Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Milli Məclis tarixində bir İLK OLDU

Milli Məclis tarixində bir İLK OLDU
1-06-2020, 14:31 170 dəfə baxılıb

Milli Məclis tarixində bir İLK OLDU










Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin plenar iclaslarında cari məsələlərin müzakirəsi üçün 1 saat vaxt ayrılmasını istəyib.

Dogruxeber.az bildirir ki, bu təkliflə A.Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
Deputat daha sonra spiker Sahibə Qafarovaya təşəkkür edib:
"Bu gün gündəlikdən əvvəl cari məsələyə yazılan bütün deputatlara söz verməyiniz parlament tarixində bir ilkdir. Bunun üçün təşəkkür edirəm. Digər bir təklifim isə belədir ki, deputatlara verilən 10 dəqiqəlik vaxtı 5 dəqiqəyə endirək. Beləliklə, hər kəsin danışmaq imkanı olsun”.
Spiker isə bildirib ki, cari məsələlərə ayrılan vaxtı 1 saat edə bilməyəcək:

"İmkan olanda deputatlara danışmaq üçün vaxt verirəm. Bu gün gündəlikdə bir məsələ olduğu üçün mən söz üçün yazılan hər kəsə bu imkanı verirəm. Digər tərəfdən deputatların 10 dəqiqəlik çıxışlarını isə lazım olduğu halda 5 dəqiqəyə endiririk. Ötən dəfə də bu məsələyə reaksiya verəndə dedim ki, 30 ildir niyə bu məsələni qaldırmırdınız? Bunu media da yazdı. Doğrudan da mənə qəribədir ki, indiyə qədər bu məsələlər addım-addım həll edilsəydi, təkliflər səsləndirilsəydi, mən də bu gün hansısa qərarlara gələ bilərdim”.
(Modern.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram