Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar

Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
29-05-2020, 16:10 186 dəfə baxılıb

Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar











Nazirlər Kabineti “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq yeni qərar verib.

Dogruxeber.az xəbər verir ki, qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarda deyilir:

1. Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı

olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının

zəruri olduğu hallar istisna olmaqla);

2

1.3. dövlət orqanlarının (qurumlarının) binalarında

vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan

sahələrdə;

1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə

xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;

1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı

məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində,

sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının,

bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət

obyektlərinin qarşısında növbədə;

1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq

havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin

qorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ

koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu

tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin

qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
(Axar.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram