"Evimiz başımıza uçur" - Müğənni kömək istəyir

"Evimiz başımıza uçur" - Müğənni kömək istəyir












"Artıq bıçaq sümüyə dirənib. İntihar belə etmək istəyirəm. Başqaları kimi fərqli yollardan pul qazanan sənətçi deyiləm. Ancaq sənətimlə qazanıb, xalqıma qulluq etmişəm. Toyxana müğənniləri kimi qaz vurub, qazan doldurmuram. Çarəsiz qalmışam. Hər anımız təhlükəlidir. Hər gün yuxudan sağ oyananda dua edirik. Evimiz başımıza uçur. Bizə yardım etsinlər, bu vəziyyətdən çıxaq".
Dogruxeber.az xəbər verir ki, bu sözləri müğənni Nurlan Əzizbəyli deyib. "Bizimləsən" verilişinə gələn sənətçi və həyat yoldaşı Nərmin evlərinin pis gündə və hər an uçma təhlükəsi olduğunu söyləyib. Göz yaşını saxlaya bilməyən ifaçı gəlirinin də olmadığını bildirib:

"Çox yerə müraciət etdim, nəticə olmadı. Mən də ailəmi gözəl yaşatmaq istəyirəm. İndi maddi durumumuz elə pisdir ki, yeməyə çörəyi güclə tapırıq. Allah şahiddir ki, düzünü deyirəm. İllərdir ev şəraitində çəkilən verilişlər olur, edə bilmirəm. Çoxu inanmır ki, evimdə çəkiliş aparılsın.

35 ildir sənətdəyəm, çox toya da getmirəm. Dövlət tədbirlərində yer alıram. Bura gəlməyə də utanırdım, amma çarəsiz qaldım. Heç vaxt heç kimin qarşısında əyilməmişəm, bu gün sınıram. İndiyə kimi qazandıqlarımı kənar yerə xərcləməmişəm, valideynlərimə baxmışam".

Nərmin isə evdə sıçovulların gəzdiyini bildirib:

"Nurlan çox həssas və mədənidir. 3-4 il bundan əvvəl bu vəziyyəti üzə çıxarmamaq üçün ürək xəstəliyi tapdı. Sınan qadın olmamışam, məcbur qalıb verilişə gəldik. Nurlana dayaq olmuşam ki, dözək, bizim ailəmiz dağıla bilməz. Bu evdə 20 ildir yaşayıram, yaşayardım da. Sıçovullar uşağın üstünə düşməsəydi, pəncərə qırılıb tökülməsəydi bura gəlib kömək istəməzdik".(Axsam.az)

Tarix:22-05-2020, 13:46 Baxış Sayı:57 Kateqoriya:gundem / hadise
SON XƏBƏRLƏR
Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi, 202 pasiyent sağaldı
Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – RƏSMİ
Bu gündən 11 nömrə də “BakuBus”a keçdi
Hərbçilər Qərbi Azərbaycan əyalətinə hücum etdi
Azərbaycan daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı qeyd olunur
Daha bir marşrut xətti “BakuBus”a verildi
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
Ruhani İlham Əliyevə məktub göndərdi
Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM AÇIQLAMA
AzTV-də “sezon finalı”: Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”
Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO
İstifadəyə yararsız 70 kq ət aşkarlandı - Foto
Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb
Ölkədə nə qədər işsiz var?
Ağsu rayonun İcra Hakimiyyətindən təkzib
Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla