Abşeronda hər gün dezinfeksiya işləri aparılır

Abşeronda hər gün dezinfeksiya işləri aparılır












Respublikamızın bütün ərazilərində olduğu kimi Abşeron rayonunda da koronavirus (COVID-19) infeksiyası ilə bağlı epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı, önləyici, profilaktik tədbirlər də təxirə salınmadan həyata keçirilir. Rayon icra hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tərtib etdiyi qrafik əsasında hər gün dezinfeksiya işləri aparılıb. Gigiyena və Epidemiologiya Mərkəzinin və Mənzil-Kommunal İstismar sahələrinin əməkdaşları tərəfindən bu gün də Xırdalan şəhəri də daxil olmaqla, rayonun Fatmayı, Görədil, Qobu, Hökməli, Güzdək kəndlərində də geniş dezinfeksiya tədbirləri görülüb. Xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyulub, sözügedən ərazilərdəki dayanacaqlar, ödəniş terminalları və bankomatlar, o cümlədən fərdi yaşayış evlərinin ətrafları dezinfeksiya olunub.

Rayon ərazisində həyata keçirilən “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya bu gün də uğurla davam etdirilib. Belə ki, aksiya ilə bağlı RİH-də yaradlılan qərargaha 55 çağırış edilib. Ahıllar ərzaq məhsullarının, dərman vasitələrinin alınıb verilməsini, kommunal xidmət haqqlarının ödənilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş edib. Onların hər birinin yaşadığı ünvana gedilərək lazimi xidmətlərlə təmin edilib. Bununla da sosial xidmət göstərilən ahılların ümumi sayı 189-a çatıb.

Qeyd edək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə “könüllü qərargahı” yaradılıb. Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir.

Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)

#böyüklərimiziqoruyaq #Covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü
Abşeronda hər gün dezinfeksiya işləri aparılır
Abşeronda hər gün dezinfeksiya işləri aparılır
Abşeronda hər gün dezinfeksiya işləri aparılır
Abşeronda hər gün dezinfeksiya işləri aparılır
Abşeronda hər gün dezinfeksiya işləri aparılır

Tarix:9-04-2020, 12:19 Baxış Sayı:92 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət veriləcək
Prezident “N” saylı hərbi hissədə
Metro yenidən bağlana bilər? – Rəsmi açıqlama
TƏRTƏR Olimpiya İdman Kompleksinin açılışı OLDU!
Əbülfəs Qarayevlə səfir xanımın inanılmaz işbirliyi – 500 min avro...
Yol polisindən əhaliyə XƏBƏRDARLIQ
Xırdalanda ağac qətliamı: sakinlər etiraz edir - Foto
Prezident İlham Əliyev Tərtər rayonundadır
Səhiyyə Nazirliyinin vəzifələri artırıldı
"COVİD-19 -a yoluxmuş insanların şəxsiyyət vəsiqələrinə möhür vurula bilər" - Baş infeksionistdən AÇIQLAMA
Arvadını 5-ci mərtəbədən atan Ramiz Taxveli barədə QƏRAR VERİLDİ
Dəmir yolu stansiyalarında pulsuz velosiped dayanacaqları quraşdırılır - FOTO
Mehmanın vəziyyəti ilə bağlı SON XƏBƏR
Toy və yas mərasimlərinin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər -AÇIQLAMA
Avropa ölkələri Ermənistana uçuş qadağası qoydu
DYPX-nin əməkdaşı azyaşılı uşağın həyatını necə xilas etdi-Video/Foto
Gəncədə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə uğurla davam etdirilir
Hava nəqliyyatının bərpasıyla bağlı rəsmi AÇIQLAMA
Arif Məlikovun abidəsi ucaldılıb - FOTOLAR
Keçmiş məmur qızı vətəndaşı küçə söyüşləri ilə təhqir etdi
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
Bakıda "Mall"lara bu şəxslərin girişi qadağandır
Bibiheybət yolu AÇILIR: tarix bəlli oldu
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib
İlham Əliyev Sumqayıta altı milyon manat ayırdı - SƏRƏNCAM
Əli Həsənovun oğlu işdən çıxarıldı
Bu ölkə Azərbaycanla sərhədini açdı
“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kitab Sovqatı” aksiyası keçirib
Prezident İlham Əliyev fərman imzaladı
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla