Bu kreditlərə təminat veriləcək – Prezident fərman verdi

Bu kreditlərə təminat veriləcək – Prezident fərman verdi











“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib.

DogruXeber.az verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədin 1.1-ci bəndinə “güzəştli kreditlərin” sözlərindən sonra “, təminatların” sözü əlavə edilib.

Həmin bənddə yazılırdı ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi bu Əsasnaməyə uyğun olaraq, kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.

Bundan sonra isə Agentlik müvafiq sahədə təminatlar da verəcək.

Sənədin 2.0.3-cü yarımbəndinə isə “kreditlər” sözündən sonra “və həmin kreditlərə təminat” sözləri əlavə olunub.

Sənədin əvvəlki variantında qeyd olunurdu ki, aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq etmək, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatları vasitəsilə kreditlər vermək Agentliyin fəaliyyət istiqamətidir.

Prezidentin fərmanı ilə edilən dəyişikliyə əsasən isə, 2.0.3 yarımbəndində nəzərdə tutulan kreditlərə təminat da verilməsi vurğulanıb.

Sənədə aşağıdakı məzmunda 3.0.1-1-ci yarımbənd əlavə edilib:

“Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini təmin etmək”.

Tarix:8-04-2020, 17:43 Baxış Sayı:146 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət veriləcək
Prezident “N” saylı hərbi hissədə
Metro yenidən bağlana bilər? – Rəsmi açıqlama
TƏRTƏR Olimpiya İdman Kompleksinin açılışı OLDU!
Əbülfəs Qarayevlə səfir xanımın inanılmaz işbirliyi – 500 min avro...
Yol polisindən əhaliyə XƏBƏRDARLIQ
Xırdalanda ağac qətliamı: sakinlər etiraz edir - Foto
Prezident İlham Əliyev Tərtər rayonundadır
Səhiyyə Nazirliyinin vəzifələri artırıldı
"COVİD-19 -a yoluxmuş insanların şəxsiyyət vəsiqələrinə möhür vurula bilər" - Baş infeksionistdən AÇIQLAMA
Arvadını 5-ci mərtəbədən atan Ramiz Taxveli barədə QƏRAR VERİLDİ
Dəmir yolu stansiyalarında pulsuz velosiped dayanacaqları quraşdırılır - FOTO
Mehmanın vəziyyəti ilə bağlı SON XƏBƏR
Toy və yas mərasimlərinin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər -AÇIQLAMA
Avropa ölkələri Ermənistana uçuş qadağası qoydu
DYPX-nin əməkdaşı azyaşılı uşağın həyatını necə xilas etdi-Video/Foto
Gəncədə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə uğurla davam etdirilir
Hava nəqliyyatının bərpasıyla bağlı rəsmi AÇIQLAMA
Arif Məlikovun abidəsi ucaldılıb - FOTOLAR
Keçmiş məmur qızı vətəndaşı küçə söyüşləri ilə təhqir etdi
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
Bakıda "Mall"lara bu şəxslərin girişi qadağandır
Bibiheybət yolu AÇILIR: tarix bəlli oldu
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib
İlham Əliyev Sumqayıta altı milyon manat ayırdı - SƏRƏNCAM
Əli Həsənovun oğlu işdən çıxarıldı
Bu ölkə Azərbaycanla sərhədini açdı
“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kitab Sovqatı” aksiyası keçirib
Prezident İlham Əliyev fərman imzaladı
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla