Lənkəran Şəhər İcra Hakimiyyəti şəhid ailəsi ilə bağlı məlumata aydınlıq gətirdi

Lənkəran Şəhər İcra Hakimiyyəti şəhid ailəsi ilə bağlı məlumata aydınlıq gətirdi












Lənkəran rayonunun Şağlakücə kəndində yaşayan şəhid ailəsi ilə bağlı yayımlanmış video-süjetlə əlaqədar bildiririk ki, şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov rayonda yaşayan şəhid ailələrinə qarşı həmişə həssas və diqqətli olub, qaldırılan məsələlərin həllindən ötrü vaxtında lazımi tədbirlər görülməsini təmin edib. Videosüjetdə adı çəkilən, 1993-cü ildə Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş Əbilov Mənsum Musa oğlunun Lənkəran rayonunun Şağlakücə kəndində yaşayan valideynləri əvvəllər hər hansı istəkləri ilə bağlı şəhər İcra hakimiyyətinə müraciət etməyiblər. Əgər müraciət etsəydilər, xahişləri dərhal yerinə yetiriləcəkdi. Məlumat üçün bildiririk ki, şəhidin adı əbədiləşdirilərək Şağlakücə kənd orta məktəbinə və kəndin mərkəzi küçələrindən birinə onun adı verilib. Şəhidin video-süjetdə görüntülənən qardaşı Əbilov Rizvan Musa oğlu fərdi əməklə məşğul olur, ailəlidir, iki övladı var, ayrıca təsərrüfat sahibidir, fərdi əməklə məşğul olur. 2019-cu il martın 18-də İcra başçısının Şağlakücə kəndində keçirilən səyyar qəbul-görüşündə R.Əbilov kənd məktəbində şəhid qardaşının barelyefinin vurulmasını xahiş edib. İcra başçısı müraciəti dərhal diqqətə alaraq yerindəcə Memarlıq və Tikinti şöbəsinin müdirinə müvafiq tapşırıq verib və qısa müddətdə üzərində şəhidin şəkli əks olunmuş mərmər lövhə xüsusi olaraq onun adına yaradılmış güşədə yerləşdirilmişdir. Bununla əlaqədar şəhidin qardaşı R.Əbilov və ailə üzvləri xahişlərinin operativ şəkildə yerinə yetirilməsindən məmnunluqlarını bildiriblər. Xahişi nəzərə alınaraq şəhidin anası mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan imtiyazlı şəxs kimi qeydə alınaraq 2013-cü il 19 sentyabr tarixdə siyahı üzrə 97-ci olmaqla mənzil növbəsinə götürülüb. Səkinə Əbilova şəhid ailəsi statusunu aldığı üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydada dövlət təminatlarından istifadə edərək 300 manat müavinat və eyni zamanda ailə başçını itirdiyinə görə 377,35 qəpik əmək pensiyası alır. Ailənin mülkiyyətində 1,10 ha pybəlli və 0,13 ha həyətyanı torpaq sahəsi vardır. Şağlakücə bələdiyyəsi tərəfindən əlavə olaraq ailəyə 0,06 ha torpaq sahəsi hədiyyə edilib, ata-anasının yaşadığı evə növbədənkənar pulsuz telefon xətti çəkilib, habelə milli bayramlarda və yeni il bayramında şəhər İcra hakimiyyəti tərəfindən ailəyə mütəmadi olaraq müxtəlif yardımlar verilib. Şəhidin qardaşı Rizvan Əbilov 19 yanvar 2018-ci il tarixdə İcra başçısının qəbulunda olarkən ali təhsilli oğlu Əbilov Xalidin ixtisasına uyğun işlə təmin olunmasını xahiş edərkən ona elektrik şəbəkəsində yüksək maaşlı elektrik nəzarətçisi vəzifəsi təklif olunub, lakin o bundan imtina edib. Buna baxmayaraq vətəndaşa övladının münasib işlə təmin olunmaqdan ötrü rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda durması və ixtisasına uyğun vakant iş yer olduğu təqdirdə işlə təmin olunması üçün müraciət etməsi tövsiyyə olunub. Şəhid Mənsum Əbilovun atası Əbilov Musa 03 sentyabr 2019-cu il tarixdə vəfat edib, anası Əbilova Səkinə hazırda Şağlakücə kəndində özünə məxsus fərdi evində qızı və nəvəsi ilə birlikdə yaşayır.

Tarix:1-06-2020, 13:16 Baxış Sayı:124 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Kimlərə işsiz statusu verilmir?
Paşinyanı ermənilərin 85%-i dəstəklədi? – Şübhəli sorğu
Sabah 38 dərəcə isti olacaq - HAVA
Prezident Əmir Pəhləvana ev bağışladı
“Kaktus” restoranında qonaqlıqda iştirak edənlər saxlanıldı – Video
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
Sabahın hava proqnozu açıqlandı
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Abşeronda COVİD-19pandemiyası ilə əlaqədar reyd keçirildi
Azərbaycan polisi – xalqa və dövlətçiliyə sarsılmaz sədaqət nümunəsi
Sabah Bakıda və rayonlarda yağış gözlənilir
Azərbaycanda bu gün Polis Günü qeyd olunur
“AzerGold” QSC-nin ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib
Bakıda 30-32 dərəcə isti olacaq, rayonlarda isə... - HAVA PROQNOZU
Prezident İsmayıllıya 700 min manat ayırdı
Deputat kəndin suvarma su problemini həll etdi
Pasiyentlər Saraydakı modul tipli xəstəxanadakı şəraitdən razılıq ifadə edirlər
“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib
Sabahın hava proqnozu açıqlandı
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR
Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib
SMS-lə icazə müddətini bir az artırmaq olmazmı?
Naqif Həmzəyev: "Artan yoluxma sayı SOS siqnalı verir"
Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək
“Siqaret qaçaqmalçılığının başında Ermənistanın Baş naziri və ailəsi dayanır”
"COVİD-19" peyvəndi vurulan könüllülər DANIŞDI
Bəhram Bağırzadənin həkimi danışdı: "Vəziyyəti ağır olaraq qalır"
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
Xarici İşlər Nazirliyi MƏLUMAT YAYDI
5G möhkəmlənir: Bu şirkət 5G avadanlığına 75 milyon dollar investisiya yatıracaq

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla