Ölkədə nə qədər işsiz var?

Ölkədə nə qədər işsiz var?










Dövlət Statistika Komitəsinin (DSK) may ayının əvvəlinə olan hesabatına görə, ölkədə 297,8 min nəfər rəsmi işsiz var.
Əgər elə koronavirus pandemiyası ilə bağlı faktiki işsiz olan 600 min şəxsə aprel-may aylarında birdəfəlik yardım verilibsə, nə qədər adam işsiz kimi müraciət etsə də bu yardımı ala bilmədiyini deyirsə, ölkədə rəsmi issizlərin sayı niyə 297,8 min nəfər göstərilir? Bunun səbəbi nədir?
Komitə, müstəqil iqtisadçılar bu barədə nə deyirlər?
Ölkədə 600 min isşiz olması...
İqtisadçı-ekspert Nemət Əliyev deyir ki, ölkədə 600 min nəfər həddində işsiz olması dövlət başçısı, Nazirlər Kabinetinin sədri və Nazirlər Kabinetinin qərarı səviyyəsində təsdiqlənib: "Özü də nə qədər işsiz insan bu müavinətdən kənarda saxlandıqdan, "kəsib-doğrandıqdan” sonra həmin qərara əsasən 600 min nəfər işsizə, məhz işsizə, birdəfəlik 190 manat müavinət verilib. Bu da ölkədə 600 min nəfərin işsiz olmasının təsdiqidir”.
İşsiz sayı 1milyonun üzərində
N.Əliyevə görə, komitənin ölkədə işsiz sayını 297,8 min nəfər həddində göstərməsi təsadüfi deyil və ən azı aprel ayında məlum oldu ki, işsizlyin səviyyəsi minimum 600 min nəfərdir: "Amma işsiz sayının da 600 min nəfər olmasını hökumət söyləyir. Bu rəqəmin özü də reallığı əks etdirmir. Hesablamlarımıza görə, ölkədə işsiz sayı 1 milyon nəfərdən çoxdur və bunu dəqiq bilirik. Amma 600 min nəfər rəqəmini hökumət özü elan etdiyi üçün önə çəkirik”.
Onlara görə hələ də işsiz 5-6%-dir
N.Əliyevə görə, çox böyük ehtimalla komitənin rəsmi işsiz sayını 297,8 min nəfər göstərməsinin bir səbəbi işszlik səviyyəsinin yüksək olması faktını rəsmi hesabatlara salmaq istəməməklə bağlıdır: "Rəsmilərin fikrincə, ölkədə işsizlik hələ də 5-6%-dir. Çox güman ki, postpandemiya dövründə də” ölkədə 5-6% işsiz var” deyə bilmək üçün işsizin çox olduğunu etiraf etmək istəmirlər. Komitə öz hesabatında 600 min nəfərə müavinət verilməsini təsdiq etsə bu 11-12% işsiz deməkdir. Bu rəqəmi rəsmi hesabata daxil etmək istəmirlər”.
Bu müavinəti vermək istəmirlər
N.Əliyevə görə, bir səbəb də budur ki, 600 min şəxs işsiz kimi qeydə alınsa hökumət onlara işsizlik müavinəti verməyə məcburdur: "Fikrimcə, ikinci səbəb də budur ki, bu şəxslərə işsizlik müavinəti vermək istəmirlər.2019-cu ilin sonuna ölkədə işsilzikdən sığorta müavnətinin həcmi haradasa 290-300 manata yaxın olub”.
Bura həm işsizlər, aztəminatlılar, qeyri-formallar aiddir Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov isə deyir ki, 600 min işsiz dedikdə bunların heç də hamısı işsiz deyil: "Bura həm işsiz əhali, həm aztəminatlılar, həm də qeyri-formal əməklə məşğul olmuş şəxslər də daxildir. Prezident həmin 200 min işsizə verilən müavinətin əhatə dairəsini 600 min nəfərə qaldırdı. Odur ki, bu 600 min nəfərə işsizlərlə yanaşı həm aztəminatlılar, həm də qeyri-formallar daxildir. Belə deyək ki, pandemiya ilə bağlı müvəqqəti tətbiq edilən karantin dövründə qazancından məhrum olan şəxslər da bu əhatəyə aid olundu”.
297,8 min işsizə gəlincə isə...
Onun sözlərinə görə, komitə tərəfndən ölkədə 297,8 min nəfər işsiz olması isə Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyası əsasında hesablanır və burada üç meyar əsas götürülür: "Birinci, son bir ay ərzində heç bir yerdə işləməyən, eləcə də qazanc, gəlir gətirən bir işi olmayanlar. İkinci, müayinə keçirilən dövrdə gəlir gəitrən, qazanc əldə edən işi olmayanlar və aktiv iş axtaranlar. Üçüncü, iş təklif olunduğu halda yaxın iki həftə ərzində işə başlamağa hazır olanlar işsiz sayılır. Hər üç meyara eyni vaxtda cavab verildiyi halda belə şəxslər BƏT metologiyasına görə işsiz hesab edilrilər”.
Onun sözlərinə görə, komitənin ölkədə işsizlərin sayı barədə açıqladığı həmin məlumat da məlum metologiya əsasında həyata keçirilir.
Y.Yusifov əlavə etdi ki, BƏT şəxsin işsiz sayılması üçün müvəqqəti pandemiya dövrülə bağlı metodologiyası var. Buna əsasən şəxs 3 ay ərzində pandemiya ilə əlaqədar öz iş yeri əlaqə saxlayırsa, amma faktiki olaraq ora gedə bilmirsə onun özü də məşğul əhali sayılır. Burada minimal həddin özü də üç ay nəzərdə tutulur.
(Aqreqrator.az)

Tarix:26-05-2020, 11:33 Baxış Sayı:58 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı
Jurnalistləri təhqir edən gənc həbs edildi
Kimlərə işsiz statusu verilmir?
Paşinyanı ermənilərin 85%-i dəstəklədi? – Şübhəli sorğu
Sabah 38 dərəcə isti olacaq - HAVA
Prezident Əmir Pəhləvana ev bağışladı
“Kaktus” restoranında qonaqlıqda iştirak edənlər saxlanıldı – Video
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
Sabahın hava proqnozu açıqlandı
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Abşeronda COVİD-19pandemiyası ilə əlaqədar reyd keçirildi
Azərbaycan polisi – xalqa və dövlətçiliyə sarsılmaz sədaqət nümunəsi
Sabah Bakıda və rayonlarda yağış gözlənilir
Azərbaycanda bu gün Polis Günü qeyd olunur
“AzerGold” QSC-nin ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib
Bakıda 30-32 dərəcə isti olacaq, rayonlarda isə... - HAVA PROQNOZU
Prezident İsmayıllıya 700 min manat ayırdı
Deputat kəndin suvarma su problemini həll etdi
Pasiyentlər Saraydakı modul tipli xəstəxanadakı şəraitdən razılıq ifadə edirlər
“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib
Sabahın hava proqnozu açıqlandı
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR
Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib
SMS-lə icazə müddətini bir az artırmaq olmazmı?
Naqif Həmzəyev: "Artan yoluxma sayı SOS siqnalı verir"
Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək
“Siqaret qaçaqmalçılığının başında Ermənistanın Baş naziri və ailəsi dayanır”
"COVİD-19" peyvəndi vurulan könüllülər DANIŞDI
Bəhram Bağırzadənin həkimi danışdı: "Vəziyyəti ağır olaraq qalır"
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla