Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir

Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir











Rusiyanın Dövlət Duması vətəndaşlıqla bağlı yeni qanun layihəsinin müzakirəsinə hazırlaşır.

“İnterfaks”ın xəbərinə görə, qanun layihəsi qəbul edilərsə, Rusiya vətəndaşlığı almaq istəyən əcnəbilər mövcud olan vətəndaşlıqdan imtina etməyə bilərlər.

Hazırkı qanunvericiliyə əsasən, Rusiya ərazisində vətəndaşlıq və ya müvəqqəti yaşama icazəsi üçün müraciət etdiyi gündən beş il müddətinə bu ərazidə yaşayan əcnəbilər vətəndaşlıq ala bilərlər.

Rusiya Federasiyasında daimi yaşayan və rus dilini ana dili səviyyəsində bilən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər də Rusiya vətəndaşlığını sadələşdirilmiş formada almaq hüququna malikdirlər.

Yeni qanun layihəsinə görə, 18 yaşına çatmış və vətəndaşlığı olmayan şəxslər, SSRİ vətəndaşı olduqda, SSRİ-nin tərkibində olan dövlətlərdə yaşamış və yaşadıqları bu dövlətlərin vətəndaşlığını almamış şəxslər sadələşdirilmiş prosedurdan istifadə edə bilərlər.

Eyni zamanda, Rusiya Federasiyasının ərazisində müvəqqəti və ya daimi yaşayan şəxslər ölkə ərazisində yaşayan RF vətəndaşı ilə evlənibsə və bu evlilikdən ortaq övladları varsa, onlar da vətəndaşlıq ala bilərlər.

Bundan əlavə, qanun layihəsinə görə, Rusiyada daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ən azı üç il Rusiya Federasiyasında yaşayan bir Rusiya vətəndaşı ilə evli olduqları təqdirdə, sadələşdirilmiş prosedurdan istifadə edə bilərlər.

Qanun layihəsi Rusiyada iş müddətinin üç ildən bir ilədək azaldılmasını təklif edir, bundan sonra Rusiya Federasiyasının akkreditə olunmuş təhsil və ya elmi təşkilatlarında peşə təhsili almış şəxslər 1 iyul 2002-ci il tarixindən sonra Rusiya vətəndaşlığını almağın sadələşdirilmiş prosedurundan dəyərlənə bilərlər. (interaz)

Tarix:8-04-2020, 17:47 Baxış Sayı:113 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət veriləcək
Prezident “N” saylı hərbi hissədə
Metro yenidən bağlana bilər? – Rəsmi açıqlama
TƏRTƏR Olimpiya İdman Kompleksinin açılışı OLDU!
Əbülfəs Qarayevlə səfir xanımın inanılmaz işbirliyi – 500 min avro...
Yol polisindən əhaliyə XƏBƏRDARLIQ
Xırdalanda ağac qətliamı: sakinlər etiraz edir - Foto
Prezident İlham Əliyev Tərtər rayonundadır
Səhiyyə Nazirliyinin vəzifələri artırıldı
"COVİD-19 -a yoluxmuş insanların şəxsiyyət vəsiqələrinə möhür vurula bilər" - Baş infeksionistdən AÇIQLAMA
Arvadını 5-ci mərtəbədən atan Ramiz Taxveli barədə QƏRAR VERİLDİ
Dəmir yolu stansiyalarında pulsuz velosiped dayanacaqları quraşdırılır - FOTO
Mehmanın vəziyyəti ilə bağlı SON XƏBƏR
Toy və yas mərasimlərinin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər -AÇIQLAMA
Avropa ölkələri Ermənistana uçuş qadağası qoydu
DYPX-nin əməkdaşı azyaşılı uşağın həyatını necə xilas etdi-Video/Foto
Gəncədə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə uğurla davam etdirilir
Hava nəqliyyatının bərpasıyla bağlı rəsmi AÇIQLAMA
Arif Məlikovun abidəsi ucaldılıb - FOTOLAR
Keçmiş məmur qızı vətəndaşı küçə söyüşləri ilə təhqir etdi
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
Bakıda "Mall"lara bu şəxslərin girişi qadağandır
Bibiheybət yolu AÇILIR: tarix bəlli oldu
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib
İlham Əliyev Sumqayıta altı milyon manat ayırdı - SƏRƏNCAM
Əli Həsənovun oğlu işdən çıxarıldı
Bu ölkə Azərbaycanla sərhədini açdı
“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kitab Sovqatı” aksiyası keçirib
Prezident İlham Əliyev fərman imzaladı
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla