Rafael Ağayevlə Hacı Əliyevin rəhbəri olduqları idman qurumundan xəbər var

Rafael Ağayevlə Hacı Əliyevin rəhbəri olduqları idman qurumundan xəbər var















“Azərbaycan İdmançıları” İctimai Birliyinin sənədləşmə işi artıq başa çatıb”.

Dogruxeber.az bildirir ki, bunu Oxu.Az-a “Azərbaycan İdmançıları” İctimai Birliyinin baş katibi Fərhad Acalov deyib.

O, bu qurumun son durumundan danışıb:

“Olimpiya çempionlarımızla Azərbaycanın bölgələrinə səfərimiz, “Olimpiya Odisseyası” layihəsi elə bu qurumun fəaliyyətinin bir hissəsi idi. Məsələn, Zemfira Meftahətdinovanı Sumqayıta, Nazim Hüseynovu Saatlıya, Elnur Məmmədlini Cəlilabada aparıb orada gənclərlə görüşdürdük, onlara aid Arzu Qulamovanın çəkdiyi sənədli filmi nümayiş etdirdik.

Məqsəd regionlarda gənclərin idmana marağını artırmaq, onlarda olimpiya çempionlarımızın keçdiyi yolu davam etdirmək həvəsi formalaşdırmaq idi”.
2000-ci ildə boks üzrə yeniyetmələrdən ibarət dünya çempionumuz, Peşəkar Boks Federasiyasının I vitse-prezidenti digər məsələlərə də toxunub:

“Mən özüm də 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru kimi çalışıram ki, yarışları regionlarımıza salaq.

Məsələn, yaxın vaxtlarda boks yarışını cənub zonamıza salmışdım. Çünki orada narkomaniyaya meyil çoxdur. Belə tədbirlər keçirməklə regionlarda 5-10 nəfər də olsa, gənclərin idmana maraq göstərməsinə nail oluruq.

“Azərbaycan İdmançıları” İctimai Birliyinə xaricdə yaşayan idmançılarımız da daxil ola bilər. Bu məsələni qaldırmışıq. Aktiv fəaliyyətə koronavirus pandemiyasına görə ara vermişik. Amma quruma ofis kirayələmək kimi planlarımız var”.

Qeyd edək ki, ötən il yaradılmış “Azərbaycan İdmançıları” İctimai Birliyinin prezidenti karateçi Rafael Ağayev və vitse-prezidenti sərbəst güləşçi Hacı Əliyevdir.
Rafael Ağayevlə Hacı Əliyevin rəhbəri olduqları idman qurumundan xəbər var

Tarix:20-05-2020, 17:35 Baxış Sayı:53 Kateqoriya:gundem / idman
SON XƏBƏRLƏR
Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi, 202 pasiyent sağaldı
Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – RƏSMİ
Bu gündən 11 nömrə də “BakuBus”a keçdi
Hərbçilər Qərbi Azərbaycan əyalətinə hücum etdi
Azərbaycan daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı qeyd olunur
Daha bir marşrut xətti “BakuBus”a verildi
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
Ruhani İlham Əliyevə məktub göndərdi
Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM AÇIQLAMA
AzTV-də “sezon finalı”: Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”
Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO
İstifadəyə yararsız 70 kq ət aşkarlandı - Foto
Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb
Ölkədə nə qədər işsiz var?
Ağsu rayonun İcra Hakimiyyətindən təkzib
Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla