AERA bu il 431 texniki yoxlama aparıb

AERA bu il 431 texniki yoxlama aparıb













Bu ilin birinci yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 431 texniki yoxlama aparılıb.

Dogruxeber.az bildirir ki, Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, büdcədən maliyyələşən istehlakçılarda elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasının və elektrik enerjisindən istifadənin vəziyyəti ilə bağlı 219, büdcədən maliyyələşən müəssisələrdə qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının təmin edilməsinin, həmçinin, müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə isə 212 texniki yoxlama aparılıb.

Məlumata əsasən, yoxlamalar zamanı aşkar edilmiş pozuntularla əlaqədar cavabdeh şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokollar tərtib olunub və pozuntuların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilib.

Elektrik enerjisi təchizatı sahəsində yeni, yaxud yenidən qurulan, həmçinin enerji təchizat sxemini dəyişən 98 tikinti obyektinin xarici elektrik qurğularına istismara buraxılış aktı verilib, müxtəlif tikinti obyektinin elektrik enerjisi ilə təmin edilməsinə dair 121 sayda elektrik qurğularının layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, 43 sayda layihə sənədlərində isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina edilib.

Hesabat dövründə təbii qaz istehlakçılarının təqdim etdikləri 271 sayda razılaşdırılmış layihəyə uyğun olaraq, tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. 1 688 sayda tikinti obyektlərinin qaz təchizatı üçün hazırlanmış layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, 38 sayda layihə sənədlərində isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina olunub.

Agentlik tərəfindən aparılmış araşdırmalar nəticəsində ümumilikdə 10 obyektin elektrik qurğu və avadanlıqları “Elektrik enerjisindən istifadə Qaydaları”nın, 3 obyektin isə qaz qurğularının “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulmaqla texniki sənədləşdirmə aparılmadan elektrik enerjisi və qazpaylayıcı şəbəkələrinə qoşulduğu aşkar edilib. Bununla bağlı enerji təchizatı müəssisələrinə və qazpaylayıcılara göstərişlər verilib və müvafiq tədbirlər görülməklə obyektlərin sənədləşməsi təmin olunub.

Bu dövrdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə Agentliyin filialları tərəfindən ümumilikdə 115 sayda inzibati xəta haqqında protokol tərtib edilib. “Azərenerji” və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 23 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib və sayğacların kompüterlə oxunması həyata keçirilib.

İstehlakçıların müraciəti əsasında hesabat dövrü ərzində 61 müəssisədə 290 nəfər olmaqla elektrik təsərrüfatlarına cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin əməyin mühafizəsi norma və qaydaları, texniki istismar, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə Agentlik tərəfindən təkliflər verilib və bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

Tarix:9-07-2020, 16:34 Baxış Sayı:103 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Deputat: “Ermənilərin bütün bu separatçı, işğalçı hərəkətlərinin qarşısını almağın bircə yolu var – Azərbaycan işğal altında olan torpaqlarını azad etməlidir”
"Rusiyanın qeyri-adekvat münasibəti münaqişənin həllində maraqlı olmadığını göstərmiş oldu” ÖZƏL-MÜNASİBƏT
Ceyhun Məmmədov:Azərbaycanın xarici siyasət xəttində artıq yeni dönəm başlayıb
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Sabahdan Bakıda daha bir qadağa qüvvəyə minir - RƏSMİ
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Metropoliten işçi qəbulu elan edib
Sabah bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək
Məmur övladının avtomobil kolleksiyası/Foto
Korona xəstəsi Bakıdan qaçmaq istədi, tutuldu
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Çarəsiz durumda olan vətəndaşın dərdinə məlhəm olmayan İcra başçısı-Video
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib
Millət vəkili Dubayda iki oğlunun təhsil alması üçün 300 min dollar xərcləyib
Mobil qruplar Abşeronda təbliğat aparır
Sabahın havası açıqlandı
"Azərsu" ASC-nin sədrinə məxsus dəb-dəbəli villası-Foto
Düşmən atəşkəs rejimini pozdu
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Ucar rayon İcra hakimiyyətində korrupsiya halları baş verir?-bir qrup şəxslər tərəfindən ağır ittiham/Video-Foto
Daha bir iri məmur övladının xaricdə olan biznesi-Foto
Qaydalara əməl olunmadı - 9 nəfər...
"Su hara gedir, niyə itir" sualının cavabı-Foto
Sabahın havası açıqlandı
Təbriz Məhərrəmoğlu: "Hədəfimiz təkcə ölkəmizdə deyil, ölkədən kənarda da tanınmaqdır"
Bu gündən bəzi səhalərin fəaliyyətinə icazə verildi
Beyləqan Rayon Polis Şöbəsi uğurlu əməliyyat keçirib ,saxlanılanlar var-FOTO
Deputat oğluna məxsus milyonluq mülk/Foto

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla