AZƏRBAYCANDA KORONAVİRUSLA MÜBARİZƏ MODELİ

AZƏRBAYCANDA KORONAVİRUSLA MÜBARİZƏ MODELİ














HİKMƏT ŞİKAROV: “HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI PANDEMİYA DÖVRÜNDƏ ÖZ MƏSULİYYƏTİNİ DƏRK EDƏRƏK KARANTİN REJMİ QAYDALARINA DÜZGÜN ƏMƏL ETMƏLİDİR”

Bəşəriyyət tarixi boyunca müxtəlif bəlalarla, o cümlədən kütləvi yoluxucu xəstəliklərlə qarşılaşmışdır. Tarixi proseslərin xroniki təhlili göstərir ki, ən dəhşətli pandemiyalar qarşısında yalnız o cəmiyyətlər daha az itkilərlə davam gətirmişlər ki, onlarda insanların həmrəyliyi və birliyi tandem təşkil etmişdir. Cəmiyyətin həmrəy olması da öz növbəsində güclü liderin və ona olan inamın harmoniyasını birmənalı şərtləndirən amillərdəndir. Bu baxımdan, güclü liderin cəmiyyət tərəfindən hamılıqla qəbul edilməsində, onun rəhbəri olduğu toplunun milli və mənəvi dəyərlərini mükəmməl mənimsəməsi, eləcə də inkişafa bağlı mütərəqqi, həmçinin ən mürəkkəb vəziyyətlərdə həlledici siyasi strategiyasının və ümummilli məsələlərlə bərabər, ümumbəşəri problemlərin önlənməsində qətiyyətli və cəsarətli addımların atılması kimi məziyyətlərinin olması xüsusi spesifik formalaşdırır.
Dünyanın üz-üzə olduğu, ən qüdrətli hesab olunan dövlətlərin belə qarşısında duruş gətirə bilmədiyi Covid-19 virusununun fəsadları ilə indiyə qədər ən ciddi müqavimət gücü nümayiş etdirən ölkələr sırasında Azərbaycanın adı müsbət mənada fərqlənənlərdəndir. Virusun dünyaya yayılmağa başladığı ilk gündən etibarən, Azərbaycan dövləti ən ciddi qabaqlayıcı addımlar atmışdır. Azərbaycanın lideri, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlmiş məqsədyönlü siyasi strategiyadır və beynəlxalq qurumlar tərəfindən də təqdir edilməkdədir.
Ölkə başçlısı cənab İlham Əliyevin tapşırığına əsasən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı.
İldırım sürətilə yayılan koronavirus pandemiyası qısa zaman ərzində dünyanı lərzəyə saldı. Səhiyyəsi, iqitisadiyyatı və ümumiyyətlə həyat səviyyəsi göstəricilərinə görə ən qabaqcıl ölkələr belə pandemiyanın yayılmasının qarşısında aciz qaldı. Azərbaycanda isə ilk günlərdən qəbul edilən qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu.
Bəşəriyyəti bürüyən koronavirus pandemiyasının tamamilə məhv edilməsində, yer üzündən silinməsində müstəsna rol oynayan amillərdən biri dövlətlərin birliyi, həmrəyliyidir.
Bu gün virusdan xilas edilməyin yolu əlbəttə ki, bəşəri həmrəylikdən keçir. Pandemiyanın ilk dalğalarının yayılmağa başladığı ilk günlərdə Azərbaycan koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstək verməklə, bütövlükdə, bu prosesə qoşulmaqla ortaya çox ciddi nəticələr, nümunələr qoya bildi.
Bəli, Azərbaycanın koronavirusa qarşı mübarizəsinin əsasında xalqın milli və mənəvi dəyərlərindən irəli gələn pandemiya əleyhinə ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilən tədbirlərə qarşı həmrəylik, eləcə də ümumbəşəri xilas ideyalarına loyallıq durur. Birmənalı şəkildə demək mümkündür ki, bu məsələdə ən öndə olan faktor Azərbaycan xalqının öz liderinə sonsuz inamıdır. Bu gün cəmiyyətdə cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən “Biz birlikdə güclüyük” şüarı ağır sınaq qarşısında milli birliyin leytmotivi kimi bütün insanların dilində səslənir.
Onun meydana çıxması xalqımızın mənəviyyatına bələdçiliyin və etiqadın, həmçinin zaman nöqteyi-nəzərdən pandemiya kimi ciddi məsələlərə qarşı xüsusi həssaslığın bariz nümunəsini nümayiş etdirir. Necə ki, ölkəmiz bu çətin sınaqla üz-üzə qaldığı ilk gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva başda olmaqla, hər kəs öz fəaliyyət sahəsində çiyin-çiyinə mübarizə aparmaqla həmrəylik nümayiş etdirmişdir. Bu bir daha onu göstərir ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan hakimiyyəti öz gücünü birbaşa olaraq Azərbaycan xalqından alır.
Azərbaycan dövlətinin bu virusla mübarizədə müəyyənləşdirdiyi əsas taktiki yol, insanların özlərini qorumaqla dövlətə dəstək olmasıdır. Yəni dövlət zəruri olmadığı təqdirdə, lüzumsuz yerə böyük insanları təhlükə ilə üz-üzə qoymamağa çalışır. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycan dövləti əhalini təhlükə qarşısında tək qoymaq niyyətindən tamam uzaqdır. Xüsusən, yaşlı nəslin qorunması, diqqət mərkəzində saxlanılması bütün dünyada virusun dəhşət saçdığı dövrdə əsl humanizm nümunəsidir.
Mübarizənin əsas prinsiplərindən biri insan qruplarını pandemiyaya yoluxmaqdan təcrid etməkdir. Bunun üçün “Evdə qal, Azərbaycan!” şüarı fəal şəkildə təbliğ olunur. Bütün proses boyunca müşahidə olunan əsas məqam ondan ibarətdir ki, dövlət insanların bu prinsiplərə şüurlu şəkildə riayət etməsi, təhlükənin miqyasını başa düşməsi üçün bütün imkanlarını səfərbər edir. Virusla mübarizə məqsədi ilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tətbiq etdiyi bütün qadağa və məhdudiyyətlərin tətbiq olunma səbəbləri, prinsipləri geniş şəkildə cəmiyyətə izah edilir.
Bütün qonşu ölkələrlə sərhədlərin bağlanması və martın 24-də tətbiq edilən karantin rejimi əsas iqtisadi fəaliyyətlərin dayanması ilə nəticələndi. Dövlət və büdcə təşkilatlarında çalışanlar öz əmək haqlarını almağa davam etsə də və bəzi müəssisələrdə maaşlar dövlət yardım paketi ilə kompensasiya olunsa da, bu karantin rejimi rəsmi əmək müqaviləsi olmayan işçilərə, qeydiyyatsız çalışanlara, rəsmi işçi statusu olmayanlara mənfi təsir etdi. Prezident İlham Əliyev bu il martın 19-da “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzaladı. Eyni zamanda, dövlət başçısının bu Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb və artıq bu istiqamətdə addımların atılmasına start verildi. Aprelin 17-də isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrıldı.

Ölkə ərazisində mart ayının 24-dən elan olunmuş karantin rejiminin şərtlərini aprel ayının 5-dən etibarən gücləndirməklə ölkə ərazisində virusa yoluxma sayının minimuma endirilməsinə nail olundu. Bunu nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən may ayının 18-dən etibarən şərtlərin yüngülləşdirilməsi, SMS-icazə sisteminin ləğv edilməsi qüvvəyə mindi.
Lakin bu nəticələr növbəti günlərdə edilən laqeydlik və karantin qaydalarına əməl olunmaması nəticəsində yenidən mənfiyə doğru dəyişdi.
Azərbaycanda karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım müşahidə olundu. Əhali bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən hamının sosial məsuliyyətdən irəli gələrək hər bir zaman mövcud qaydalar və şəxsi gigiyena, zəruri profilaktik qaydalara əməl etməsi vacibdir.
Bunun ilk siqnalını ölkə Prezidenti İlham Əliyev aprelin 24-də Sumqayıt şəhərində sakinlərlə görüşündə bildirib. Prezident qeyd edib ki, karantin müddətində daim monitorinq aparılacaq: “Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır”.
Ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir.
Karantin rejiminin tətbiqi nəticəsində əldə olunan nailiyyətlər qətiyyən laqeydlik yaratmamalıdır. Vaksinasiya problemi həll edilməyənədək virusun əhali arasında yayılma riski böyükdür. Hər bir Azərbaycan vətəndaşı pandemiya dövründə öz məsuliyyətini dərk edərək karantin rejimi qaydalarına ciddi əməl etməlidir.

İLHAMLA MEHRİBANLA AZƏRBAYCAN NAMİNƏ-İMAN SƏHİFƏMİZƏ YAZI VERİB, DƏSTƏK OLDUĞU ÜÇÜN YENİ AZƏRBAYCAN PARTİYASI (YAP) PİRALLAHI RAYON TƏŞKİLATININ SƏDRİ HİKMƏT ŞİKAROVA DƏRİN TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.
HÖRMƏTLƏ: TƏSİSÇİ Ayşən Fəxrəddin qızı
(Yenigundem.az)

Tarix:20-06-2020, 16:04 Baxış Sayı:244 Kateqoriya:gundem / sosial / maraqli
SON XƏBƏRLƏR
Vətəndaşlara səfərbərlik çağırışı SMS-i... - Video
Azərbaycan mayor şəhidini dəfn etdi - YENİLƏNİB
Ombudsman Tovuzun Ağdam kəndində - FOTO
Millət vəkilinin ATƏT-in Minsk qrupuna sərt reaksiyası - VİDEO
Şəhid general Polad Həşimovun fotosu
SON DƏQİQƏ: Daha 5 hərbiçimiz şəhid oldu - RƏSMİ
Birinci vitse-prezidentin tapşırığını icra etməyən məmur kimdir?
Quba-Xınalıq yolunda hərəkət bərpa olundu
Pandemiya dövründə 910 min vətəndaşın iş yeri qorunub
Düşmən Dondar Quşçu kəndini yenidən atəşə tutdu - RƏSMİ
Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulması və Azərbaycana qarşı təcavüzdür
“Paşinyan münaqişənin həllinə söz verdiyi üçün təxribata əl atır”
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA
Ermənistan yaralıların sayını artırdı, ancaq...
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
“Azərbaycan əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək”
Sabah yağış yağacaq
“LUKOİL”da partlayış oldu
Cəbhədə gərginlik artır: Atəşkəs rejimi 70 dəfə pozulub
İş icazəsi ilə Lerikə gedənlər cərimələndi
Koronavirusa yoluxan şəxs küçəyə çıxıb qonşusu ilə dalaşdı
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub
Bakıda 6 yaşlı oğlanı küçədə it dişlədi
Daha bir yüksək rütbəli şəxs koronavirusa yoluxdu
Azərbaycanda 531 yeni yoluxma və 6 ölüm faktı
"Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur"- Naqif Həmzəyev
Bakıda parkın içində tikilən obyekt söküldü - Video
Sabah havanın hərarəti 35 dərəcəyə yüksələcək
SOS: Gözlənilən temperatur artımı yaxın 5 il ərzində baş verəcək

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla