Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Karantin rejimini pozan 56871 nəfər cərimələnib - RƏSMİ

Karantin rejimini pozan 56871 nəfər cərimələnib - RƏSMİ
17-04-2020, 11:17 150 dəfə baxılıb

Karantin rejimini pozan 56871 nəfər cərimələnib - RƏSMİ










Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 15-dən 17-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan altı iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.

Ötən iki gün ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə, ümumilikdə 8970 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib. 23 şəxs inzibati qaydada həbs olunub. Bir cinayət işi üzrə bir nəfər şübhəli şəxs qismində tutulub.

Ümumilikdə, martın 17-dən bu günə qədər xüsusi karantin rejiminin pozulması ilə əlaqədar, doqquz cinayət işi üzrə 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 252 nəfər inzibati həbs edilib, 56 871 nəfərə inzibati cərimə tətbiq olunub, 482 nəfərə xəbərdarlıq edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram