Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Çində son sutkada koronavirusdan ölən olmayıb

Çində son sutkada koronavirusdan ölən olmayıb
15-05-2020, 11:29 182 dəfə baxılıb

Çində son sutkada koronavirusdan ölən olmayıb





Çində son sutkada 4 nəfərdə koronavirusun aktiv forması, 11 nəfərdə isə simptomsuz yoluxma halı aşkarlanıb.
Dogruxeber.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, bütün aktiv yoluxma halları ölkənin daxilində qeydə alınıb. İdxal olunmuş yoluxma halları aşkarlanmayıb. Belə ki, simptomsuz yoluxmaların 9-u ölkə daxilində, 2-si isə xaricdən gələn vətəndaşlarda müəyyən edilib.
Hazırda 619 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altındadır.
Ötən sutka ərzində ölkədə koronavirusdan ölüm halı baş verməyib.
Xatırladaq ki, Çində koronavirusa yoluxanların ümumi sayı 82 933, ölənlərin sayı isə 4 633 nəfər təşkil edir. 11 xəstənin vəziyyəti ağır qiymətləndirilir. İndiyə kimi virusdan 78 mindən çox xəstə sağalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram