İcra başçısının vətəndaşa qan dondurucu cavabı-Video

İcra başçısının vətəndaşa qan dondurucu cavabı-Video






Ötən ilin sonundan başlayaraq ölkədə aparılan kadr islahatları bu günə qədər də uğurla davam etdirilir. Hər kəsə məlumdur ki,ölkənin müxtəlif rayonlarında məmur özbaşınalıqları hədsiz dərəcəyə yüksəlmişdir. Vətəndaş süründürməçilikləri, müraciətlərə məhəl qoyulmaması, məmurun vətəndaşa qarşı kobud rəftarı və s..r bu kimi əsaslı problemlər ifrad həddə çatmışdır. Bu cür xoşa gəlməz halların yaranması isə,dövlətin nüfuzuna xələl gətirən əməllər hesab olunurdu.
Nəhayət ki,o gün gəlib çatdı və “şahlar” öz taxt-taclarından endirilərək layiq olduqları məkana göndərillirlər. Əlbəttə ki,bu günün gec və ya tez gələcəyini,hər kəs yaxşı bilirdi. Amma “şahlar” isə elə zənn edirdilər ki,hər zaman öz rahat taxtlarında oturub sadə və məzlum xalqı istədikləri kimi idarə edəcəklər. Yaxşı demiş atalar : “zalımın hökmü varsa,məzlumun da ahı var” . Bu gün həmin gündür ki,məzlumların göz yaşlarının qurbanları taxtdan endirilərək bir başa həbsə göndərilirlər.
Bəli,bu günki gedişat demək olar ki,sadə vətəndaşlar üçün ən əlverişli bir zamana çevrilib. Vətəndaşların öz haqlarını açıq səkildə tələb etmələri üçün tam fərqli bir məqam yaranıb. Yaranmış bu cür fürsətdən yararlanmağa çalışan Samux rayon sakinləri,dərdlərini mətbuata danışdılar. Belə ki,illərdir zülüm və əsarət altında yaşayan rayon sakinləri ölkə başçısının göstərişinə əsasən aparılan islahatları görüb özlərində cəsarət toplayaraq rayonda baş verən məmur özbaşınalıqlardan ağız dolusu danışdılar.


Artıq demək olar ki,bir neçə gündür ki, ”DogruXeber.az” Informasiya agentliyinin redaksiyasına Samux rayonundan gələn müraciətlərin sayı bitib tükənmir. Sanki elə bil bu rayonda idarə etəmə orqanları yox imiş. Hərçənd ki,redaksiyamıza edilən vətəndaş müraciəti ilə bağlı qarşı tərəf olaraq rayon İHB-nın birinci müavini Tahir Qarayev ilə telefon əlaqəsi saxladıq. Tam məqsədə uyğun formada vətəndaşın müraciətini təfərrüatı ilə rayonun ikinci səlahiyyətli şəxsi T.Qarayevin diqqətinə çatdırdiq.
Sona qədər bizi dinləyən İHB-nın müavini T.Qarayev,sonunda əlaqə nömrəmizi götürərək bizə bildirdi ki,hər bir məsələni qeydə aldıq və vətəndaşlara lazımı köməklikləri göstərəcəyik. Təəssüf olsun ki,bu deyilənlər yalnız söz olaraq qaldı və reallıqda isə bu deyilənlərin heç biri öz həllini tapmadı. Bu gün isə redaksiyamıza,Samux rayon Sərkar kənd sakini İsgəndərov Pərvin Namil oğlu tərəfindən tam fərqli bir müraciət daxil olmuşdur.
Sərkar kənd sakini P.İsgəndərov tərəfindən redaksiyamıza göndərilən video müraciətdə acı mənzərənin şahidi olduq. Şəxsin valideynlərinin hər ikisinin də ağır yataq xəstəliyinə düçar olmaları gəncin həyata olan bütün arzularını ürəyində qoyub.Bu cür ağır durumda olan bir gənc rayon rəhbərinin diqqətindən kənarda qalmasından giləylənib. Onun sözlərinə görə ötən ilin yay aylarında,birinci Vitse Prezident Mehriban xanım Əliyevanın Samux rayonuna səfəri gözlənilirmiş. Bundan xəbərdar olan gənc rayon rəhbərliyinin diqqətinə çatdırıb ki,Vitse Prezident M.Əliyeva rayona gələndə bütün baş verənləri onun diqqətinə çatdıracam.
Bundan narahatlıq hissi keçirən icra başçısı,dərhal xəstəxananın baş həkiminə göstəriş verir ki,gedin vətəndaşın valideynlərinə nə lazımdır köməklik edin. Göstərişi icra edən həkimlər ailənin vəziyyətlərini nəzərdən keçirdikdən sonra bildiriblər ki,ailə başçısının durumu ağır olduğu üçün,birinci qrup əlillik dərəcəsi şamil edilə bilər. Beləliklə də P.İsgəndərova bildirilib ki,səbrli ol valideynlərin üçün nə lazımdırsa köməklik olunacaq. Amma necə deyərlər “sən saydığını say gör Fələk nə sayır”. Belə ki,birinci Vitse Prezidentin rayona gəlişi təxirə düşüb. Məhz elə bu səbəbdən də gənc oğlana verilən vəd elə söz olaraq qüvvədə qalıb. Amma xəstəxananın baş həkimi Əli doktorun sözlərinə görə,bu işin həyata keçməsi üçün qarşılığında üç (3) min manat pul verilməli olduğunu bildirib.
Ən dəhşətlisi isə odur ki,kənd sakini P.İsgəndərovun sözlərinə görə,ailəsinin durumu ilə bağlı rayon İcra başçısı hörmətli Alı Qocayevin qəbuluna gedib və bununla bağlı kömək istəyib. Ən təəççüblü məqam burasıdır ki,Icra başçısı A.Qocayev vətəndaşa bildirib ki,”dərdini mənim üstümə tökmə, get hara şikayət edirsən et,mən heç bir köməklik edə bilmərəm.” deyə son sözünü bildirib. Hər yerdən əli üzülən vətəndaş,son ümid yeri olaraq “DogruXeber.az” informasiya agentliyinin redaksiyasını seçərək,bizim vasitəmiz ilə ölkə Prezidentinə və Vitse Prezidentə səslənib. Bütün qeyd olunanların hər biri aşağıda təqdim etdiyimiz video çarxda əks olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq..



Tarix:7-05-2020, 14:12 Baxış Sayı:245 Kateqoriya:gundem / sosial / bolge / maraqli / ustxeber
SON XƏBƏRLƏR
“Soyuducunu qoşmaq istəyəndə gördüm ki…” - Baku Electronics şirkətindən şikayət var
MM-in iclasları TV-də yayımlanacaq – Sahibə Qafarova
Nazirliyin müəllimlərlə bağlı bu tapşırığı müzakirələrə səbəb oldu
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür!
Buraxılış imtahanlarının vaxtı açıqlandı
Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi, 202 pasiyent sağaldı
Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – RƏSMİ
Bu gündən 11 nömrə də “BakuBus”a keçdi
Hərbçilər Qərbi Azərbaycan əyalətinə hücum etdi
Azərbaycan daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı qeyd olunur
Daha bir marşrut xətti “BakuBus”a verildi
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
Ruhani İlham Əliyevə məktub göndərdi
Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM AÇIQLAMA
AzTV-də “sezon finalı”: Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”
Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla