Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO

Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO





“Dogruxeber.az” İnformasiya agentliyinin redaksiyasına daxil olan ərizə və şikayətlərdə göstərilən faktların araşdırılmasına operativ və obyektiv yanaşmamız, saytımıza müraciətlərin sayını günbəgün artırır. Qobuparkdan ünvanımıza edilən xeyli telefon zənglərinə əsasən, məcburi köçkün sakinlərin harayına səs vermək məqsədilə ora baş çəkmək qərarına gəldik.
İlk baxışdan kompleksdə göz oxşayan onmərtəbəli,yaraşıqlı binaları, geniş küçələri, dənizkənarı bulvarı xatırladan gözəl parkları və orada gəzişən sakinləri görəndə düşündük ki, zəng edib bizi çağıranlar naşükürlük edirlər. Ancaq...
Öncə Qobupark-1-də yerləşən 8-ci binanın qarşısındakı geniş meydanda söhbət edən adamlara yaxınlaşıb vəziyyətləri ilə maraqlandıq və öyrəndik ki, Qobupark Yaşayış Kompleksinin I massivi 2018-ci ilin, Qobupark-2 isə 2019-cu ilin son rübündə istifadəyə verilib. Ümumilikdə 24 binada 2300 ailə məskunlaşdırılıb. Sakinlər işsizlik və maddi imkansızlıqdan əziyyət çəkmələrindən, dükanlarda çox bahaçılıq olmasından, binaların zirzəmilərində və I mərtəbələrində obyekt üçün nəzərdə tutulmuş ticarət-xidmət yerlərinin obyektiv bölünməməsindən, mənzillərə içməli su əvəzinə fasilələrlə texniki su verilməsindən, su qıtlığı ucbatından parklarda yaşıllığın məhv olmasından, gənclər arasında narkomaniyanın kütləviləşməsindən, polisin isə bu və digər qanunsuzluqlara göz yummasından və s. şikayətləndilər. Onlara səbr diləyib şikayət obyektlərinin yerini soruşduq. Onların göstərdiyi istiqamətə yönəlib “Bonus market”ə çatdıq. İnsafən demək lazımdır ki, marketdə bolluq olması və əhalinin alış-veriş etməsi bizə xoş təsir bağışlasa da malların üstündəki etiketlərdə yazılmış qiymətlərin şəhərdəki malların qiymətlərinə nisbətən xeyli baha olduğunu gördük. Sözügedən marketin qonşuluğunda yerləşən və şıdırığı alver gedən aptekdə də ilk baxışdan hər şey normal görünsə də, aldığımız dərman preparatının müqabilində qəbz verilməməsi bizi təəccübləndirdi. Araşdırarkən məlum oldu ki, əvvəllər Qobu-1-də “Tibb məntəqəsi”nin nəzdində, hal-hazırda isə Qobu-2-də iki ilə yaxın müddətdə sərbəst fəaliyyət göstərən aptekdə işə başlandığı gündən bəri kassa aparatı qoyulmayıb. Aptekin müdirini soruşanda isə satıcılar bildirdilər ki, müdirimiz Aygün xanım hər səhər bu iş yerinə baş çəkəndən sonra Lökbatanda müdir işlədiyi digər aptekə yollandığına görə indi burda yoxdur. Satıcılardan müdirin telefon nömrəsini alıb zəng edərək kimliyimizi və məqsədimizi bildirəndə isə Aygün xanım bizi peşman etdi. Biz aptekdən aralaşandan bir az sonra isə özü bizə zəng edib minnətlə bildirdi ki, artıq aptekdəyəm, gəlin görüşək! Biz yenidən ora qayıdanda isə, nə aptek müdirinə nə də səhiyyə işçisinə bənzəməyən və hətta tibb təhsili olub-olmaması barədə sualımıza istehza ilə cavab verən bu adam bizi yenə də aqressiv qarşıladı və sorğularımıza yalnız JEK (Mənzil Kommunal İstismar Sahəsi, red) rəisinin kabinetində cavab verəcəyini bildirdi. Məcbur olub onunla MKİS-nə yollandıq. İlk baxışdan təmkinli şəxs təsiri bağışlayan, lakin kimliyimizi təqdim etməyimizdən həyəcanlanan və yalnız “aptek müdiri”nin “məgər siz banditizm-terrorizm idarəsindənsiniz?”-deyə dirənişindən sonra cəsarətlənən rəis Əhməd Abdullayev bizim belə işlərə müdaxilə etməyə ixtiyarımızın olmadığını bildirib aptek müdirinə dəstək verməklə bizi daha da təəccübləndirdi. Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrini onlara dəfələrlə izah etsək də sözügedən qanundan xəbərsiz olan bu adamların hansı vasitələrlə və kim tərəfindən belə mühüm postlara təyin olunmasına mat-məəttəl qaldıq. Yalnız təkidlərimizdən sonra MKİS-də onu öyrənə bildik ki, sözügedən aptek ixtisası naməlum olan Fərid Məmmədov adlı şəxsə məxsusdur...
Sakinlərlə söhbət əsnasında araşdırmalarımız zamanı o da məlum oldu ki, ticarət-xidməti üçün nəzərdə tutulmuş obyekt yerləri indiyədək qeyri-obyektiv şəkildə paylanıb. Belə ki, sakinlərin bildirdiyinə görə, adlarını çəkməyə qorxduqları bir neçə “ərköyün” adamların ailə başçısının, arvadının, oğlunun, qızının və ya yaxın qohumunun adına maraq hesabına sənədləşdirməklə bir ailəyə üç obyekt yeri verildiyi halda, xeyli şəhid ailələri və ehtiyac içində çabalayan digər kasıb ailələr dəfələrlə ərizə ilə müraciət etsələr də, hələ də obyekt yeri ala bilməyiblər.
P.S. Görəsən bu və digər qanunlarımızdan xəbərsiz olan bir xanımın Qobupark Yaşayış Kompleksində və Lökbatan qəsəbəsində iki aptekə rəhbərlik etməsi nəyə əsaslanır? Psixotrop tabletlərin satılıb-satılmaması barədə əlimizdə dəlil olmaması səbəbindən hallandırmadığımız narkomaniyanın geniş vüsət almasında sözügedən aptekin fəaliyyəti nə dərəcədədir? Bəs görəsən Aygün xanım nəyə görə 4-cü hakimiyyət olaraq cəmiyyətin aynası sayılan mətbuat işçiləri ilə, yalnız “JEK rəisi”nin kabinetində görüşməyi təkid etdi? Doğrudanmı Qobupark YK-də məskunlaşan səkkiz min nəfərə yaxın əhaliyə xidmət edən MKİS-nin rəisi Ə.Abdullayev öz səlahiyyətlərini yaxşı bilmir və ya öz işinə məsuliyyətsiz yanaşır?
İnanırıq ki, çıxışımızdan sonra aidiyyatı qurumun məsul şəxsləri sözügedən məsələlərə tezliklə aydınlıq gətirəcək, mövcud problemlərin obyektiv həllinə nail olacaq və biz də nəticəni saytımızda işıqlandıracağıq.
Araşdırmalarımız davam edir. Bizi izləyin!!

Tarix:26-05-2020, 14:01 Baxış Sayı:128 Kateqoriya:gundem / sosial / hadise / bolge
SON XƏBƏRLƏR
Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı
Jurnalistləri təhqir edən gənc həbs edildi
Kimlərə işsiz statusu verilmir?
Paşinyanı ermənilərin 85%-i dəstəklədi? – Şübhəli sorğu
Sabah 38 dərəcə isti olacaq - HAVA
Prezident Əmir Pəhləvana ev bağışladı
“Kaktus” restoranında qonaqlıqda iştirak edənlər saxlanıldı – Video
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
Sabahın hava proqnozu açıqlandı
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Abşeronda COVİD-19pandemiyası ilə əlaqədar reyd keçirildi
Azərbaycan polisi – xalqa və dövlətçiliyə sarsılmaz sədaqət nümunəsi
Sabah Bakıda və rayonlarda yağış gözlənilir
Azərbaycanda bu gün Polis Günü qeyd olunur
“AzerGold” QSC-nin ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib
Bakıda 30-32 dərəcə isti olacaq, rayonlarda isə... - HAVA PROQNOZU
Prezident İsmayıllıya 700 min manat ayırdı
Deputat kəndin suvarma su problemini həll etdi
Pasiyentlər Saraydakı modul tipli xəstəxanadakı şəraitdən razılıq ifadə edirlər
“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib
Sabahın hava proqnozu açıqlandı
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR
Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib
SMS-lə icazə müddətini bir az artırmaq olmazmı?
Naqif Həmzəyev: "Artan yoluxma sayı SOS siqnalı verir"
Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək
“Siqaret qaçaqmalçılığının başında Ermənistanın Baş naziri və ailəsi dayanır”
"COVİD-19" peyvəndi vurulan könüllülər DANIŞDI
Bəhram Bağırzadənin həkimi danışdı: "Vəziyyəti ağır olaraq qalır"
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla