DSMF-da hansı cinayət xarakterli hadisələr baş verib?-Ağır ittiham/VİDEO

DSMF-da hansı cinayət xarakterli hadisələr baş verib?-Ağır ittiham/VİDEO



















Hər zaman acgöz,tamahkar və məsuliyyətsiz məmurların ucbatından sadə,fəqir və biçarə vətəndaşlar əziyyət çəkiblər. Tarix boyu şahidi olmuşuq ki,mal-mülkə hərisi olan məmurlar zaman-zaman öz nəfslərinin qurbanınına çevriliblər. Bu gün barəsində bəhs edəcəyimiz şəxs məhz o məmurlardandır ki,yetimin,əlilin və kimsəsizin haqqını mənimsəyib öz sərvətini və şan-şöhrətini çoxaltmaqda ittiham olunur.

Belə ki,bir neçə gün öncə "DogruXeber.az" informasiya agentliyinin redaksiyasında internat məzunu olan Salahov Vüqar Rəfayıl oğlu şikayətçi qismində müsahibimiz olmuşdur. V.Salahov müsahibəsi zamanı bir çox qanunsuz işlər və hətta intihara cəhd hadisəsi haqqında maraqlı məlumatlar bildirmişdir.

Şəxsin sözlərinə görə,zaman-zaman dövlət binasında cinayət xarakterli hadisələrin baş verməsinə baxmayaraq, hər biri DSMF-nun şöbə müdri Vüqar Behbudov tərəfindən ört-basdır edilirmiş. Vüqar Salahovun sözlərinə görə dövlət tərəfindən internat məzunları üçün inşa edilən binaları,Vüqar Behbudov müxtəlif şəxslərlə iş birliyi quraraq rüşvət qarşılığında növbədə olmayan internat məzunlarına satırmış.

Hər dəfə növbəsinin çatacağını gözləyən məzunlara isə yalan vədlər verərək,növbəti mərhələni vəd edirmiş. Süründürməçilikdən və yalan vədlərdən cana doyan internat məzunlarının bir neçəsi,hətta DSMF-nun inzibati binasında özlərinə sui-qəst də ediblər.
Bu cür hadisələr baş verdikdən sonra Vüqar Behbudov həmin şəxləri evlə təmin edirmiş. Bu hələ son deyil. Müsahibimizin sözlərinə görə Vüqar Behbudov bir qrup səlahiyyətli şəxlərlə zəncirvari əlaqələr quraraq məzunlar üçün inşa edilən binaları külli miqdarda rüşvət qarşılığında satırmış. Hətta V.Salahov bütün dediklərinə dair əlində yetərli maddi sübutlarının olduğunu israrla bildirmişdir.

Müsahibə zamanı həqiqətən də olunan iddiaların nə dərəcədə həqiqət olması bizim üçün də çox maraqlı idi. Məhz bu məqsədlə də iddiaçının iddialarının təfərrüatlarını araşdırdıq. İnternat məzunu V.Salahovun təqdim etdiyi videorolikdə böyük bir qruplaşmanın çirkin əməllərini aşkar edən aideo və video görüntüləri əks olunmuşdur. Bu isə edilən iddianın tam əsaslı olduğunu sübut edən bir dəlildir.

P.S. Redaksiyamız qarşı tərəfin mövqeyini öyrənmək üçün DSMF-nun şöbə müdiri Vüqar Behbudovla telefon əlaqəsi saxladı. Dəstəyi qaldıran V.Behbudov suallarımıza cavab verməkdən imtina etdi.
P.S.S. Hesab edirik ki,məsələyə münasibət bildirməmək ya olunan iddialarla barışmaq deməkdir,ya da ki... “CD”də kimlərin səsi və görüntüsü var?
Ardı var...!!

Tarix:23-07-2020, 11:02 Baxış Sayı:400 Kateqoriya:gundem / sosial / hadise / ustxeber
SON XƏBƏRLƏR
“Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir” ÖZƏL-MÜNASİBƏT
Daha bir məmurun mülklərinin siyahısı
Sabahın hava proqnozu
190 manatın bu şəxslərə verilməsi dayandırıldı - RƏSMİ
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto
Parlament işsizliklə bağlı sənədi təsdiqlədi
“Instagram”da “TikToka”a bənzər yenilik
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Sabah hava necə olacaq?
Peşə təhsilinin əhəmiyyəti barədə
Milli Məclisin növbəti iclası keçirilir
Polis əməliyyat keçirdi: Tutulanlar var
Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır
Metro ilə bağlı rəsmi qərar verildi
AQC VƏ QAİ-nin NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLMİŞDİR
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
Rayona getmək üçün icazələr belə alınacaq
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Məhkəmədə barəsində ədalətsiz qərar çıxarılımasına etiraz edən jurnalist
Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
Bu çimərliklər istifadəyə yararlıdır - Rəsmi açıqlama
DİN-dən xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA
Azərbaycan dövləti bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq
"Həm keçən ay, həm də bu ay üçün 190 manat verilməlidir" - Deputatdan AÇIQLAMA
Sabah Bakıda yağış yağacaq
DİN-dən rayonlara gediş-gəlişə hansı hallarda icazə veriləcəyi ilə bağlı AÇIQLAMA
Sumqayıt və Novxanı bələdiyyələrinin sədrləri cərimələnib - MƏBLƏĞ
Neft Daşlarında dalğa 5 metrə çatıb - Faktiki hava
Pensiyalarla bağlı millət vəkilindən VACİB AÇIQLAMA
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla