QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI

QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI



















Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Qaçqınkomla bağlı yazdığı maraqlı məqaləni təqdim edirik:
Deputat Mahir Abbaszadə rəhbəri olduğu fondun 15 milyonluq sifarişini özünün təsisçisi olduğu şirkətə verib - SƏNƏDLƏR

FONDUN DİREKTORU VƏ MÜAVİNİ GÜRCÜSTANDA DA BİZNES QURUB

"AZ.İNŞAAT-M.V." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ son bir il ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi 15 milyon manatlıq 3 tenderin qalibi elan edilib.
Vergilər Nazirliyinin reyestr məlumatları bazasında şirkətin təsisçisi ilə bağlı məlumat göstərilmir, qanuni təmsilçisinin isə Abbasov Gündüz Həbib oğlu olduğu qeyd edilir. MMC-nin nizamnamə kapitalı 10 manatdır, əldə etdiyi dövlət sifarişləri Abşeron, Ağcabədi və Kürdəmir rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binasının, fərdi evlərin, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləridir.
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI



















Bunlardan biri Abşeron rayonu ərazisində tikilən 54 mənzildən ibarət olan 9 mərtəbəli 37 nömrəli binadır. Binanın smeta dəyəri 3.018.491 manatdır.
Ötən ilin fevralında fond Göyçay rayonunda 80 mənzillik yaşayış binasının tikintisinə dair «AZ.İnşaat-M.V.» MMC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 4 milyon 891,447 min manat təşkil edir.
Fond tərəfindən Şeylanlı qəsəbəsində 98 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün daha bir tender keçən ilin noyabrında “AZ.İnşaat-M.V.” ММC-yə həvalə olunub. Bu layihə üzrə dövlət sifarişinin dəyəri 6 milyon 963 min 828 manat təşkil edir. Sadə kalkulyasiya hesablaması ilə 3 otaqlı kürsülü bir məcburi köçkün evi nə az-nə çox 71 min manatdan baha hesablanıb. Tikinti mütəxəssislərinin rəyinə görə belə fərdi həyət evlərinin tikintisi tikinti materiallarının mövcud parakəndə satış qiymətləri ilə 25-30 min manata başa gəlir.
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI



















“AZ.İnşaat-M.V.” MMC-nin adı əvvəlki illərdə Təhsil Nazirliyinin tenderlərində də keçir. Belə ki, MMC 2010-cu ildə Təhsil Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişləri əsasında Qaradağ r. D. Bəkirov ad. uşaq bağçasının təmirinə 46 867, Qaradağ r. 253 saylı orta məktəbin təmirinə isə 44 634 manat vəsait alıb.
“AZ.İnşaat-M.V.” MMC 2016-cı ilin fevralında qonşu Gürcüstanda tikinti sahəsində fəaliyyət göstərmək üçün bu ölkənin Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyində də öz filialını qeydiyyatdan keçirib.
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI



















İndi keçək Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq tenderlərində "qalib" edilmiş şirkətin sirli təsisçisinin kimliyinə. Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyinə təqdim edilmiş sənədlərə görə, “AZ.İnşaat-M.V.” MMC 2007-ci ilin yanvarın 23-də təsis edilib. Əlavələrdə təqdim etdiyim sənədlərdə də qeyd olunduğu kimi şirkətin təsisçisi 100 faizlik pay hüququ ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon bina 29/69 ünvanında qeydiyyatda olan ABBASZADƏ MAHİR TAPDIQ oğludur. Bəli, 2015-ci ildən Milli Məclisin deputatı və 2018-ci ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilmiş Mahir Abbaszadə!
Şirkəti təsis etdiyi dövrdə o, "Zaminbank" ASC-nin "Gənclik" filialına rəhbərlik edib. Hansı ki, həmin bankın rəhbəri Nadir İsmayılov barəsində bu ayın əvvəlində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməldaşları tərəfindən 20 milyon manat vəsaitin mənimsənilməsi ittihamı həbs edilib.
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI



















Yeri gəlmişkən Mahir Abbaszadənin qardaşı, "Nikoil Bank"ın Sumqayıt filialının müdir müavini Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas) da ötən il mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi. Lakin deputat qardaşını həbsdən qurtara bilmişdi.
Mahir Abbaszadə parlamentdə özünün məcburi köçkün olduğu Laçın rayonunu təmsil edir, o, 1975-ci ildə Laçın rayonunun Güləbrid kəndində anadan olub.
Müsahibələrində deyir: "ELİ, OBASI PƏRƏN- PƏRƏN DÜŞƏN İNSANLARDAN BİRİ DƏ MƏNƏM".
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI












Sənədlərdə qeyd edilir ki, 2012-ci aprelində Mahir Abbaszadə şirkəti Laçın rayonunun Güləbrid kəndindən olan yaxın qohumu İMRANOV VÜQAR İMRAN oğlunun adına keçirib. Buna qədər Vüqar İmranov şirkətin qanuni təmsilçisi olub.
Bəs Vüqar İmranov kimdir? MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL İNKİŞAF FONDUNUN saytında (http://www.sfdi.gov.az/font-haqqinda-rehberlik)
qeyd olunur ki, o, 2018-ci ilin noyabrında Mahir Abbaszadə tərəfindən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda direktor müavini vəzifəsinə təyin olunub.
Baxın, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda rəhbəri, onun müavini dövlət büdcəsindən ayrılmış külli-miqdarda vəsaiti birbaşa öz ciblərinə yönəldirlər. Həm də çəkinmədən, açıq şəkildə!
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI




















Mahir Abbaszadənin müavini Vüqar İmranov şübhəli tenderlər və Gürcüstandakı şirkətlə bağlı sualları cavabsız qoydu.
Hər halda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mahir Abbaszadənin fondun 15 milyonluq sifarişlərini öz şirkətinə həvalə etməsinə niyə göz yumruğunu izah etməli, başqa sözlə hansı maraqlarının olduğuna komitə özü aydınlıq gətirməlidir.

Adları qeyd olunanların mövqeyini dərc etməyə hazırıq:
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI

Tarix:27-07-2020, 18:15 Baxış Sayı:256 Kateqoriya:gundem / sosial / hadise / maraqli / ustxeber
SON XƏBƏRLƏR
Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Metropoliten işçi qəbulu elan edib
Sabah bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək
Məmur övladının avtomobil kolleksiyası/Foto
Korona xəstəsi Bakıdan qaçmaq istədi, tutuldu
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Çarəsiz durumda olan vətəndaşın dərdinə məlhəm olmayan İcra başçısı-Video
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib
Millət vəkili Dubayda iki oğlunun təhsil alması üçün 300 min dollar xərcləyib
Mobil qruplar Abşeronda təbliğat aparır
Sabahın havası açıqlandı
"Azərsu" ASC-nin sədrinə məxsus dəb-dəbəli villası-Foto
Düşmən atəşkəs rejimini pozdu
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Ucar rayon İcra hakimiyyətində korrupsiya halları baş verir?-bir qrup şəxslər tərəfindən ağır ittiham/Video-Foto
Daha bir iri məmur övladının xaricdə olan biznesi-Foto
Qaydalara əməl olunmadı - 9 nəfər...
"Su hara gedir, niyə itir" sualının cavabı-Foto
Sabahın havası açıqlandı
Təbriz Məhərrəmoğlu: "Hədəfimiz təkcə ölkəmizdə deyil, ölkədən kənarda da tanınmaqdır"
Bu gündən bəzi səhalərin fəaliyyətinə icazə verildi
Beyləqan Rayon Polis Şöbəsi uğurlu əməliyyat keçirib ,saxlanılanlar var-FOTO
Deputat oğluna məxsus milyonluq mülk/Foto
Sabah 38 dərəcə isti olacaq
Metro niyə açılmır? - Səbəb açıqlandı
Deputat növbəti videoqəbul keçirdi – FOTOLAR
“Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir” ÖZƏL-MÜNASİBƏT
Daha bir məmurun mülklərinin siyahısı
Sabahın hava proqnozu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla