Böyük sərvət sahibi olan İcra başçısının Şəhid ailəsinə qarşı laqeyd münasibəti-Video

Böyük sərvət sahibi olan İcra başçısının Şəhid ailəsinə qarşı laqeyd münasibəti-Video





Cəmiyyətdə bu ifadəyə tez-tez rast gəlmək olur: ”Qanun şahdır”. Əlbəttə ki, hər bir demokratik dövlətdə,qanunun aliliyinə xüsusi olaraq riaiyyət olunur. Məhz elə bu nəzəriyyə ilə dünyanın yaranmasına nəzər salsaq görərik ki, uca Allah hər bir yaratdığı varlığa itaətkar olmağı əmr etmişdir. Ağıl sahibləri yaxşı bilir ki, faili-muxtar yaradılan insandan başqa bütün yaradılan varlıqlar qeyri-şərtsiz olaraq yaradanına itaət etməkdədirlər.
Dəyərli oxucularımız, bu gün itaət mövzusunda sizlərlə paylaşacağımız fikirlər, cəmiyyətdə baş verən hadisələrdən yaranan nəticədir ki,onu da sizlərlə bölüşməyi daha məqsədə uyğun hesab edirik. Hər kəs yaxşı bilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 1-ci maddəsində hakimiyyətin mənbəyinin xalq olduğu qeyd olunub. Məhz bu baxımdan da xalqın mənafeyini qorumaq və yaşayışını təmin etmək birbaşa hakimiyyətin üzərində olan məsul bir vəzifədir.
Təəssüf hissi ilə qeyd edirik ki, bu gün toxunacağımız mövzu hakimiyyətin səlahiyyətli nümayəndələrinin xalqa biganə yanaşmaları və verilən səlahiyyətdən sui-istifadə etmələri barədə olacaq. Belə ki, ”DogruXeber.az” informasiya agentliyinin redaksiyasına Lənkəran rayon Şağlaküçə kənd sakinləri tərəfindən çox sayda müraciətlər daxil olmuşdur. Müraciətlə əlaqədar olaraq sözügedən əraziyə səfər etdik. Açığını desək, bu rayonda gördüklərimiz bizi dəhşətə gətirdi.
Şəhid ailəsinə hörmətsizlik, vətəndaşın etibarından sui-istifadə etmək və daha nələr-nələr...!
Diqqətinizə çatdıraq ki, son günlər ölkə ərazisində baş verən hadisələr gündəmin mövzularını dəyişib. İcra başçılarının vəzifə səlahiyyətlərini aşmaları və ölkə başçısının etimadını doğrultmamaları onların həbs olunması ilə nəticələnir. Gözünü sərvət və şan-şöhrət bürümüş İcra başçılarından biri də Lənkəran rayon İcra başçısı Taleh Qaraşovdur. Bu şəxs barəsində sosial mediada kifayət qədər mənfi xarakterdə yazılar dərc olunmuşdur.
Xatırladaq ki, bir müddət öncə “Virtualaz.org” saytının yaydığı xəbər gündəmə bomba kimi düşmüşdür. Xəbərdə bildirilirdi ki, İcra başçısı və övladları tez-tez xarici ölkələrdə istirahət edirlər.Taleh Qaraşov bu il məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın məşhur Karlovı kurort şəhərində keçirib. Ailəvi Praqaya gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı qələm əhlinin diqqətini çəkməyə bilməzdi...
Məlumdur ki,T.Qaraşov uzun illər Cəlilabad,Neftçala,Astara və son olaraq Lənkəran rayonunda İcra başçısı olub. Elə bu səbəbdəndir ki,uzun illər ərzində yığdığı sərvətin keyfini çıxardan oğlanlarının adları dillər əzbərinə çevrilib. Digər bir xəbər portalında qeyd olunan məlumatda bildirilir ki,İcra başçısının oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti,yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib və iş adamlarına da qənim kəsilib.
Belə ki,Qaraşovun “Hacı” ləqəbli oğlu Seymur bu işləri ,yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir. Deyilənə görə T.Qaraşovun oğlu səhərlər “Lexus”,günortadan sonra eyni dövlət nömrə nişanlı (010) “Porşe” sürür. Bunlardan əlavə olaraq,son günlər S.Qaraşovun adı Lənkəran Gənclər Mərkəzi ilə bağlı tam fərqli formada gündəmə gəlib. Qeyd olunur ki,onun adı Lənkəran Gənclər Mərkəzinin mülkiyyətçisi kimi qeyd olunur.
Yuxarıda qeyd etdiyimiz kimi, məzuniyyətini Çexiyanın məşhur Karlovı şəhərində keçirən İcra başçısı,bu səfərə 11 nəfərlik ailə üzvləri ilə birlikdə çıxıb. Bildirilir ki, AZAL şirkətində Praqa reysi ilə Çexiyaya biznes-klass biletinin qiyməti 1500 azn təşkil edir. Təəccüblüdür ki,aylıq maaşı 2 min manata yaxın olan məmurun,11 nəfər üçün təkcə aviabiletə 16500 azn xərcləməsi məsələdən xəbərdar olan hər kəsi düşündürür. Hələ bu harasıdır,məlumatları oxuduqca insan bihuş olur. Siz hələ bu “HOTEL”ın qiymətini bir bilsəniz,o zaman hansı hisslər keçirəcəksiniz o,bizim üçün çox maraqlıdır. Karlovı Varıdakı dəbdəbəli “Carlsbad Plaza” otelində bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Deyilənə görə, 6 otağı məşğul edən məmur 21 gün ailə üzvləri ilə orada qalıb.
Təəccüblüdür ki,bu qədər sərvət və şöhrət sahibi kimi tanınan İcra başçısı T.Qaraşov nəyə görə rəhbəri olduğu rayon sakinlərinə bu qədər biganə yanaşır. Ən dəhşətlisi isə budur ki, şəhid atasının dəfnində nə iştirak edib nə də ki, o dəfnə maddi və mənəvi dəstək olub. “DogruXeber.az”-a dərdini danışan şəhid anası Əbilova Səkinə Məmməd qızı bildirir ki, rayon dövlət qurumları tərəfindən ailəmizə heç bir köməklik olunmur. Ağır əməliyyat keçirən S.Əbilovanın sözlərinə görə, həyat yoldaşı dünyasını dəyişən vaxt rayon icra hakimiyyətindən dəfn işləri üçün maddi və mənəvi kömək istəyib. Amma təəssüflər olsun ki,bu ailəyə heç bir köməklik olunmayıb.
Şəhid qardaşı Əbilov Rizvan Musa oğlu bildirir ki : ”atamın yas məclisində təkcə sabiq icra nümayəndəsi Yaddulla müəllim iştirak etdi və o da 10 azn pul yazdırıb çıxıb getdi” . Bu haqda çox yazmaq olardı,amma düşünürük ki,təqdim etdiyimiz videoçarxı izləyən hər bir kəs bütün baş verənlərdən xəbərdar olacaqdır.
Bu isə hələ son deyil. Lənkəranda bir ailənin etibarından sui-istifadə edərək 8 ay qeyri-rəsmi işlədib qarşılığında isə iki nəfərə 150 azn verən məmurlar haqqında danışacağıq.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq..

Tarix:15-05-2020, 12:51 Baxış Sayı:130 Kateqoriya:gundem / sosial / hadise / bolge
SON XƏBƏRLƏR
Mehmanın vəziyyəti ilə bağlı SON XƏBƏR
Toy və yas mərasimlərinin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər -AÇIQLAMA
Avropa ölkələri Ermənistana uçuş qadağası qoydu
DYPX-nin əməkdaşı azyaşılı uşağın həyatını necə xilas etdi-Video/Foto
Gəncədə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə uğurla davam etdirilir
Hava nəqliyyatının bərpasıyla bağlı rəsmi AÇIQLAMA
Arif Məlikovun abidəsi ucaldılıb - FOTOLAR
Keçmiş məmur qızı vətəndaşı küçə söyüşləri ilə təhqir etdi
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
Bakıda "Mall"lara bu şəxslərin girişi qadağandır
Bibiheybət yolu AÇILIR: tarix bəlli oldu
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib
İlham Əliyev Sumqayıta altı milyon manat ayırdı - SƏRƏNCAM
Əli Həsənovun oğlu işdən çıxarıldı
Bu ölkə Azərbaycanla sərhədini açdı
“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kitab Sovqatı” aksiyası keçirib
Prezident İlham Əliyev fərman imzaladı
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir
Şikayətçilər baş həkim Emin Hüseynin qanunsuz əməllərindən danışdılar
Tikinti ilə bağlı tələblərdən biri ləğv edildi
Ağdaş rayon İcra hakimiyyətində baş məsləhətçinin bələdiyyə sədri işləmiş qardaşı nə üstə döyüldü?-Foto
Sərnişinlərin nəzərinə: Maska taxmayanların hərəkəti məhdudlaşdırılacaq - RƏSMİ
Milli Məclis tarixində bir İLK OLDU
Lənkəran Şəhər İcra Hakimiyyəti şəhid ailəsi ilə bağlı məlumata aydınlıq gətirdi
“Soyuducunu qoşmaq istəyəndə gördüm ki…” - Baku Electronics şirkətindən şikayət var
MM-in iclasları TV-də yayımlanacaq – Sahibə Qafarova
Nazirliyin müəllimlərlə bağlı bu tapşırığı müzakirələrə səbəb oldu
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür!
Buraxılış imtahanlarının vaxtı açıqlandı
Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi, 202 pasiyent sağaldı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla