Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Səyyar ASAN xidmət bu bölgələrdə işləməyəcək

Səyyar ASAN xidmət bu bölgələrdə işləməyəcək
20-06-2020, 15:38 147 dəfə baxılıb

Səyyar ASAN xidmət bu bölgələrdə işləməyəcək












21 iyun-5 iyul tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti davam edəcək.

Dogruxeber.az bildirir ki, Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə məhdudiyyətlər tətbiq olunacaq.

Məhdudiyyətlərin tətbiq edildiyi müddətdə vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin xidmətlərindən yararlana biləcəklər. Lakin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə məhdud sayda əməkdaşların işə çıxmasının təmin edilməsi məqsədi ilə 1 saylı Bakı “ASAN xidmət” və 2 saylı Bakı “ASAN Kommunal” mərkəzlərində sənəd qəbulu həyata keçirilməyəcək. Həmin mərkəzlərdə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar isə mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

Müvafiq xidmətlərlə əlaqədar sənəd qəbulu üçün digər mərkəzlərə müəyyən edilmiş qaydada müraciət etmək mümkündür. Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Səyyar ASAN xidmətin fəaliyyətində də bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, xidmət göstərilən məntəqələr məhdudiyyətlərin tətbiq olunduğu əraziyə aid olduğu üçün Səyyar ASAN xidmət Qaradağ rayonunun Qobustan qəsəbəsində, Xırdalan və Lənkəranda 21 iyun 2020-ci il tarixindən fəaliyyət göstərməyəcək.

Səyyar ASAN xidmətin fəaliyyət göstərdiyi digər məntəqələr barədə ətraflı məlumatı müvafiq link vasitəsi ilə əldə etmək olar: https://bit.ly/2YJz4c9
(Qafqazinfo.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram