sizin reklam burada
13 apr 2020, 10:59 | gundem / sosial / bolge / maraqli
Biləsuvar İcra Hakimiyyətinin qərəzli mövqeyinə qarşı münasibət-Video

Biləsuvar İcra Hakimiyyətinin qərəzli mövqeyinə qarşı münasibət-Video





Xalqını,dövlətini və millətini sevən hər bir kəs vəzifəsindən asılı olmayaraq gördüyü hər bir işi vicdanla,haqla və ədalətlə yerinə yetirməlidir. Hərçənd ki,dövrümüzdə bu cür insanların sayı demək olar ki,hədsiz dərəcədə azdır. Kimsəsizlərə,yetimlərə və ən nəhayət çarəsiz durumda olan şəxslərə yardım göstərmək hər bir şəxsin insanlıq borcudur. Bu cür ağır missiyanı üzərinə götürüb və layiqincə icra edən bir agentliyin rəhbərinin ünvanına müəyyən maraqlar qarşılığında ləkə yaxmağa çalışan redaksiyaya ar olsun.

Belə ki,bir neçə gün öncə DogruXeber.az informasiya agentliyinin redaksiyasına Biləsuvar rayon Bəydili kənd sakini Rzayev İqrar Yolçuxan oğlu tərəfindən video müraciət daxil olmuşdur. Müraciətdə vətəndaş ”2016-cı ildən bu günə qədər ünvanlı sosial yardım ala bilmirəm və 7 ailə üzvü ilə vəziyyətim olduqca ağır durumdadır,bununla bağlı dəfələrlə rayon İH-nə və digər orqanlara müraciət etmişəm, amma təəssüflər olsun ki,dərdimizə əlac edən bir orqan olmayıb” deyə İ.Rzayev bildirmişdir. Onun sözlərinə görə DSMF-un əməkdaşı Qabil Qədir oğlu adlı şəxs,sosial yardım almaq üçün kartını ondan alaraq bildirib ki,bir ildən sonra yenidən müraciət edərsən.

Vəziyyətlə barışmayan İ.Rzayev bir neçə dövlət qurumlarına məsələ ilə bağlı müraciət edib. Bundan xəbərdar olan Q.Qədir oğlu vətəndaşla şəxsi prinsip apararaq işin həll olunmasına süni əngəllər yaratmışdır. İ.Rzayevin sözlərinə görə Q.Qədir oğlu açıq-aydın şəkildə bildirib ki,şikayət etdiyi üçün ona heç bir köməklik olunmayacaq. Beləliklə də çarəsiz durumda qalan kənd sakini İ.Rzayev ailəsinin ağır vəziyyətdə olduğu şəraiti videolentə alaraq, redaksiyamıza göndərmişdir. DogruXeber.az informasiya agentliyinin nəzdində fəaliyyət göstərən MUM.Tv Youtube kanalımızda,”Bilasuvar rayon İcra başçısı hara baxır?” -başlığı altında video görüntünü yayımlamışdıq.

Üzərindən bir gün keçdikdən sonra sosial mediada politranews.az saytında barəmizdə xoş olmayan ifadələr işlədilərək, qərəzli yazı dərc olunmuşdur. Hesab edirik ki,yazını dərc edən redaksiya müəyyən qanarlar əldə etdikləri üçün,başçının yarıtmaz fəaliyyətini içtimaiyyətə yaxşı kimi təqdim etməyə çalışıb. Sözügedən redaksiya etdiyi ilk həmləsində “Biləsuvar Rayon İcra Hakimiyyətinin təkzibi” başlığı ilə yazı dərc etmişdir. Əlbətdə ki,sifariş əsasında dərc olunan yazıda barəmizdə bir çox iftira,yalan və böhtan xarakterli məlumatlar qeyd olunmuşdur. Təbii ki,böyüklüyümüzdən irəli gəldiyi üçün, redaksiyanın maddiyat baxımından boyunduruq altında olduğunu anladığımız üçün bu dəfə üzərindən səthi olaraq keçirik...!

Amma,qısa olaraq yazıda qeyd olunan bir neçə məsələyə aydınlıq gətirilməsini zəruri hesab edirik. Belə ki,hər iki tərəf bizi,”ölkə rəhbərinin yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağrışlarından sui-istifadə edərək qərəzli müraciət formalaşdır”dığımızı qeyd ediblər. İlk olaraq diqqətinizə çatdırmaq istəyirik ki,ölkə Prezidenti cənab İlham Əliyev jurnalistlərə mənzil təqdim edildiyi vaxt, çıxışı zamanı jurnalistləri özünün köməkçisi və dostu kimi qeyd etmişdir. Məhz bunun üçün də bu dəyərli ifadənin məsuliyyətini dərk edərək,harınlamış məmurlar tərəfindən incidilən sadə vətəndaşların problemlərini ölkə başçısının diqqətinə çatdırmağı özümüzə borc bilirik. Hesab edirik ki,qısa bir cümləmizdən nəticə çıxararsınız. Əgər onu da bacarsanız...!

O ki qaldı bizi rüşvətdə və reketlikdə ittiham etmələrinə,nəzərinizə çatdırmaq istəyirik ki,əsil rüşvətxor məzlumun,yetimin,kimsəsizin və kasıbın haqqını yeyən icra başçılarıdır ki,sonunda DTX-in əməkdaşları başlarına torba keçirərək bir başa həbsxanaya göndərirlər. Elə bu səbəbdən də Biləsuvar İcra başçısı Mahir Quliyev heç də “süddən çıxmış ağ qaşıq” deyil. Bizə iftira ataraq günahlandırmağa çalışan şəxslərin nəzərinə çatdırmaq istəyirik ki,redaksiyamız tərəfindən görülən hər bir iş faktlara əslanaraq görülən işlərdir. Necə deyərlər “Görünən dağa nə bələdçi” İndi isə sizə səslənirik;Əgər dedikləriniz yalan və iftiraya dair hər hansı bir dəlil və sübütunuz varsa,çıxardın ortaya..!!

Dəridən-qabıqdan çıxaraq nifuzumuza xələl toxundurmağa çalışanlara səslənirik ki,əvvəllər hansısa məmur barəmizdə məhkəmiyə müraciət etmişdir. Bəli,bu bir həqiqətdir ki, biz bunu qətiyyən danmırıq , amma bu barədə kiçik bir məlumat vermək tam məqsədə uyğun olardı. Çünki oxucularımız bilməlidir ki,barəmizdə ağız dolusu dedikləri məhkəmə qalmaqalı əslində necə olmuşdur. Hər kəsin yaxşı tanıdığı Ağsu rayonunun sabiq icra başçısı,aliqarx və yarıtmaz fəaliyyəti ilə gündəmə düşən Ənvər Seydəliyevlə, qısa bir məhkəmə qalmaqalı yaşamışdıq.
Təbii ki,hər zaman olduğu kimi o vaxt da, fəaliyyətimiz yüksək olduğundan redaksiyamıza Ağsu rayonundan müraciətlər durmadan daxil olurdu. Biz də DogruXəbər.az infarmasiya agentliyi olaraq sadə,kasıb və kimsəsiz vətəndaşların düşdüyü vəziyyətlərin ölkə ictimaiyyətinin və aidiatı qurumların diqqətinə çatdırırdıq. Yarıtmaz fəaliyyəti ilə idarəçiliyini itirən sabiq icra başçısı Ə.Seydəliyev, baş verənlərdən narahat olaraq, bacarıqsız fəaliyyətinin ifşa olduğunu görüncə,yalnış seçim edərək bizi məhkəməyə vermişdir. Əlbətdə ki,biz də öz növbəmizdə baş verənlərə soyuq münasibət göstərərək qanuni addımlarımızı irəli sürdük.

Dərhal,mətbuat konfransı keçirərək, bütün baş verənləri ölkə rəhbərinin diqqətinə və ictimaiyyətin nəzərinə çatdırmışdıq. Beləliklə də çox keçmədi ki,atdığımız addımlar öz nəticəsin verərək ,Prezident administrasiyası tərəfindən layiqli cəza alan başçı ,sonunda etdiyi səhvin fərqinə vararaq, dərhal öz iddiasını geri götürmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki,agentliyimizin dərc etdiyi bütün məlumatlar faktlara söykənərək əks olunmuş məlumatlardır. Nəhayət ki,gec də olsa öz yanlışını başa düşən sabiq icra başçısı doğru qərar verməyi bacarmışdır. İndi isə həmin yanlışlıqların sədası Biləsuvardan hiss olunur. Tövsiyə edirik ki,yalnış addım atmaq sevdasına düşüncə, rayon əhalisinin diqqət və qayğısına qalmaq daha məqsədə uygundur..!!

Diqqət və qayğıdan kənarda qalmış Biləsuvar rayon sakinləri,durmadan redaksiyamıza müraciət etməkdədirlər...


Oxunub: 605


“Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb 30 noy 2020, 18:01 Polislərimiz Kəlbəcərdə xidmətə başladı - Video 30 noy 2020, 17:41 Sabahın hava proqnozu açıqlandı 30 noy 2020, 17:06 Xorvatiya Baş naziri özünü təcrid etdi 30 noy 2020, 16:32 Baş Prokurorluq vətəndaşlara müraciət edib 30 noy 2020, 16:15 Kənd təsərrüfatı məhsulları istehsalçılarına 65 milyon manat kredit ayrılıb 30 noy 2020, 15:49 Azərbaycanlı idmançı Türkiyə klubuna transfer oldu - FOTO 30 noy 2020, 15:44 Ermənilər onların Qarabağdan gətirilməsini tələb edir - Video 30 noy 2020, 15:38 Binəqədinin icra başçısına yeni müavin təyin edildi 30 noy 2020, 15:29 Moldovanın yeni Prezidentindən rus sülhməramlılarla bağlı açıqlama 30 noy 2020, 15:14 Bir sıra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib 30 noy 2020, 14:44 “AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib 30 noy 2020, 14:34 Baqrat Asatryan: “Ermənistan 2018-ci ildən Azərbaycanla sülh bağlamalı idi” 30 noy 2020, 14:26 Saatlıda qanunsuz ov edənlər saxlanıldı 30 noy 2020, 14:17 Ərdoğan bu vacib qərarı verəcək - Az qalıb... 30 noy 2020, 14:08 Topçu Vüsal döyüşdəki fotosunun içki şüşəsinə vurulmasına NƏ DEDİ? 30 noy 2020, 13:57 "DOST"umuzun ABSURD BÜROKRATİYASI... - GİLEY 30 noy 2020, 13:17 Konstitusiya Məhkəməsi xüsusi tərtibatlı konstitusiya hazırlatdırır 30 noy 2020, 13:00 “AzerGold” QSC tərəfindən Regional Emal Sahəsinin yaradılmasının ilk addımı olaraq “Ağyoxuş” qızıl yatağı istismara verildi 30 noy 2020, 12:37 Bakıda bir nəfər köməksiz qaldı 30 noy 2020, 12:17 Bakıda məktəb direktoru vəfat edib 30 noy 2020, 12:14 Sürücü təhlükəli manevrlər etdi, uşağı boğub xəsarət yetirdi 30 noy 2020, 12:08 Füzulidə minaya düşənlərin çəkdikləri son - Video 30 noy 2020, 11:56 Prezident sosial şəbəkədə öz telefon nömrəsini paylaşdı 30 noy 2020, 11:35 Belarusda aksiyalarda 250 nəfər saxlanıldı 30 noy 2020, 11:20 İsveçdə “Qarabağ” restoranı yandırıldı 30 noy 2020, 11:07
“Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb 30 noy 2020, 18:01 | Polislərimiz Kəlbəcərdə xidmətə başladı - Video 30 noy 2020, 17:41 | Sabahın hava proqnozu açıqlandı 30 noy 2020, 17:06 | Xorvatiya Baş naziri özünü təcrid etdi 30 noy 2020, 16:32 | Baş Prokurorluq vətəndaşlara müraciət edib 30 noy 2020, 16:15 | Kənd təsərrüfatı məhsulları istehsalçılarına 65 milyon manat kredit ayrılıb 30 noy 2020, 15:49 | Azərbaycanlı idmançı Türkiyə klubuna transfer oldu - FOTO 30 noy 2020, 15:44 | Ermənilər onların Qarabağdan gətirilməsini tələb edir - Video 30 noy 2020, 15:38 | Binəqədinin icra başçısına yeni müavin təyin edildi 30 noy 2020, 15:29 | Moldovanın yeni Prezidentindən rus sülhməramlılarla bağlı açıqlama 30 noy 2020, 15:14 | Bir sıra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib 30 noy 2020, 14:44 | “AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib 30 noy 2020, 14:34 | Baqrat Asatryan: “Ermənistan 2018-ci ildən Azərbaycanla sülh bağlamalı idi” 30 noy 2020, 14:26 | Saatlıda qanunsuz ov edənlər saxlanıldı 30 noy 2020, 14:17 | Ərdoğan bu vacib qərarı verəcək - Az qalıb... 30 noy 2020, 14:08 | Topçu Vüsal döyüşdəki fotosunun içki şüşəsinə vurulmasına NƏ DEDİ? 30 noy 2020, 13:57 | "DOST"umuzun ABSURD BÜROKRATİYASI... - GİLEY 30 noy 2020, 13:17 | Konstitusiya Məhkəməsi xüsusi tərtibatlı konstitusiya hazırlatdırır 30 noy 2020, 13:00 | “AzerGold” QSC tərəfindən Regional Emal Sahəsinin yaradılmasının ilk addımı olaraq “Ağyoxuş” qızıl yatağı istismara verildi 30 noy 2020, 12:37 | Bakıda bir nəfər köməksiz qaldı 30 noy 2020, 12:17 |

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031