“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir









“Nar” TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində koronavirus pandemiyası zamanı müxtəlif sahələrdə vətəndaşlara xidmət etməyə davam edən insanları ictimaiyyətə tanıtmaq üçün “Günün Qəhrəmanları” müsabiqəsinə start verir. Müsabiqə pandemiya ilə mübarizə dövründə gündəlik işlərini icra edərkən həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək. Bu cür hekayələrin üzə çıxarılmasında məqsəd həm əhali arasında qəhrəmanları tanıtmaq, həm də sosial məsuliyyətin təşviqinə dəstək olmaqdır.

Müəlliflər yazılarının əsas qəhrəmanı olaraq, başda həkimlər olmaqla, online dərslərlə şagirdlərinə təhsil verməyə davam edən müəllimləri, polisləri, marketlərdə çalışan əməkdaşları, çatdırılma xidməti göstərənləri, müştəri xidmətlərinin nümayəndələrini, xüsusi rejimli xəstəxanalardan reportaj hazırlayan jurnalistləri, könüllü yardım qrupu yaradan insanları, ümumilikdə pandemiya dövründə vətəndaşlara xüsusi əmək göstərən hər kəsi seçə bilərlər.

Müsabiqənin şərtləri:

1) Müsabiqə həm jurnalistlər, həm də sosial media istifadəçiləri üçün açıqdır.

2) Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında danışılan şəxsdən yayımla bağlı razılığın alınmasıdır.

3) Məqaləyə razılıq əsasında foto və videolar da əlavə edilə bilər.

4) Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz dilindən də yazıla bilər.

5) Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.

6) Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər media@azerfon.az elektron ünvanına göndərməlidirlər. 7) Sosial media istifadəçiləri də eynilə, hekayələrini media@azerfon.az elektron ünvanına göndərməlidirlər. Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər. ( #GününQəhrəmanları #Nar #TƏBİB).

Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblərə müvafiq olaraq Samsung S10+ , Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı təqdim olunacaq. Qeyd edək ki, müsabiqəyə qoşulmaq üçün son tarix 10 avqustdur. Əlavə suallar yarandığı təqdirdə, media@azerfon.az elektron ünvanına yaza bilərsiniz.

Tarix:13-07-2020, 15:54 Baxış Sayı:113 Kateqoriya:gundem / sosial / maraqli
SON XƏBƏRLƏR
Deputat: “Ermənilərin bütün bu separatçı, işğalçı hərəkətlərinin qarşısını almağın bircə yolu var – Azərbaycan işğal altında olan torpaqlarını azad etməlidir”
"Rusiyanın qeyri-adekvat münasibəti münaqişənin həllində maraqlı olmadığını göstərmiş oldu” ÖZƏL-MÜNASİBƏT
Ceyhun Məmmədov:Azərbaycanın xarici siyasət xəttində artıq yeni dönəm başlayıb
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Sabahdan Bakıda daha bir qadağa qüvvəyə minir - RƏSMİ
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Metropoliten işçi qəbulu elan edib
Sabah bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək
Məmur övladının avtomobil kolleksiyası/Foto
Korona xəstəsi Bakıdan qaçmaq istədi, tutuldu
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Çarəsiz durumda olan vətəndaşın dərdinə məlhəm olmayan İcra başçısı-Video
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib
Millət vəkili Dubayda iki oğlunun təhsil alması üçün 300 min dollar xərcləyib
Mobil qruplar Abşeronda təbliğat aparır
Sabahın havası açıqlandı
"Azərsu" ASC-nin sədrinə məxsus dəb-dəbəli villası-Foto
Düşmən atəşkəs rejimini pozdu
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Ucar rayon İcra hakimiyyətində korrupsiya halları baş verir?-bir qrup şəxslər tərəfindən ağır ittiham/Video-Foto
Daha bir iri məmur övladının xaricdə olan biznesi-Foto
Qaydalara əməl olunmadı - 9 nəfər...
"Su hara gedir, niyə itir" sualının cavabı-Foto
Sabahın havası açıqlandı
Təbriz Məhərrəmoğlu: "Hədəfimiz təkcə ölkəmizdə deyil, ölkədən kənarda da tanınmaqdır"
Bu gündən bəzi səhalərin fəaliyyətinə icazə verildi
Beyləqan Rayon Polis Şöbəsi uğurlu əməliyyat keçirib ,saxlanılanlar var-FOTO
Deputat oğluna məxsus milyonluq mülk/Foto

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla