Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şuşada şəhid olanların ruhu Milli Məclisdə yad edilib

8-05-2020, 16:20

Şuşada şəhid olanların ruhu Milli Məclisdə yad edilib














“Bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ətrafında keçirilir”.

Dogruxeber.az bildirir ki, APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, bu gün Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 28 il ötür: “Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlıların ata-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün növbəti mərhələsini təşkil edib”.

S. Qafarova “Biz əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad olunacaq”, deyə vurğulayıb. Spiker təklif edib ki, Şuşa şəhərinin işğalı zamanı şəhid olmuş qəhrəman insanların ruhu 1 dəqiqəlik sükutla yad edilsin.

Millət vəkilləri Şuşada şəhid olmuş, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər./Ona.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram