Deputat rayonun su problemindən danışdı

Deputat rayonun su problemindən danışdı





Son illər ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Bununla bağlı Goranboy – Naftalan seçki dairəsinin deputatı Anar Məmmədov “Yeni Gündəm”-ə bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı çoxsaylı Sərəncamlara əsasən istər paytaxt Bakıda, istərsə də respublikanın digər regionlarında əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı işlərin görülməsi bunun bariz nümunəsidir.

Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib ki, bu da birbaşa içməli su ilə tənzimlənib, öz yerini tapıb. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyildiyi kimi, 6 ayda aqrar sahədə 2,2 faiz artım əldə edilib. Quraqlıq olmasaydı, daha yüksək göstəricilər qazanmaq mümkün idi. Məsələn, havaların əlverişsiz keçməsi, yəni yağıntıların az olması bir sıra Aran rayonlarında taxıl becərilməsində müəyyən çətinliklər yaratdı. Sözügedən iclasda dövlət başçısı bir daha diqqəti su ehtiyatlarının yaradılması və ondan düzgün, səmərəli şəkildə istifadə edilməsi məsələsinə yönəltmişdir.
İyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə müzakirə olunan məsələlər, qarşıya qoyulan konkret tələblər bir daha sübut edir ki, su məsələsi ölkədə milli təhlükəsizlik və strateji əhəmiyyətli məsələdir. Və bu sahədə mövcud problemlərin həlli gecikdirilə bilməz.
Ölkədə su ehtiyatlarının yaradılması üçün çoxsaylı tədbirlər həyata keçirilib. Ümumi su tutumu 456 milyon kubmetr olan 4 su anbarı – Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları tikilir. Azərbaycanda içməli su təminatı yüksək faiz dərəcəsi ilə göstərilir, Bakı şəhəri ilə yanaşı bütün şəhər, rayon və qəsəbələri əhatə edir. Nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Bununla yanaşı digər böyük layihələr, Ceyranbatan, Şəmkir və s. su anbarlarının da adını qeyd edə bilərik.
Onu da qeyd edim ki, son illər 96 saylı Goranboy – Naftalan seçki dairəsi üzrə su təsərrüfatının yaxşılaşdırılması sahəsində də xeyli işlər görülüb. Cari ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Goranboy rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” , mart ayında isə yenidən suya olan tələbatı nəzərə alaraq əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Goranboy rayonunun əhalisi 30378 nəfər olan 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusundan əlavə daha 43 subartezian quyusunun qazılması nəzərdə tutulub. Həmin quyulardan artıq 17-nin qazılması prosesi başa çatıb, digər quyuların qazılması işləri isə davam etdirilir. Lakin bununla belə, suya ehtiyac hələ də çoxdur. Dövlətin gördüyü tədbirlər vəziyyəti dəyişsə də bu prosesdə vətəndaşların iştirakı olmadan uğur qazanmaq çətin olacaq. Buna görə də müasir çağırışlara uyğun və əsaslandırılmış su balansı hazırlanmalı, vətəndaşlar vəziyyətin ciddiliyini anlamalı sudan istifadədə diqqətli olmalı və suya qənaət etməlidir.
(Yenigundem.az)

Tarix:27-07-2020, 17:44 Baxış Sayı:98 Kateqoriya:gundem / sosial / hadise / bolge
SON XƏBƏRLƏR
“Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir” ÖZƏL-MÜNASİBƏT
Daha bir məmurun mülklərinin siyahısı
Sabahın hava proqnozu
190 manatın bu şəxslərə verilməsi dayandırıldı - RƏSMİ
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto
Parlament işsizliklə bağlı sənədi təsdiqlədi
“Instagram”da “TikToka”a bənzər yenilik
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Sabah hava necə olacaq?
Peşə təhsilinin əhəmiyyəti barədə
Milli Məclisin növbəti iclası keçirilir
Polis əməliyyat keçirdi: Tutulanlar var
Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır
Metro ilə bağlı rəsmi qərar verildi
AQC VƏ QAİ-nin NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLMİŞDİR
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
Rayona getmək üçün icazələr belə alınacaq
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Məhkəmədə barəsində ədalətsiz qərar çıxarılımasına etiraz edən jurnalist
Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
Bu çimərliklər istifadəyə yararlıdır - Rəsmi açıqlama
DİN-dən xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA
Azərbaycan dövləti bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq
"Həm keçən ay, həm də bu ay üçün 190 manat verilməlidir" - Deputatdan AÇIQLAMA
Sabah Bakıda yağış yağacaq
DİN-dən rayonlara gediş-gəlişə hansı hallarda icazə veriləcəyi ilə bağlı AÇIQLAMA
Sumqayıt və Novxanı bələdiyyələrinin sədrləri cərimələnib - MƏBLƏĞ
Neft Daşlarında dalğa 5 metrə çatıb - Faktiki hava
Pensiyalarla bağlı millət vəkilindən VACİB AÇIQLAMA
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla