“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib

“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib









“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəsmi internet səhifəsi www.azergold.az yeni dizaynda istifadəyə verilib. Yenilənmiş sayt dizaynla yanaşı, məzmun cəhətdən də təkmilləşdirilib, müasir tələblərə uyğun tərtib edilərək bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib. Yeni korporativ saytda əsas diqqət istifadəçilərin rahatlığının təmin edilməsi, Cəmiyyətin bütün fəaliyyət istiqamətləri haqda daha dolğun və şəffaf məlumatların çatdırılması hədəfinə yönəldilib.

Əsas səhifədə yerləşdirilmiş yeni interaktiv xəritə vasitəsilə ölkə üzrə faydalı filiz yataqları, o cümlədən, “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi ərazi və yataqlar haqda ətraflı məlumat əldə etmək mümkündür.

Eyni zamanda, təchizat və işə qəbul proseslərinin şəffaflığının təmin edilməsi məqsədilə saytın müvafiq bölmələrində cari tender və vakansiyalar üzrə müvafiq ən son məlumat və elanlarla da tanış olmaq mümkündür.

Saytın əsas səhifəsində Cəmiyyətin istehsal etdiyi məhsullar – qızıl, gümüş sikkə və külçələrin onlayn sifariş platforması olan azergold.gift saytına da birbaşa keçid inteqrasiya edilib.

Yenilənmiş saytda Cəmiyyətin fəaliyyətinə dair informasiya ilə jurnalistlərin daha asan və çevik təmin olunması üçün abunəlik funksiyası da əlavə edilib.

Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Tarix:30-06-2020, 14:23 Baxış Sayı:74 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Kimlərə işsiz statusu verilmir?
Paşinyanı ermənilərin 85%-i dəstəklədi? – Şübhəli sorğu
Sabah 38 dərəcə isti olacaq - HAVA
Prezident Əmir Pəhləvana ev bağışladı
“Kaktus” restoranında qonaqlıqda iştirak edənlər saxlanıldı – Video
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
Sabahın hava proqnozu açıqlandı
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Abşeronda COVİD-19pandemiyası ilə əlaqədar reyd keçirildi
Azərbaycan polisi – xalqa və dövlətçiliyə sarsılmaz sədaqət nümunəsi
Sabah Bakıda və rayonlarda yağış gözlənilir
Azərbaycanda bu gün Polis Günü qeyd olunur
“AzerGold” QSC-nin ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib
Bakıda 30-32 dərəcə isti olacaq, rayonlarda isə... - HAVA PROQNOZU
Prezident İsmayıllıya 700 min manat ayırdı
Deputat kəndin suvarma su problemini həll etdi
Pasiyentlər Saraydakı modul tipli xəstəxanadakı şəraitdən razılıq ifadə edirlər
“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib
Sabahın hava proqnozu açıqlandı
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR
Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib
SMS-lə icazə müddətini bir az artırmaq olmazmı?
Naqif Həmzəyev: "Artan yoluxma sayı SOS siqnalı verir"
Sabahın havası: Şimşək çaxacaq, dolu düşəcək
“Siqaret qaçaqmalçılığının başında Ermənistanın Baş naziri və ailəsi dayanır”
"COVİD-19" peyvəndi vurulan könüllülər DANIŞDI
Bəhram Bağırzadənin həkimi danışdı: "Vəziyyəti ağır olaraq qalır"
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım
Xarici İşlər Nazirliyi MƏLUMAT YAYDI
5G möhkəmlənir: Bu şirkət 5G avadanlığına 75 milyon dollar investisiya yatıracaq

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla