Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda daxili gediş-gəliş nə vaxt bərpa olacaq?-AÇIQLAMA

Azərbaycanda daxili gediş-gəliş nə vaxt bərpa olacaq?-AÇIQLAMA
14-05-2020, 10:22 158 dəfə baxılıb

Azərbaycanda daxili gediş-gəliş nə vaxt bərpa olacaq?-AÇIQLAMA










Son iki gündə karantin rejiminə görə qurulan postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Mayın 31-də Azərbaycanda daxili gediş-gəlişə icazə verilə bilərmi?

Dogruxeber.az bildirir ki, Bununla bağlı Sonxeber.az-a danışan deputat Sevinc Hüseynova bildirib ki, bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir: "Operativ Qərargah hansı qərarı verəcəksə, ona uyğun da addımlar atılır. Hazırda karantin rejimi yumşaldılıb. Yumşalma o demək deyil ki, karantin rejimi və koronavirus təhlükəsi artıq bitib. İnsanlarımız daha məsuliyyətli olmalı, sosial izolyasiya qaydalarına riyaət etməlidir. Qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etməli və sosial məsafəni qorumalıdır. Əgər məsuliyyətli olub, Operativ Qərargahın qoyduğu qaydalara əməl edərsək koronavirusun ikinci dalğasından az itki və yoluxmalarla qurtula bilərik. Azərbaycan qabaqlayıcı tədbirlər sayəsində koronavirusla mübarizədə öndə gedən dövlətlərdən biridir. Buna uyğun olaraq da karantin rejimində yumlaşlamalar oldu. Təəssüf ki, son bir neçə gündə koronavirusa yoluxanların sayı artıb. Dünən bilirsiniz ki, 104 nəfər koronavirusa yoluxub. Bu artım onu göstərir ki, insanlarımız bu xəstəliyi önəmsəmirlər. Hesab edirəm ki, Azərbaycanda koronavirus bitməyənə qədər insanlarımız qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə edərək sosial məsafəni qorumalıdırlar. Yoluxma sayı minimuma ensə, o zaman Operativ Qərargah daxili gediş-gəlişə icazə verilməsi ilə bağlı qərar verə bilər. Ümumiyyətlə bu kimi qərarların verilməsi Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Onlar mövcud vəziyyəti analiz etdikdən sonra müvafiq qərarlar qəbul edirlər. Bu məsələdə də düşünürəm ki, Operativ qərargah son yoluxma dinamikasını və dünyada gedən prosesləri götür-qoy etdikdən sonra qərar qəbul edəcəklər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram