Qarabağ döyüşlərində 5 il döyüşmüş zabitin həyat yoldaşı,Pirallahı rayon sakini ölkə Prezidentindən imdad dilədi-Video

Qarabağ döyüşlərində 5 il döyüşmüş zabitin həyat yoldaşı,Pirallahı rayon sakini ölkə Prezidentindən imdad dilədi-Video









Qarabağ uğrunda gedən döyüşlərdə canını, qanını qoyaraq düşmənlə 5 il üz-üzə döyüşən bir Azərbaycan zabitinin həyat yoldaşı yaşlı Tamella ana çox acınacaqlı və çarəsiz durumda, mətbuata üz tutaraq Ölkə Rəhbərliyindən imdad dilədi!!!
Pirallahı rayon Gülgan qəsəbəsində yaşayan Xankişiyeva Tamella Aqas qızı, uzun illərdir ki, mənzilində təbii qazın olmamasından əziyyət çəkir!
Belə ki, ətraf qonşularının təbii qazla təmin olunmasına baxmayaraq, illərdən bəri Tamella ananın yaşadığı ünvana təbii qazın çəkilməsi problemə çevrilib... Ömür gün yoldaşını itirdikdən sonra, ağır xəstəlikdən əziyyət çəkən iki övladına həm atalıq, həm də analıq edən Tamella ana turizm sahəsi geniş olan, istirahət zonası kimi tanınan Pirallahı rayonunda xəstə övladları ilə birlikdə bir daxmada yaşayırlar. "Bir üzü kişi, bir üzü qadın" olan Tamella ana ailənin yeganə gəlir mənbəyidir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, iki övladının ağır xəstəlikdən əziyyət çəkməsi, ailənin bütün yükünü Tamella ananın çiyinlərinə salmışdır. Bu yaşında iki xəstə övladlarına və bir də məktəbli qız nəvəsinə min cür əzab əziyyətlə himayədarlıq edən yaşlı Tamella ananın çiyinlərinə düşən ailə yükü azmış kimi, hələ üstəlik qışın şaxtasında, yayın qızmar günəşində hər gün küçələrdən topladığı odun şələsi də onun çiyinlərini yara edib.!
Səbəb isə çarəsiz durumda yaşayan kişi qeyrətli Tamella xanımın daxmasına illərdir təbii qazın çəkilməməsidir!
Əziz oxucular!
“DogruXeber.az” informasiya agentliyinə üz tutan yaşlı və fədakar ana Pirallahı rayon Gülgan qəsəbə sakini Xankişiyeva Tamella Aqas qızı, mənzil-kommunal təsərrüfat birliyində xadimə işləyir... Dəfələrlə problemlərindən dolayı Pirallahı rayon icra hakimiyyətinin başçısı İmanov Vasif Həsən oğlunun qapısını döyməsinə baxmayaraq, təəssüflər olsun ki İcra hakimiyyəti tərəfindən bir çox bəhanələr gətirilərək, heç bir köməklik göstərilməmişdir.!
Belə ki bir ay öncə, “DogruXeber.az”ın redaksiyasına üz tutaraq bu məsələnin ictimailəşdirilməsini bizdən xahiş edərək, yorğun və yaşlı gözləri ilə Ölkə Başçısı Cənab İlham Əliyevdən imdad diləyən Tamella ananın şikayətlərini dinlədikdən sonra, biz də öz növbəmizdə Pirallahı rayon icra hakimiyyəti ilə əlaqə saxlayaraq, məsələ ilə bağlı olanları Pirallahı rayon icra hakimiyyəti başçısı Cənab Vasif İmanovun birinci müavini Səfixanov Vəzir Çərkəz oğlunun diqqətinə çatdırdıq!
Xankişiyeva Tamella Abas qızının şikayət dolu problemlərini, həmçinin ailənin acınacaqlı və ağır durumda olduğunu təfərrüatları ilə rayon icra hakimiyyətinin birinci müavininə bildirdikdə, rayon icra hakimiyyətinin müavini Səfixanov Vəzir Çərkəz oğlu bizə, bu işlə bağlı məlumatlı olduqlarını və Tamella anaya lazımi köməklik göstəriləcəyi vədini verdi... Verilən vəddən bir gün sonra Tamella ananın xadimə işlədiyi Mənzil-kommunal təsərrüfat birliyinin müdiri redaksiyamızla əlaqə saxlayaraq bizə söylədi ki, Xankişiyeva Tamella Abas qızı müəyyən ərzaq yardımı ilə təmin olundu və bundan sonra da ona problemlərinin həlli istiqamətində köməklik göstəriləcək.!
Tamella anaya illərdir yalan vədlər verərək, icra hakimiyyətinin inzibati binasından uzaqlaşdıran Pirallahı rayon icra hakimiyyəti bizi də aldatdı!!!
Belə ki, yeniden redaksiyamıza üz tutaraq Pirallahı rayon icra hakimiyyətindən giley- güzar dolu şikayətlənən Tamella ana, hələ də problemlərinin həll olunmadığını göz yaşları içində bizə bildirdi...
“DogruXeber.az” informasiya agentliyi olaraq Tamella ananın şikayət dolu problemini ictimailəşdirərək, aidiyyatı qurumlara və əlbəttə ki, başda Ölkə Prezidenti Cənab İlham Əliyevə çatdırmaq qərarına gəldik!!!
Pirallahı rayonunda Turizm sahəsinin geniş olduğu, istirahət zonası kimi böyük imkanlara malik bir rayon rəhbərliyinin əlində Tamella ananın problemlərini həll etmək nə qədər çətin iş imiş???
Rayon rəhbərliyinin böyük imkanlara malik olduğunu biz çox gözəl bilirik.. Rayon icra hakimiyyətinin başçısı Cənab Vasif İmanov istəsəydi daxili vəsaitlər hesabına Tamella ananın və onun kimi yüzlərlə problemli vətəndaşların problemlərini anında həll edə bilərdi.Əgər belə bir addım atılmırsa, deməli başqa məqsədlər vardır!
Yaşlı Tamella ananın illərdir problemlərinə çarə qılmayan Pirallahı rayon icra hakimiyyəti tərəfindən vətəndaşlara qarşı belə biganəlik və laqeydliyin nəticəsində vətəndaşlar acınacaqlı və ağır durumda yaşayırlar!
Belə olan halda, vətəndaşları məcbur edirlər ki, öz problemlərinin həllini mətbuat orqanlarında axtarsınlar.. Axı niyə vətəndaşları buna məcbur edirlər???
Bu sualın altında ciddi qaranlıq məqamlar görünməkdədir!
Bu yazımızdan sonra inanırıq ki, Ölkə Başçısı Cənab İlham Əliyevdən imdad diləyən Tamella ana ve onun kimi problemli vətəndaşlarımızın problemləri Pirallahı rayonunda yəqin ki ,öz həllini tapacaqdır.!
Haqqı və hüquqları tapdanmış vətəndaşların haqlı narazılıqlarını Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə çatdırmaqda israrlıyıq!!!
Söz haqları olduğu üçün mövqeylərini dərc etməyə hazırıq..
Bizi izləməyi unutmayın!!!
“DogruXeber.az”

Tarix:5-06-2020, 17:37 Baxış Sayı:1 469 Kateqoriya:gundem / sosial / bolge / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Vətəndaşlara səfərbərlik çağırışı SMS-i... - Video
Azərbaycan mayor şəhidini dəfn etdi - YENİLƏNİB
Ombudsman Tovuzun Ağdam kəndində - FOTO
Millət vəkilinin ATƏT-in Minsk qrupuna sərt reaksiyası - VİDEO
Şəhid general Polad Həşimovun fotosu
SON DƏQİQƏ: Daha 5 hərbiçimiz şəhid oldu - RƏSMİ
Birinci vitse-prezidentin tapşırığını icra etməyən məmur kimdir?
Quba-Xınalıq yolunda hərəkət bərpa olundu
Pandemiya dövründə 910 min vətəndaşın iş yeri qorunub
Düşmən Dondar Quşçu kəndini yenidən atəşə tutdu - RƏSMİ
Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulması və Azərbaycana qarşı təcavüzdür
“Paşinyan münaqişənin həllinə söz verdiyi üçün təxribata əl atır”
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA
Ermənistan yaralıların sayını artırdı, ancaq...
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
“Azərbaycan əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək”
Sabah yağış yağacaq
“LUKOİL”da partlayış oldu
Cəbhədə gərginlik artır: Atəşkəs rejimi 70 dəfə pozulub
İş icazəsi ilə Lerikə gedənlər cərimələndi
Koronavirusa yoluxan şəxs küçəyə çıxıb qonşusu ilə dalaşdı
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub
Bakıda 6 yaşlı oğlanı küçədə it dişlədi
Daha bir yüksək rütbəli şəxs koronavirusa yoluxdu
Azərbaycanda 531 yeni yoluxma və 6 ölüm faktı
"Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur"- Naqif Həmzəyev
Bakıda parkın içində tikilən obyekt söküldü - Video
Sabah havanın hərarəti 35 dərəcəyə yüksələcək
SOS: Gözlənilən temperatur artımı yaxın 5 il ərzində baş verəcək

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla