Ağsu rayonun İcra Hakimiyyətindən təkzib

Ağsu rayonun İcra Hakimiyyətindən təkzib






Sizin “YouTube” şəbəkəsində təsis etdiyiniz “MUM Tv” kanalında yayımlanmış
video-informasiyada Ağsu şəhəri sakini Mayılov Amid Fazil oğlu çıxış edərək ailə
vəziyyətinin çətin olmasından, dövlət tərəfindən imkansız şəxslərə verilən 190 manat
maddi yardımı ala bilməməsindən və ona ərzaq yardımının verilməməsindən, yardımların
paylanışının düzgün aparılmamasından, eləcə də işaxtaran kimi rayon Məşğulluq
Mərkəzində qeydiyyatda olmasına baxmayaraq, bu günə kimi işlə təmin edilmədiyindən
şikayətlənmişdir.
Məlumat üçün bildiririk ki, A.Mayılov həyat yoldaşı və iki azyaşlı övladı ilə birlikdə
anası Cəfərova Raya Cəfər qızının himayəsində yaşayır. R. Cəfərova Ağsu rayon Mərkəzi
Xəstəxanası publik hüquqi şəxsində xadimə işləyir.
Vətəndaş A.Mayılov 01 iyul 2019-cu il tarixdə Ağsu rayon Məşğulluq Mərkəzində
qeydiyyata alınmışdır. A.Mayılov qeydiyyat səbəbi bölümündə “işləyirəm və daha yüksək
maaş üçün“ seçimini etmiş və müraciəti təsdiqlənmişdir. Onun “Kroşner” MMC-də
02.10.2019-cu il tarixədək işlədiyi vaxt əmək haqqı məbləği 400,0 manat olmuşdur.
A.Mayılov evli olduğu halda özü haqqında şəxsi məlumatları təhrif etmiş və subay kimi
qeydiyyatdan keçmişdir. O, qeydiyyata alındığı tarixdən hal-hazıra qədər Məşğulluq
Mərkəzinə müraciət etməmişdir.
9 aprel 2020-ci il tarixdə A.Mayılovun həyat yoldaşı Mayılova Təranə Bəxtiyar qızı
onlayn müraciət əsasında elektron qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçdiyi zaman
həyat yoldaşı və uşaqları bölümündə A.Mayılovu və uşaqlarını qeyd etmişdir. T.Mayılova
özünün Ağsu rayonunun Ağarx kəndində, həyat yoldaşı A.Mayılovun isə Ağsu şəhəri,
T.İsmayılov küçəsi, ev 50 ünvanında qeydiyyatda olduğunu bildirmişdir. T.Mayılova
mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olması haqqında arayış təqdim
etmədiyi üçün ona işsiz statusu verilməmişir.
Əlavə olaraq bildiririk ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən
işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu
həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən qanunamüvafiq qaydada həyata keçirilir. Vətəndaş tərəfindən elektron
müracət edildiyi zaman şəxsi məlumatları düzgün daxil edilmədikdə və yaxud özü
haqqında olan zəruri meyarlar mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmədikdə
birdəfəlik ödəmənin verilməsindən imtina olunur.
Nəzərinizə çatdırırıq ki, A.Mayılovla eyni həyətyanı torpaq sahəsində ayrı ailə
təsərrüfatına malik olan qardaşı - Mayılov Abbas Fazil oğluna ərzaq yardımı verilib.
Ümumiyyətlə, COVİD-19 pandemiyası dövründə Ağsu rayonunda müxtəlif dövlət və özəl
qurumlar tərəfindən tənha, yaşı 65-dən yuxarı şəxslərə və xüsusi karantin rejimi ilə
əlaqədar ehtiyacı olan ailələrə ərzaq yardılmarının paylanılması şəffaflıq şəraitində və tam
obyektiv şəkildə həyata keçirilir. Rayonda ərzaq yardımlarının qeyri-qanuni, tərəfkeşlik
prinsipi əsasında paylanılması ilə bağlı A.Mayılovun fikirləri əsassızdır, həqiqətə uyğun
deyil, böhtan və qərəzli xarakter daşıyır.
Bildiririk ki, təkzib Ağsu rayon Məşğulluq Mərkəzinin rayon İcra Hakimiyyətinə təqdim
etdiyi 25 may 2020-ci il tarixli, 20230303883 nömrəli məktuba və toplanmış digər
məlumatlara əsasən hazırlanmışdır.
Odur ki, “Youtube” şəbəkəsində “MUM Tv” kanalında yayımladığınız videoinfotmasiya ilə əlaqədar tərəfimizdən verilmiş bu təkzibin saytınızda dərc olunmasını xahiş
edirik.
Ağsu Rayon İcra Hakimiyyəti

Tarix:26-05-2020, 11:12 Baxış Sayı:68 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı
Jurnalistləri təhqir edən gənc həbs edildi
Kimlərə işsiz statusu verilmir?
Paşinyanı ermənilərin 85%-i dəstəklədi? – Şübhəli sorğu
Sabah 38 dərəcə isti olacaq - HAVA
Prezident Əmir Pəhləvana ev bağışladı
“Kaktus” restoranında qonaqlıqda iştirak edənlər saxlanıldı – Video
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
Sabahın hava proqnozu açıqlandı
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Abşeronda COVİD-19pandemiyası ilə əlaqədar reyd keçirildi
Azərbaycan polisi – xalqa və dövlətçiliyə sarsılmaz sədaqət nümunəsi
Sabah Bakıda və rayonlarda yağış gözlənilir
Azərbaycanda bu gün Polis Günü qeyd olunur
“AzerGold” QSC-nin ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib
Bakıda 30-32 dərəcə isti olacaq, rayonlarda isə... - HAVA PROQNOZU
Prezident İsmayıllıya 700 min manat ayırdı
Deputat kəndin suvarma su problemini həll etdi
Pasiyentlər Saraydakı modul tipli xəstəxanadakı şəraitdən razılıq ifadə edirlər
“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib
Sabahın hava proqnozu açıqlandı
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR
Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib
SMS-lə icazə müddətini bir az artırmaq olmazmı?
Naqif Həmzəyev: "Artan yoluxma sayı SOS siqnalı verir"
Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək
“Siqaret qaçaqmalçılığının başında Ermənistanın Baş naziri və ailəsi dayanır”
"COVİD-19" peyvəndi vurulan könüllülər DANIŞDI
Bəhram Bağırzadənin həkimi danışdı: "Vəziyyəti ağır olaraq qalır"
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla