“Soyuducunu qoşmaq istəyəndə gördüm ki…” - Baku Electronics şirkətindən şikayət var

“Soyuducunu qoşmaq istəyəndə gördüm ki…” - Baku Electronics şirkətindən şikayət var





Lalə Qasımlı adlı istifadəçi Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.Dogruxeber.az Sfera.az-a istinadən xanım istifadəçinin şikayət məktubunu oxucularına təqdim edir: "Şikayətim Baku Electronics şirkətindəndir. Mayın 24-də BirKart vasitəsi ilə nəğd ödəmə yolu ilə soyuducu aldıq. Mayın 25-də çatdırılma olmalı idi. Həmin gün zəng gəlmədiyindən özüm zəng vurub maraqlandım. Satışın çox olduğunu və məhsulu çatdıra bilməyəcəklərini söylədilər. Çatdırılmanı mayın 26-na keçirdilər”.
Məhsulun deyilən vaxtda çatdırılmadığını yazan şikayətçi, sözügedən şirkətlə işbirliyini pozmaq istədiyni bildirir: "Həmin gün, yəni mayın 26-ı səhər saatlarında xəbərdarlıq zəngi edildi. Gün boyu məhsulun çatdırılmadığını görüncə, axşam saat 20.00-daözüm şirkətlə əlaqə saxlayıb artıq məhsuldan imtina etdiyimi söylədim. Çatdırılma ilə bağlı yalan danışan şirktədən məhsul almaq istəmədyimi, sabah 3 illik zəmanətlə bağlı da bənzər problem yaşaya biləcəyimdən ehtiyat etdiyimi bildirdim. Cavab olaraq tezliklə məhsulu çatdıracaqlarını söylədilər”.
Zənginə məhəl qoymadan gecə satlarında məhsulu çatdıran şirkət əməkdaşlarının məsuliyyətsizliyi Lalə xanıma baha başa gəldi: "Təkrar zəng edib: "artıq gecdir, gətirməyin”,- deməyimə baxmayaraq, gecə saat 22.30-da məhsul çatdırıldı. Soyuducunun çatdırılması ilə bağlı məndən imza istədilər. Amma müqaviləni imzalamazdan öncə məhsulu yoxlamalı olduğumu söyləmədilər. Səhər soyuducunu təmizləyib qoşmaq istəyəndə çatı olduğunu gördüm. Dərhal dükanla əlaqə saxladım. Dükan günahı şirkətin, şirkət isə dükanın boynuna yıxdı. Bütün bu stresslerdən sonra dükana gedib ərizə yazdım.”
Məktubunun sonunda əsəblərini korlayan, ona qüsurlu məhsul satan mağazalar şəbəkəsindən şikayətçi olduğunu söyləyən xanım istifadəçi sözügedən mağazalar şəbəkəsinə qarşı dava açacağıı vurğlayır: "Bu gün yenidən zəng vurub maraqlandım. Onlardan ptoblemi araşdıracaq komissiya təşkil etməyi təlb etdim, cavab olaraq soyuducunun şəklini vatsapa yollamağımı istədilər. Şəkli yolladım. Amma bunun da hüquqi olmadığını düşünürəm. Həddən artıq məsuliyyətsiz bir şirkətdən alış-veriş etdiyim üçün peşmanam. Ciddi şəkildə şikayət etməyi düşünürəm.”

Tarix:1-06-2020, 12:40 Baxış Sayı:64 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Kimlərə işsiz statusu verilmir?
Paşinyanı ermənilərin 85%-i dəstəklədi? – Şübhəli sorğu
Sabah 38 dərəcə isti olacaq - HAVA
Prezident Əmir Pəhləvana ev bağışladı
“Kaktus” restoranında qonaqlıqda iştirak edənlər saxlanıldı – Video
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
Sabahın hava proqnozu açıqlandı
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Abşeronda COVİD-19pandemiyası ilə əlaqədar reyd keçirildi
Azərbaycan polisi – xalqa və dövlətçiliyə sarsılmaz sədaqət nümunəsi
Sabah Bakıda və rayonlarda yağış gözlənilir
Azərbaycanda bu gün Polis Günü qeyd olunur
“AzerGold” QSC-nin ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib
Bakıda 30-32 dərəcə isti olacaq, rayonlarda isə... - HAVA PROQNOZU
Prezident İsmayıllıya 700 min manat ayırdı
Deputat kəndin suvarma su problemini həll etdi
Pasiyentlər Saraydakı modul tipli xəstəxanadakı şəraitdən razılıq ifadə edirlər
“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib
Sabahın hava proqnozu açıqlandı
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR
Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib
SMS-lə icazə müddətini bir az artırmaq olmazmı?
Naqif Həmzəyev: "Artan yoluxma sayı SOS siqnalı verir"
Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək
“Siqaret qaçaqmalçılığının başında Ermənistanın Baş naziri və ailəsi dayanır”
"COVİD-19" peyvəndi vurulan könüllülər DANIŞDI
Bəhram Bağırzadənin həkimi danışdı: "Vəziyyəti ağır olaraq qalır"
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
Xarici İşlər Nazirliyi MƏLUMAT YAYDI
5G möhkəmlənir: Bu şirkət 5G avadanlığına 75 milyon dollar investisiya yatıracaq

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla