Qarabağda qeydiyyatdan keçən şirkət Kəlbəcər qızılını Rusiyaya daşıyır – DETALLAR

Qarabağda qeydiyyatdan keçən şirkət Kəlbəcər qızılını Rusiyaya daşıyır – DETALLAR










Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarından Rusiyaya qızıl daşınır.

Bu fakt Rusiya və Ermənistan jurnalistlərinin birgə araşdırması zamanı ortaya çıxıb.

Belə ki, erməni əsilli Rusiya biznesmenləri Vitali Qriqoryants və Arsen Mikaleyan “Qolden Heriteyc” ASC vasitəsilə qızıl və digər qiymətli metalları Qarabağdan Rusiyaya daşıyır. Həmin şirkət 2019-cu ildə Sankt-Peterburq gömrüyündən 1,9 ton “qiymətli metalların tullantılar və lingləri, qiymətli metal tərkibli ling” qəbul edib. Həmin məhsul 7112 kodu ilə ölkəyə gətirilib. Adətən, belə məhsulun qiyməti 1 qram üçün 0,1-0,2 dollar aralığında olsa da, Ermənistandan gətirilən metal tullantısının qiyməti bundan 1000 dəfə baha – 1 qram üçün 35-40 dollar təşkil edir.

Maraqlıdır ki, bu, dünya birjalarında qızılın qiyməti ilə üst-üstə düşür. Rusiya və Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olduqları üçün onlar arasında idxal-ixrac prosesləri maksimum sadələşdirilmiş formada həyata keçirilir. Yeganə tələb məhsulun kodu və gömrük rüsumu barədə məlumatdır.

Qarabağdan Rusiyaya qızıl daşıyan “Qolden Heriteyc” şirkəti bu daşımaları 2018-ci ci ildən başlayıb. Şirkətin 2018-ci ilin noyabrında işğal altındakı Xankəndi şəhərində qeydiyyatdan keçirildiyi də müəyyən olunub. Ermənistanın satdığı qızılının əsas istiqaməti İsveçrə, Birləşmiş Ərəb Əmirliyi və İtaliyadır. Bu ölkələrə 3,6 ton qızıl ixrac olunub. Rusiyaya ixrac olunan qızıl isə işğal altındakı Qarabağ ərazisindən daşınır. Bu zaman şirkətin qeydiyyat yerinin Azərbaycanın Xankəndi şəhəri olması Rusiya gömrüyündə də suallar doğurmayıb.

Ermənistanın Hüquqi Şəxslər Dövlət Reyestrinə daxil olan “Qolden Heriteyc”in səhmlərinin 45%-i Vitali Qriqoryantsa, 45%-i isə Arsen Mikaelyana məxsusdur. Şirkət hələ 2017-ci ilin noybarında Kəlbəcərdə qızıl email sexinin açılışını etmişdi. Mərasimə Qarabağ separatçılarının lideri Bako Saakyan da qatılmışdı.

Paralel olaraq, Qriqoryants “ArmBiznesBank”ın direktorlar şurasının sədridir. Onun Rusiyanın Komi və Samara vilayətlərində neft zavodlarının olduğu da heç kəsə sirr deyil. (modern.az)

Tarix:19-05-2020, 16:19 Baxış Sayı:63 Kateqoriya:gundem / bolge
SON XƏBƏRLƏR
“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kitab Sovqatı” aksiyası keçirib
Prezident İlham Əliyev fərman imzaladı
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir
Şikayətçilər baş həkim Emin Hüseynin qanunsuz əməllərindən danışdılar
Tikinti ilə bağlı tələblərdən biri ləğv edildi
Ağdaş rayon İcra hakimiyyətində baş məsləhətçinin bələdiyyə sədri işləmiş qardaşı nə üstə döyüldü?-Foto
Sərnişinlərin nəzərinə: Maska taxmayanların hərəkəti məhdudlaşdırılacaq - RƏSMİ
Milli Məclis tarixində bir İLK OLDU
Lənkəran Şəhər İcra Hakimiyyəti şəhid ailəsi ilə bağlı məlumata aydınlıq gətirdi
“Soyuducunu qoşmaq istəyəndə gördüm ki…” - Baku Electronics şirkətindən şikayət var
MM-in iclasları TV-də yayımlanacaq – Sahibə Qafarova
Nazirliyin müəllimlərlə bağlı bu tapşırığı müzakirələrə səbəb oldu
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür!
Buraxılış imtahanlarının vaxtı açıqlandı
Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi, 202 pasiyent sağaldı
Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – RƏSMİ
Bu gündən 11 nömrə də “BakuBus”a keçdi
Hərbçilər Qərbi Azərbaycan əyalətinə hücum etdi
Azərbaycan daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla