Lənkəranda yerli məmurlardan narazı olan əlil atası od püskürdü-VİDEO/FOTO

Lənkəranda yerli məmurlardan narazı olan əlil atası od püskürdü-VİDEO/FOTO







Mövcud olan dünyanın insan üçün müvəqqəti məkan olduğunu dərk edənlər çox-çox azdır. Mütləqdir ki, hər kəs ya görür ya da eşidir ki, vaxtı çatan hər kəs istər qoca olsun istərsə də cavan,məqam yetişdikdə canını təhvil verir. Bəs o zaman bu dünya nəyə lazımdı ?

Bu sualı Allahın Rəsulunun buyurduğu bir hədis-i şərif ilə cavablandırmaq istərdik. Buyurub: "Bu dünya axirətin tarlasıdır. Kim nə əkərsə, axirətdə də onun bəhrəsini görər". Təbii ki,ağıl sahibləri bu kiçik cümlənin böyük mənaya sahib olduğunu daha yaxşı bilirlər. Vay o kəslərin halına ki,qızıldan qiymətli cümlənin mənasının fərqinə varmadan,bu dünyanı özləri üçün itirilməz varlıq hesab etsinlər..!!

Dəyərli "DogruXeber.az" informasiya agentliyinin izləyiciləri. Siz düşünməyin ki,biz bu mövzuya əbəs yerə toxunmuşuq. Bu gün Lənkəran rayonunun Şağlaküçə kəndində elə bir ailənin vəziyyəti ilə sizləri tanış edəcəyik ki,sizləri təəccüb hissi bürüyəcək. Hər kəsə yaxşı məlumdur ki,cənub bölgəsi mövsum zamanı ən çox turizm sahəsindən gəlir əldə edən bölgədir.

Bəs belə olduğu təqdirdə,bu bölgənin əhalisi nə üçün acınacaqlı vəziyyətdə yaşamağa məhkumdur ?

Əfsuslar olsun ki,acgöz,rüşvətxor və şan-şöhrətə həris məmurlar öz şəxsi biznes və şəxsi maraqlarına xidmət edirlər. Məhz elə bu səbəbdəndir ki,DTX-i bir sıra rayonda uğurlu əməliyyatlar keçirərək,bir neçə harınlamış məmurları birbaşa həbsə göndərib. Amma görünür ki,artıq Lənkəran rayonunda da o cür əməliyyatlara zərurət yaranıb.

Qaçınılmazdır ki,son günlər sosial mediada Lənkəran rayon icra başçısı haqqında çox sayda sensasion məlumatlar tirajlanır. Maraqlısı budur ki,məlumatların böyük əksəriyyətində bildirilir ki,baş verən həbslərdən təlaşa düşən Lənkəran rayon İcra başçısı Taleh qaraşov bahalı avtomobillərini satışa çıxardıb. Nəzərinizə çatdıraq ki,bir neçə gün öncə ”Bizimyol.info” saytının yaydığı məlumatda bildirilir ki,Lənkəran rayon İcra başçısına məxsus Xətai rayonu Həzi Aslanov qəsəbəsində yerləşən dəb-dəbəli villasına gündə 4-5 bahalı maşın girib çıxırdı. Amma deyilənə görə bu günlərdə həmin villaya girib-çıxan avtomobillər artıq gəlmir.
Lənkəranda yerli məmurlardan narazı olan əlil atası od püskürdü-VİDEO/FOTO











Bu gün məqsədimiz İcra başçısının sərvətini sadalamaq deyil,əksinə bu qədər sərvət sahibinin idarə etdiyi rayonda bir əlil atasının övladı üçün əlil arabası ala bilməməsi eşidən və bilən hər kəsi hiddətləndirir. Həbs olunan İcra başçılarının gündəmə təqdim olunan sərvətləri,cəmiyyətdə birmənalı qarşılanmayıb. Təqdim olunan kadrlardan açıq-aydın görünürdü ki,rayonda bütün qurumların rəhbərləri İcra başçısına "rüşvət" ,yəni haqq verir. Belə olduğu halda insanları bir sual düşündürür. O zaman digər İcra başçıları bu cür üsuldan istifadə etmirlərmi?
Hesab edirik ki,bu sualın cavabını tapmaq elə də çətin deyil.

Təəccüblüdur,görəsən bir əlil ailəsi ilə maraqlanmaq və o ailəyə hansısa bir köməklik göstərmək rayon rəhbəri üçün bu qədərmi mümkünsüzdür? Əslində isə hər zaman ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında xüsusi olaraq vurğulayıb ki,xalqa xidmət edin və onların problemləri ilə yaxından tanış olun. Amma bu gün diqqətinizə çatdıracağımız kadrlardakı görüntülər Prezidentin göstərişlərinin tam tərsini özündə əks etdirir. 1-ci qrup əlil uşaq atası Məmmədzadə Rasim bildirir ki,övladıma bir əlil arabası ala bilmirəm. R.Məmmədzadənin iddiasına görə məsələ ilə bağlı dəfələrlə bütün aidiatı qurumlara rəsmi müraciət ünvanlayıb. Əfsuslar olsun ki, etdiyi müraciətlərin hər biri cavabsız qalıb. Bunlar azmış kimi karantin dövründə dövlət tərəfindən verilən ərzaq yardımlarından əlil ailəsinə şamil edilməməsi ailə başçısını çox qəzəbləndirib. Əlil atasınının narazı olduğu məmurlardan biri də rayonun mərkəzi xəstəxanasının baş həkimi Ağabala həkimdir. Onun sözlərinə görə xəstəxananın baş həkimi Ağabala həkimdən övladı üçün əlil arabasının alınmasına dair köməklik etməsini istəyib. İstəyinə nail ola bilməyən R.Məmmədzadə son ümid yeri kimi,məhz bizim redaksiyanı seçmişdir. Yerli məmurlardan canı boğazına yığılan vətəndaş R.Məmmədzadə,bizim agentlik vasitəsi ilə ölkə Prezidenti cənab ilham Əliyev və ölkənin 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevadan köməklik istədi.

P.S. Diqqətinizə çatdıraq ki,Lənkəran rayon Şağlaküçə kəndində çəkiliş etdiyimiz vaxt əldə etdiyimiz məlumatlara münasibət öyrənmək üçün ərazi üzrə İcra nümayəndəsi Şaban müəllimin iş yerinə getdik. Amma İcra nümayəndəsi Şaban müəllimi yerində tapmaq bizə nəsib olmadı. Bizim üçün çətin olmasına baxmayaraq İcra nümayəndəsinin mobil telefon nömrəsini əldə edib zəng vurduq. Şaban müəllim bizimlə görüşə bilməyəcəyini və hazırda İcra hakimiyyətində növbətçi olduğunu bildirdi.

Bu hələ son deyil…!

Əlbətdə ki,söz haqları olduqları üçün adları qeyd olunan şəxslərin mövqeylərin dərc etməyə hazırıq..
Lənkəranda yerli məmurlardan narazı olan əlil atası od püskürdü-VİDEO/FOTO

Tarix:19-05-2020, 10:50 Baxış Sayı:179 Kateqoriya:gundem / sosial / hadise / bolge / maraqli
SON XƏBƏRLƏR
MM-in iclasları TV-də yayımlanacaq – Sahibə Qafarova
Nazirliyin müəllimlərlə bağlı bu tapşırığı müzakirələrə səbəb oldu
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür!
Buraxılış imtahanlarının vaxtı açıqlandı
Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi, 202 pasiyent sağaldı
Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – RƏSMİ
Bu gündən 11 nömrə də “BakuBus”a keçdi
Hərbçilər Qərbi Azərbaycan əyalətinə hücum etdi
Azərbaycan daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı qeyd olunur
Daha bir marşrut xətti “BakuBus”a verildi
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
Ruhani İlham Əliyevə məktub göndərdi
Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM AÇIQLAMA
AzTV-də “sezon finalı”: Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”
Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO
İstifadəyə yararsız 70 kq ət aşkarlandı - Foto

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla