Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakıda yol kəsən daha bir sürücü "lom"la hücum etdi

Bakıda yol kəsən daha bir sürücü
9-06-2020, 14:52 160 dəfə baxılıb

Bakıda yol kəsən daha bir sürücü "lom"la hücum etdi













“Zirə-Pirallahı yolunda qaydaları pozaraq, əks istiqamətdə hərəkət edən sürücünün müəyyənləşdirilməsi üzrə araşdırma aparılır”.

Dogruxeber.az bildirir ki, bunu Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, təqdim olunan video ilə bağlı araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Xəzər Rayon Polis İdarəsində müvafiq tədbirlər davam etdirilir.

Qeyd edək ki, Zirə-Pirallahı yolunda qaydaları pozaraq, əks istiqamətdə hərəkət edən sürücü ilə bağlı video yayılıb.

90 OX 705 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü əvvəlcə magistral yolda əks istiqamətdə hərəkət edərək, digər sürücüyə təhlükə yaradıb. Daha sonra yoluna çıxdığı avtomobilin ardınca gedərək, onu saxlayıb.

Avtomobildən düşən sürücü nalayiq ifadələrlə digər hərəkət iştirakçısını təhqir edib. Bununla kifayətlənməyərək, əlindəki dəmir əşya ilə əvvəlcə sürücüyə hücum edib. Sonuncu hadisə yerindən uzaqlaşmaq istəyərkən qayda pozucusu avtomobilə ardıcıl zərbələr endirərək, maşının arxa faralarını sındırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram