Gəncədə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə uğurla davam etdirilir

Gəncədə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə uğurla davam etdirilir












Gəncə şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə uğurla davam etdirilir.
Dogruxeber.az xəbər verir ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, şəhərdə yeni içməli su və kanalizasiya infrastrukturlarının yaradılması Azərbaycan Hökumətinin Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilir.Gəncə şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarının ehtiyatlarından istifadə olunması qərara alınıb. Bu məqsədlə ötən müddətdə Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb. Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib. Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12 min kubmetr olan 3 su anbarı, 11 km magistral su xətləri inşa edilib. Ötən müddətdə Göygöl və Qızılqaya mənbələrindən şəhərə suyun verilməsi təmin edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi bu ilin martında istismara verilmiş Şəmkirçay sutəmizləyici qurğusu hesabına təmin olunur. Məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğudan şəhərə suyun verilməsi üçün ötən müddətdə 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri tikilib. Gəncə şəhərinin böyüklüyü nəzərə alınaraq içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. Hazırda icra olunan 4-cü mərhələ çərçivəsində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması və sayğaclaşma işləri davam etdirilir. Bu mərhələdə inşası nəzərdə tutulan 307 km su şəbəkəsinin 272 km-i, 185 km kanalizasiya şəbəkəsinin 165 km-i, 22 km magistral su xəttinin 20 km-i, 56 km kanalizasiya kollektorunun 51 km-i inşa edilib. Bu mərhələ çərçivəsində işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da şəhər şəbəkəsinin 40 faizinin yenidən qurulması təmin ediləcək.
Ümumilikdə, Gəncə şəhərində 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin yaradılması nəzərdə tutulur. Şəbəkənin qalan hissəsinin tikintisi növbəti mərhələlərdə həyata keçiriləcək.
Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 110 min kubmetr layihələndirilən təmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaq. Gəncə şəhərində icra olunan layihədən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər faydalanacaq.
(Metbuat.az)

Tarix:2-06-2020, 17:56 Baxış Sayı:54 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Kimlərə işsiz statusu verilmir?
Paşinyanı ermənilərin 85%-i dəstəklədi? – Şübhəli sorğu
Sabah 38 dərəcə isti olacaq - HAVA
Prezident Əmir Pəhləvana ev bağışladı
“Kaktus” restoranında qonaqlıqda iştirak edənlər saxlanıldı – Video
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
Sabahın hava proqnozu açıqlandı
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Abşeronda COVİD-19pandemiyası ilə əlaqədar reyd keçirildi
Azərbaycan polisi – xalqa və dövlətçiliyə sarsılmaz sədaqət nümunəsi
Sabah Bakıda və rayonlarda yağış gözlənilir
Azərbaycanda bu gün Polis Günü qeyd olunur
“AzerGold” QSC-nin ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib
Bakıda 30-32 dərəcə isti olacaq, rayonlarda isə... - HAVA PROQNOZU
Prezident İsmayıllıya 700 min manat ayırdı
Deputat kəndin suvarma su problemini həll etdi
Pasiyentlər Saraydakı modul tipli xəstəxanadakı şəraitdən razılıq ifadə edirlər
“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib
Sabahın hava proqnozu açıqlandı
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR
Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib
SMS-lə icazə müddətini bir az artırmaq olmazmı?
Naqif Həmzəyev: "Artan yoluxma sayı SOS siqnalı verir"
Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək
“Siqaret qaçaqmalçılığının başında Ermənistanın Baş naziri və ailəsi dayanır”
"COVİD-19" peyvəndi vurulan könüllülər DANIŞDI
Bəhram Bağırzadənin həkimi danışdı: "Vəziyyəti ağır olaraq qalır"
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
Xarici İşlər Nazirliyi MƏLUMAT YAYDI
5G möhkəmlənir: Bu şirkət 5G avadanlığına 75 milyon dollar investisiya yatıracaq

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla