçuş qadağası qoydu
DYPX-nin əməkdaşı azyaşılı uşağın həyatını necə xilas etdi-Video/Foto
Gəncədə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə uğurla davam etdirilir
Hava nəqliyyatının bərpasıyla bağlı rəsmi AÇIQLAMA
Arif Məlikovun abidəsi ucaldılıb - FOTOLAR
Keçmiş məmur qızı vətəndaşı küçə söyüşləri ilə təhqir etdi
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
Bakıda "Mall"lara bu şəxslərin girişi qadağandır
Bibiheybət yolu AÇILIR: tarix bəlli oldu
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib
İlham Əliyev Sumqayıta altı milyon manat ayırdı - SƏRƏNCAM
Əli Həsənovun oğlu işdən çıxarıldı
Bu ölkə Azərbaycanla sərhədini açdı
“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kitab Sovqatı” aksiyası keçirib
Prezident İlham Əliyev fərman imzaladı
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla