Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”

Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”












"Son günlərdə cənab Prezidentin vəzifələrə təyin etdiyi şəxslərə verdiyi tapşırıqlar cəmiyyət tərəfindən müsbət qarşılanır. Təyin edilənlər isə işlədiyi sahədə özünü müsbət tərəfdən tanıdan şəxslərdir və yüksək etimada layiq görülüblər".
Yeniavaz.com xəbər verir ki, bunu YAP-ın şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə Ağstafa rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Seymur Orucovun cəmiyyətdə qınağa tuş gəlməsindən danışarkən deyib.
Deputat bildirib ki, bu təyinatlara qarşı birbaşa çıxmasalar da bəziləri təyin edilənlərdə qüsur axtarmağa cəhd edirlər:
“Son təyin edilənlərdən ən çox hücuma məruz qalan isə YAP Gənclər Birliyinin sədri olan Seymur Orucovdur.
Ayrı-ayrı bucaqlardan onun haqqında “kompramat” yaymağa, ictimai fikirdə işə başlamamış onun haqqında neqativ yaratmağa çalışırlar.
Ən son “şedevr kompramat” isə onun ingilis dilində çıxışı olan videonun yayılması və onun bu xarici dili yaxşı bilməməsinin vurğulanmasıdır.
Tamamilə razıyam, Seymur ingilicə nəinki Harvard səviyyəsində, heç Malta dialektində də danışa bilmir.
Ancaq bir məqam var ki, Seymur Ağstafada ingiliscə danışmağa yox, göndərildiyi rayonda ölkə rəhbərinin nümayəndəsi vəzifəsini yerinə yetirməyə göndərilib. Ona ingilis dilində düzgün tələffüzə görə deyil, rayonun sosial-iqtisadi inkişafını təmin etməsinə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, sahibkarlığa dəstəyinə görə qiymət veriləcək.
O yeni nəsil idarəçiliyin nümunəsini yaradılmasında şəxsi nümunə olmalıdır.
Seymura qarşı hücum təsadüfi deyil, əsas hədəf cənab Prezidentin siyasi kursu, Yeni Azərbaycan Partiyasıdır. Seymurun YAP sıralarında formalaşması partiyanın potensialını, Azərbaycan gənclərinin Heydər Əliyev yoluna inamını göstərir. Seymur kimi gəclərimiz yüz minlərlədir, onlar müstəqil Azərbaycan mühitinin yetirmələridir, onlar etimadı doğruldacaqlar.
Seymur isə qarayaxmalara əhəmiyyət vermədən sadəcə olaraq işləyir. Prezidentin etimadını doğrultmağa çalışır, Ağstafada yeni mühit yaratmaq üçün çalışır.
İnanırıq ki, bu onda alınacaq. İngilis dilini yaxşı bilməsə də”.

Ağstafa rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Seymur Orucovun qınandığı videonu təqdim edirik:

Tarix:26-05-2020, 14:27 Baxış Sayı:60 Kateqoriya:gundem / siyaset
SON XƏBƏRLƏR
Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı
Jurnalistləri təhqir edən gənc həbs edildi
Kimlərə işsiz statusu verilmir?
Paşinyanı ermənilərin 85%-i dəstəklədi? – Şübhəli sorğu
Sabah 38 dərəcə isti olacaq - HAVA
Prezident Əmir Pəhləvana ev bağışladı
“Kaktus” restoranında qonaqlıqda iştirak edənlər saxlanıldı – Video
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
Sabahın hava proqnozu açıqlandı
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Abşeronda COVİD-19pandemiyası ilə əlaqədar reyd keçirildi
Azərbaycan polisi – xalqa və dövlətçiliyə sarsılmaz sədaqət nümunəsi
Sabah Bakıda və rayonlarda yağış gözlənilir
Azərbaycanda bu gün Polis Günü qeyd olunur
“AzerGold” QSC-nin ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib
Bakıda 30-32 dərəcə isti olacaq, rayonlarda isə... - HAVA PROQNOZU
Prezident İsmayıllıya 700 min manat ayırdı
Deputat kəndin suvarma su problemini həll etdi
Pasiyentlər Saraydakı modul tipli xəstəxanadakı şəraitdən razılıq ifadə edirlər
“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib
Sabahın hava proqnozu açıqlandı
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR
Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib
SMS-lə icazə müddətini bir az artırmaq olmazmı?
Naqif Həmzəyev: "Artan yoluxma sayı SOS siqnalı verir"
Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək
“Siqaret qaçaqmalçılığının başında Ermənistanın Baş naziri və ailəsi dayanır”
"COVİD-19" peyvəndi vurulan könüllülər DANIŞDI
Bəhram Bağırzadənin həkimi danışdı: "Vəziyyəti ağır olaraq qalır"
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla