Sürücülük vəsiqələri ilə bağlı qərar dəyişdi - RƏSMİ

Sürücülük vəsiqələri ilə bağlı qərar dəyişdi - RƏSMİ











Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar əhalinin yalnız müstəsna hallarda yaşayış yerini tərk etmələrinə icazə verilməsi nəzərə alınaraq sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi karantin rejimi dövrünə təsadüf etmiş şəxslərin nəqliyyat vasitələrini idarə edərkən yol verdikləri qayda pozuntularının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi hallarda həmin vəsiqələrdən istifadəyə görə məsuliyyətə cəlb edilməyəcəkləri barədə məlumat yayıb.

BDYPİ-dən Anews.az-a verilən məlumata görə, lakin 27.04.2020-ci il tarixdən etibarən "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla müvafiq sənədlərin alınması və ya dəyişdirilməsi ilə bağlı vətəndaşların qəbulunun həyata keçirilməsinə başlanılmasını, habelə giriş-çıxışına məhdudiyyət tətbiq edilmiş rayon və şəhərlərin ərazilərində yerləşən "ASAN xidmət" mərkəzlərinə gedə bilməyən şəxslər üçün DİN Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün müvafiq şərait yaradılmasını nəzərə alaraq, sürücülərin diqqətinə çatdırılır ki, 31.05.2020-ci il tarixdən etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmiş müddət bitmiş hesab olunacaq.

Bu səbəbdən sürücülər qeyd olunan vaxtadək etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələrini dəyişməli və ya həmin sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrini idarə etməməlidirlər.(Baxar.az)

Tarix:20-05-2020, 16:50 Baxış Sayı:85 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Ombudsman: ermənilər xəstəxananı hədəf alıb - Video
Yeni magistrların onlayn qeydiyyat müddəti uzadıldı
İkinci cəbhə açmalıyıq: Döyüş burda getməlidir
Öldürülən erməni əsgəriylə bağlı yeni faktlar- Atası və qardaşı da hərbçidir...
Ordumuzdan ermənilərə daha bir zərbə- Video
Vətəndaşlara səfərbərlik çağırışı SMS-i... - Video
Azərbaycan mayor şəhidini dəfn etdi - YENİLƏNİB
Ombudsman Tovuzun Ağdam kəndində - FOTO
Millət vəkilinin ATƏT-in Minsk qrupuna sərt reaksiyası - VİDEO
Şəhid general Polad Həşimovun fotosu
SON DƏQİQƏ: Daha 5 hərbiçimiz şəhid oldu - RƏSMİ
Birinci vitse-prezidentin tapşırığını icra etməyən məmur kimdir?
Quba-Xınalıq yolunda hərəkət bərpa olundu
Pandemiya dövründə 910 min vətəndaşın iş yeri qorunub
Düşmən Dondar Quşçu kəndini yenidən atəşə tutdu - RƏSMİ
Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulması və Azərbaycana qarşı təcavüzdür
“Paşinyan münaqişənin həllinə söz verdiyi üçün təxribata əl atır”
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA
Ermənistan yaralıların sayını artırdı, ancaq...
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
“Azərbaycan əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək”
Sabah yağış yağacaq
“LUKOİL”da partlayış oldu
Cəbhədə gərginlik artır: Atəşkəs rejimi 70 dəfə pozulub
İş icazəsi ilə Lerikə gedənlər cərimələndi
Koronavirusa yoluxan şəxs küçəyə çıxıb qonşusu ilə dalaşdı
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub
Bakıda 6 yaşlı oğlanı küçədə it dişlədi
Daha bir yüksək rütbəli şəxs koronavirusa yoluxdu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla