SMS-lə icazə müddətini bir az artırmaq olmazmı?

SMS-lə icazə müddətini bir az artırmaq olmazmı?









Bu ağır pandemiya günlərində insanlarımız ən müxtəlif patriotiik hərəkətlər və çağırışlar nümayiş etdiriblər – balkonlardan Azərbaycan, Vətən haqqında mahnılar səslənib, həkimlərimizə və polislərimizə dəstək və minnətdarlıq ifadə olunub…

Amma aydındır ki, bizim tərəfimizdən göstərilən ən böyük patriotizm bu mürəkkəb günlərdə nümayiş etdirəcəyimiz məsuliyyət hissi ola bilərdi, çünki dəfələrlə belə bir fikri yazmışıq ki, hələ nəinki Azərbaycanın, ümumiyyətlə, dünya ölkələrinin pandemiyaya qarşı sərəncamında izolyasiya və sərt karantin tədbirlərindən başqa təsirli bir vasitə yoxdur.
Odur ki, ən əvvəl bu sahədəki vəziyyətlə bağlı bir-iki cümlə. Bu günlərdə şəhərə çıxarkən ətrafa az qala, dörd gözlə baxırdıq ki, görək bu məsələdə vəziyyət necədir.

Bəli, maska taxanlarla taxmayanların nisbəti, demək olar ki, 50-50, yəni yarıbayarıdır. Üstəlik, maska taxanların üçdən biri onu burnundan aşağıda saxlayır, yəni burnunu tamamilə açıq tutur, digər üçdən biri isə maskanı, ümumiyyətlə, boynunda gəzdirir.

Deməli, maska taxanların yalnız üçdən biri onu qaydalara uyğun gəzdirirlər ki, bu da şəhərə çıxmış ümumi insanlarımızın yalnız altıdan biri qədər edir. Bu təxmini ədədlər – müşahidələr ümumi vəziyyətin necə dramatik olduğunu yetərincə göstərir. Amma dərhal sual da yaranır: bəs bu insanlarımızın yalnız məsuliyyətsizliyinin göstəricisidirmi?

Əlbəttə, ilk növbədə bu amili qeyd etmək lazım gəlir. Amma illərlə televiziyalar, radiolar və ümumiyyətlə, rəsmi mənbələr insanlara o qədər yalan danışıb ki, insanlarda rəsmi sözə inam qalmayıb, hamı belə qəbul edir ki, rəsmi şəkildə deyilən hər şey yalandır və hansısa məqsədə, ya da ki, təbliğata xidmət edir. İnsanlarımız sağalmaz və ya çarəsiz nihilistlərə çevriliblər ki, bunu yalnız ürəkağrısı ilə qeyd etmək olar. “Oyundur!” – bəli, böyük əksəriyyətin ətrafda baş verənlərə əsas reaksiyası budur və bu halı böyük təəssüf hissilə bir daha qeyd edirik.

Həm də izolyasiya tədbirlərinin üç əsas sütunu var: mümkün qədər evdən bayıra çıxmamaq, sosial məsafə saxlamaq və maska taxmaq. Di gəl ki, bunlardan ikisilə – sosial məsafə və maskalarla bağlı hələ də birmənalı mütəxəssis rəyi bərqərar olmayıb ki, insanlar da həmin o qaydalara əməl etsinlər.

Bəli, pandemiyanın ilk günlərində deyirdilər ki, maska xəstələr və həkimlər üçündür. Daha sonra adi insanlara hər yerdə maska taxmağı, di gəl, polislərə əhalinin sıx olmadığı, sosial məsafəyə ehtiyac duyulmadığı yerlərdə bunsuz keçinməyi məsləhət görürdülər.

Qərəz, o gün baxıram ki, televiziya ilə deyirlər: “Filan ölkədə əhali sosial məsafə saxlamaq tələbinə yaxşı əməl etmədiyindən maska taxmaq məcburi edilib”. Normal məntiqli adam buradan bir nəticə çıxarar: ya maska taxmaq, ya da sosial məsafəni gözləmək lazımdır! Bizdə isə bunların hər ikisini tələb edir, maskanı hətta yatanda belə çıxarmamağı tövsiyə edir və üstəlik, az qala, evdə belə çarpayılar arasında iki metr məsafə saxlamağı tapşırırlar! İndiki insanların özəlliyisə budur ki, onlar bir mənbədən informasiya almırlar, odur ki, çaşqınlıq yaranır və insanlar kimin sözünə əməl etməyi bilmir, əksər hallarda isə kənardan deyilənlərə daha çox inanırlar, çünki bu hiss bizdə həmişə daha güclü olub – güman, ona görə ki, bizim yerli mənbələr heç vaxt öz reputasiyaları haqda yaxşı fikirləşməyib, bunun qayğısına qalmayıblar…

İndi gələk əsas məsələyə, bir vətəndaş kimi xahişimizə. Şəhərimiz həm böyüyüb, həm də karantin tədbirlərinə görə şəhərdə hərəkət etmək çətinləşib – yoxlamalar istər-istəməz hərəkəti bir az da ləngidir. Odur ki, ayrılan iki saatlıq vaxtın böyük hissəsi yola sərf olunur. Olmazmı ki, SMS –lə verilən icazənin müddəti bir az artırılsın, heç olmasa, 2.30 (iki saat yarım!) və yaxud da, əgər mümkündürsə, 3 (üç!) saat olsun?..

Burada bir məsələni də qeyd etmək istərdik: qadağalar və yasaqlar insanlar üçün çox ciddi problemlər yaratmayanda, onların zəruri ehtiyaclarını nəzərə alanda bu qadağaları pozmaq zərurəti də yaranmır. Odur ki, gəlin ictimai idarəetmənin bu qızıl qaydasını unutmayaq.

Məsələn, Azərbaycanda hər il Məhərrəmlik mərasimləri vaxtı toylar olmur və insanlar ictimai könüllük əsasında buna əməl edir və heç vaxt bu qaydanı pozmurlar, çünki bilirlər ki, bu, ildə təxminən 1.5 ay, uzağı 2 ay çəkir. Odur ki, hətta yasaqlar və qadağalar belə insanların maraqlarını nəzərə almalı, mümkün qədər onlarçün daha az problem yaratmalıdır – o halda, onlara əməl etmək də daha asan olur…
(Azinforum.az)

Tarix:27-06-2020, 12:42 Baxış Sayı:97 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Kimlərə işsiz statusu verilmir?
Paşinyanı ermənilərin 85%-i dəstəklədi? – Şübhəli sorğu
Sabah 38 dərəcə isti olacaq - HAVA
Prezident Əmir Pəhləvana ev bağışladı
“Kaktus” restoranında qonaqlıqda iştirak edənlər saxlanıldı – Video
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
Sabahın hava proqnozu açıqlandı
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Abşeronda COVİD-19pandemiyası ilə əlaqədar reyd keçirildi
Azərbaycan polisi – xalqa və dövlətçiliyə sarsılmaz sədaqət nümunəsi
Sabah Bakıda və rayonlarda yağış gözlənilir
Azərbaycanda bu gün Polis Günü qeyd olunur
“AzerGold” QSC-nin ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib
Bakıda 30-32 dərəcə isti olacaq, rayonlarda isə... - HAVA PROQNOZU
Prezident İsmayıllıya 700 min manat ayırdı
Deputat kəndin suvarma su problemini həll etdi
Pasiyentlər Saraydakı modul tipli xəstəxanadakı şəraitdən razılıq ifadə edirlər
“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib
Sabahın hava proqnozu açıqlandı
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR
Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib
SMS-lə icazə müddətini bir az artırmaq olmazmı?
Naqif Həmzəyev: "Artan yoluxma sayı SOS siqnalı verir"
Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək
“Siqaret qaçaqmalçılığının başında Ermənistanın Baş naziri və ailəsi dayanır”
"COVİD-19" peyvəndi vurulan könüllülər DANIŞDI
Bəhram Bağırzadənin həkimi danışdı: "Vəziyyəti ağır olaraq qalır"
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
Xarici İşlər Nazirliyi MƏLUMAT YAYDI
5G möhkəmlənir: Bu şirkət 5G avadanlığına 75 milyon dollar investisiya yatıracaq

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla