Lənkaranda icra başısı və oğlundan narazılıqlar artır - İLGİNC İDDİALAR

Lənkaranda icra başısı və oğlundan narazılıqlar artır - İLGİNC İDDİALAR








Azərbaycanda oliqarx məmurlar vətəndaşların, şəhid ailələrinin, məcburi köçkünlərin əsəblərini tarıma çəkib. Onların laqeydliyi ilə paralel olaraq lüks həyatı, xalqın sərvətləri hesabına milyonçu həyatı ikiqat qəzəb doğurur, təbəqləşmə dərinləşir. Axı niyə məmurlar və balaları zəngin həyat yaşamalı, vətəndaşlar isə ehtiyaclar içində olmalıdır?!

Bu günlərdə iki hadisə sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Biri Lənkəranın icra başçısı Taleh Qaraşovun vaxtı ilə şəhidin yasına pul verməməsi, digəri isə onun qardaşı oğlu və oğlunun son model bahalı avtomobili Bakıya gətirməsidir.

Bildirək ki, T.Qaraşov, əvvəl Kürdəmir, Cəlilabad, Neftçala və Astarada icra hakim olub. Qaraşov vəzifədə oldu müddətdə yığdığı pullarla oğlanlarına bahalı maşınlar alıb, dəyəri yüz min manatlarla ölçülən hədiyyələr verib.

Az vaxtda milyonçuya çevrilən Qaraşovların şəhidin, yetimin yasına pul ayrılmaması artıq deməyə söz qoymur.

Qaraşovlar klanından narazılıq edən təkcə şəhid ailəsi, yetim deyil, lənkəranlılardır. Hər kəs deyə bilər ki, preziden dəfələrlə Lənkərana səfər edib, bir sıra obyektləri açıb, rayona milyonlarla vəsait ayırıb.

Lakin T.Qaraşovun əməllərini dövlət başçısına çatdırmağa Lənkaran sakinlərə şərait yaradılmayıb. İmkan verilməyib ki, icra başçının kanalizasiya pulunu mənimsədiyi, xəstəxanın qabağını, şəhərin mərkəzi yerlərini satdığını desinlər, özünə Xanbulanda villa aldığını bildirsinlər.Lənkəranın yolları, ara məhəllələri bərbad vəziyyətdədir, icra başçısı görülən kosmetik işləri də baş həkimin, təhsil şöbəsinin, iş adamlarının puluna həyata keçirir. Bəs prezidentin lənkaranlıların rifahı üçün ayırdığı milyonlar Qaraşovlar hara daşıyıb bilən varmı!?

Milyonlarla mənimsəmə hesabına Qaraşovlar zəngin həyat yaşayır, bahalı maşınlarda gəzirlər. İcra başçısının oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib və iş adamlarına da qənim kəsilib. Belə ki, Qaraşovun "Hacı" ləqəbli oğlu Seymur bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir.

Taleh Qaraşovun oğlu səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.Bundan başqa Seymur Qaraşovun adı son olaraq, Lənkəran Gənclər Mərkəzi ilə bağlı gündəmə gəlib.

Lənkərandakı Gənclər Mərkəzinin mülkiyyəçisi kimi adı keçən başçı oğlu Seymur Qaraşov mülkiyyətində olan həmin mərkəzə isə icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin oğlunun rəhbər təyin edilməsi nəzərdə tutulub. Daha doğrusu, başçının müavininin bu məqsədlə 30 min dollarından keçdiyinə dair iddialar var.

Xatırlayırsızsa Virtualaz.org saytının bir müddət öncə yaydığı xəbər gündəmə bomba kimi düşmüşdü. Həmin xəbərdə isə bildirilirdi ki, icra başçısı və övladları tez-tez xarici ölkələrdə istirahət edirlər: “Taleh Qaraşov bu il məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın məşhur Karlovı Varı kurort şəhərində keçirib. Azərbaycandan ailəvi Praqaya gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı jurnalistlərin diqqətini çəkmiəyə bilməzdi...

Xatırladaq ki, hesabat dövrlərində və bu gün mətbuatda adı ən çox hallanan İcra Hakimiyyəti başçı Taleh Qaraşovdur. Media sıralamasında
2-ci yeri tutan uzun ömürlü icra başçısı T. Qaraşovdan yazılanların bir qismini təqdim edirik:

“Lənkəran Olimpiya Kompleksinə müəmmalı təyinat - İTTİHAM”, “TALEH QARAŞOVUN RAMİN RƏHİMOVA VƏFA BORCU: ORTADA LƏNKƏRAN İDMAN KOMPLEKSİ - ETİRAZ”, “İcra Hakimiyyəti Lənkəran Olimpiya İdman Kompleksinə rəhbər təyinatı ilə bağlı məsələyə münasibət bildirib”, “Taleh Qaraşov oğlunu cinayətdən qurtarana vəzifə verdi: Prezidentin qarşısına çıxaracaq” və.s... Bu siyahını uzatmaqda olar. AMMA....
ardı var (Xeberfakt.az)

Tarix:14-05-2020, 14:24 Baxış Sayı:126 Kateqoriya:gundem / sosial / hadise / bolge / maraqli
SON XƏBƏRLƏR
“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kitab Sovqatı” aksiyası keçirib
Prezident İlham Əliyev fərman imzaladı
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir
Şikayətçilər baş həkim Emin Hüseynin qanunsuz əməllərindən danışdılar
Tikinti ilə bağlı tələblərdən biri ləğv edildi
Ağdaş rayon İcra hakimiyyətində baş məsləhətçinin bələdiyyə sədri işləmiş qardaşı nə üstə döyüldü?-Foto
Sərnişinlərin nəzərinə: Maska taxmayanların hərəkəti məhdudlaşdırılacaq - RƏSMİ
Milli Məclis tarixində bir İLK OLDU
Lənkəran Şəhər İcra Hakimiyyəti şəhid ailəsi ilə bağlı məlumata aydınlıq gətirdi
“Soyuducunu qoşmaq istəyəndə gördüm ki…” - Baku Electronics şirkətindən şikayət var
MM-in iclasları TV-də yayımlanacaq – Sahibə Qafarova
Nazirliyin müəllimlərlə bağlı bu tapşırığı müzakirələrə səbəb oldu
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür!
Buraxılış imtahanlarının vaxtı açıqlandı
Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi, 202 pasiyent sağaldı
Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – RƏSMİ
Bu gündən 11 nömrə də “BakuBus”a keçdi
Hərbçilər Qərbi Azərbaycan əyalətinə hücum etdi
Azərbaycan daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla