Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı

Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
29-05-2020, 17:55 178 dəfə baxılıb

Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı












Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı davam etdirilir. Daha 100 mənzil bu kateqoriyadan olanlara təqdim edilib.

Dogruxeber.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınaraq təqdim olunan, hər biri müasir yaşayış şəraitinə malik mənzillərin 30-u şəhid ailələrinə, 70-i Qarabağ müharibəsi əlillərinə verilib.

Bununla da nazirlik tərəfindən indiyədək mənzillə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb.

2020-ci ildə həmin kateqoriyalara aid vətəndaşlara 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı ilin sonuna 9 min 100-ə çatacaq.

Növbədə olan şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı yaxın iki il ərzində tam başa çatacaq.

Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram