Taleh Qaraşovu Lənkərandan Bakıya helikopterlə gətizdirən kimdir











Lənkəranın icra başçısı Taleh Qaraşov üçün də vəziyyət ürəkaçan deyil. Yerli əhali düşünür ki, idarəetmə orqanlarındakı kadr dəyişiklikləri cənub zonasını da əhatə etməlidir.
İcra başçısı Taleh Qaraşov işlədiyi müddətdə özünə, oğlanlarına, yaxın çevrəsinə şərait yaratmaqla məşğul olub. Komanda dəyişikliyi dövründə Lənkəran kimi zəngin və potensiallı regiona gənc kadr təyin olunmaması təəccüb doğurar.
Qaraşovun korrupsiuyaya qurşanması, rayonda hansı maxinasiyaları həyata keçirməsi haqda KİV-lər kifayət qədər yazıb. Həmin yazılardan bəlli olur ki, icra başçısının oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib və iş adamlarına da qənim kəsilib. Belə ki Qaraşovun "Hacı" ləqəbli oğlu Seymur bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir. Taleh Qaraşovun oğlu səhərlər "Lexus", günortadan sonra eyni dövlət nömrə nişanlı (010) "Porşe" sürür. Bundan başqa Seymur Qaraşovun adı son olaraq, Lənkəran Gənclər Mərkəzi ilə bağlı gündəmə gəlib. Maraqlıdır ki, onun adı Lənkərandakı Gənclər Mərkəzinin mülkiyyəçisi kimi hallanır.
Digər bir portalın təxminən 2 il əvvəl yaydığı xəbərdə bildirilirdi ki, icra başçısı və övladları tez-tez xarici ölkələrdə istirahət edirlər.
Məlumatda deyilirdi ki, T.Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni, icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib.
Məlumata görə, icra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli “Carlsbad Plaza” otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər. Yəni ailənin gündəlik otel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.
Ailənin otel xərclərini hesablamaq çətin deyil. Amma buna bilirsinizmi nə qədər xərclənib? 251 min dollar!

Hansı vəsaitlə, hansı pulla?
Gündelik-baku.com xəbər verir ki, son dəfə bu ilin 16 martında Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva haqqında sensasiyalı video-müraciət yayıldı.
Təhsil üzrə tanınmış ekspert Elşən Qafarov sosial şəbəkələrdəki hesabında Lənkəranın icra başçısı və onun müavini tərəfindən talan edildiyini bildirdi.
Ekspert, icra başçısı Taleh Qaraşovun xanım müavininin təsiri altında olduğunu da iddia edib.
Ekspert, eyni zamanda, Rəsilə Əliyevanın müavin olduğu qısa müddətdə aldığı və ya ona bağışlanan əmlakları sadaladı:
1. "Dəniz Hotel” (anasının adına sənədləşdirilib)
2. Bakıda, "Gənclik” metrostansiyası yaxınlığında villa (850 000 manat dəyərində)
3. Lənkəranda, Qala adlanan mərkəzi yaşayış massivində 2 otaqlı mənzil
4. Lənkərənda, dəniz kənarında villa
5. Rvo kəndi ərazisində, Lənkəran çayı sahilində böyük torpaq sahəsi
6. Bakıda, Ağ Şəhərdə (AMAY TM-nin yaxınlığında) 3 otaqlı mənzil
7. Lənkəranda, "RayPO” adlanan yaşayış massivində 4 otaqlı mənzil
8. Lənkəranda, "EvroAptek” deyilən binada 2 otaqlı mənzil və s

Maraqlıdır ki, yazını bütün saytlar tirajlayandan az sonra ekspertin “Youtube” kanalandakı açıqlaması yoxa çıxdı.Qaraşov tezbazar bu videonu sildirməyə nail olsa da başının üstündəki buludlar dağılmadı.
Hələlik qüdrətli hamisi onu qoruya bilib. O hami ki, sıravi icra başçısı olan Qaraşovu səhhətində cüzi narahatlıq yaranan kimi onu helikopterlə Bakıya çatdırmışdı dərhal.
Ancaq zaman o zaman deyil. Gec-tez Qaraşov əməllərinə görə cavab verəcək.
Hələ Neftçalada icra başçısı işlədiyi zaman dövlətin pulunu mənimsəməyi, buna görə yerli məmurlardan birinin intiharı və sair hadisələri ətraflı araşdıracağıq.[xfgiven_video]


Oxunub: 676

Son xəbərlər

Bu marşrut xətti “BakuBus”a verildi

ABŞ-da Soyuq müharibə zamanına aid PUA-nın qalığı tapıldı

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Demensiyalı insanlar üçün təhlükəli olan dərmanlar açıqlandı

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Füzulidə səsgücləndirici ilə icra başçısını söyən şəxs kimdir? - TƏFƏRRÜAT

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi

Cavanşir Məmmədov dünyasını dəyişdi

Sabah 30° isti olacaq

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan nefti bahalaşdı

Xankəndidə silah-sursat aşkarlandı

Tarixdə ilk dəfə: Danimarka USQ üçün Ukrayna istehsalçılarından silah alır

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 10 % artırıb

Faktiki hava: Bakı və Abşeron yarımadasında 29 dərəcə isti olub

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

İki narkokuryer tutuldu

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasına belə reaksiya verdi

Şahin Abbasov və qardaşları Moskvaya aparıldı

YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?

"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"

Bütün xəbərlər