Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Abşeronun kənd və qəsəbələrinin küçələrinə asfalt örtüyü çəkilir – İradə Gülməmmədova əraziyə gəldi

17-07-2020, 18:01

Abşeronun kənd və qəsəbələrinin küçələrinə asfalt örtüyü çəkilir – İradə Gülməmmədova əraziyə gəldi


















Abşeron rayonunun kənd və qəsəbələrinin mərkəzi küçələrinə asvalt örtüyü çəkilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən rayonun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu istiqamətdə də işlər davam etdirilir. Həyata keçirilən təmir işləri ilə yerində tanış olmaq məqsədi ilə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bir neçə qəsəbəyə baş çəkib. Əvvəlcə Ceyranbatan qəsəbəsindəki Heydər Əliyev prospektində görülən işlərə baxış keçirən İ.Gülməmmədovaya məlumat verilib ki, sakinlərin gediş-gəlişinin yaxşılaşdırılması məqsədilə uzunluğu 1.2 km, sahəsi 11 min kv.m olan küçə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunur. İ.Gülməmmədova H.Əliyev küçəsində görülən işlərlə ətraflı tanış olduqdan sonra yolun təmirinin keyfiyyətli aparılmasına dair bir sıra tapşırıqlar verib.

Daha sonra İ.Gülməmmədova Ceyranbatan və Saray qəsəbələrində sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə yerində tanış olub. Sakinlər tərəfindən qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyatı qurumlara göstərişlər verilib.

Sakinlərlə görüşdə xanım başçı qeyd edib ki, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayon ərazisində kompleks tədbirlərin icrası davam etdirilir. Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Abşeron rayonunun 5 kənd və qəsəbəsində əsas küçə və prospektlər asfaltlanacaq. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 240 min kv.m-dir. Bu işlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Abşeronun kənd və qəsəbələrinin küçələrinə asfalt örtüyü çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
Abşeronun kənd və qəsəbələrinin küçələrinə asfalt örtüyü çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
Abşeronun kənd və qəsəbələrinin küçələrinə asfalt örtüyü çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
Abşeronun kənd və qəsəbələrinin küçələrinə asfalt örtüyü çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
Abşeronun kənd və qəsəbələrinin küçələrinə asfalt örtüyü çəkilir – İradə Gülməmmədova əraziyə gəldi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram