Hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir

Hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir






Hər ölkədə az və ya çox səviyyədə kölgə iqtisadiyyatı mövcuddur və bir neçə il əvvələ kimi ölkəmizdə gizli iqtisadiyyat və yaxud da kölgə iqtisadiyyatının həcmi kifayət qədər geniş idi.

Azərbaycanda xüsusilə qeyri-rəsmi məşğulluq, ikili mühasibatın aparılması kimi xarakterik yayınmalar geniş yayılmış, işçilərlə əmək müqavilələrinin bağlanmaması və ya qeyri-rəsmi ödəmələrə üstünlük verilməsi sadəcə adi bir “biznes təcrübəsinə” çevrilmişdi. Hal-hazırda isə aparılan mübarizə tədbirlərinin nəticəsində vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb və mühüm uğurlara nail olunub. Belə ki, dövlət büdcəsinə daxilolmaların həcmi artıb, qeyri-leqal məşğulluğun qarşısının alınmasında əhəmiyyətli irəliləyiş əldə olunub və maliyyə intizamı artırılıb.
Aparılan ciddi islahatlar və dəyişikliklərlə 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələmişdir. Eyni zamanda son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır. Lakin qeyri formal məşğulluqla sadəcə dövlətin mübarizə aparmağı kifayət deyil. Eyni zamanda vətəndaşlar da bu işdə maraqlı olmalı və işəgötürəndən bunu tələb etməlidirlər. Çünki, əks təqdirdə vətəndaşlar dövlətin maliyyə dəstəyinin böyük hissəsindən kənarda qalır, işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilmirlər. İşəgötürənlər də bu işdə eyni dərəcədə maraqlı olmalıdırlar. Xüsusilə pandemiya dövründə biz bunun şahidi olduq. Belə ki, dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə etdi. Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi.
Bununla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir. Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi. Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində, daha sonra ikinci dəfə iyun ayı üçün “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi tapşırıldı. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı. Beləliklə, koronavirus dövrünün “acı nəticələri” bir daha təsdiq etdi ki, hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Bu həm dövlət, həm sahibkar, həm də vətəndaş üçün ən düzgün olandır.
Ölkə başçısının qeyd etdiyi kimi “burda təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar…” Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətinin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcəkdir.
(Yenigundem.az)

Tarix:29-07-2020, 13:29 Baxış Sayı:88 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
Bakıda 29 dərəcə isti olacaq
Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirildi
"HARDTalk" verlişi Paşinyanın zəifləyən reytinqini daha da aşağı saldı" ÖZƏL-MÖVQE
TƏBİB-dən ölkəyə koronavirus peyvəndlərinin gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasına icazə verildi - RƏSMİ
Deputat: “Ermənilərin bütün bu separatçı, işğalçı hərəkətlərinin qarşısını almağın bircə yolu var – Azərbaycan işğal altında olan torpaqlarını azad etməlidir”
"Rusiyanın qeyri-adekvat münasibəti münaqişənin həllində maraqlı olmadığını göstərmiş oldu” ÖZƏL-MÜNASİBƏT
Ceyhun Məmmədov:Azərbaycanın xarici siyasət xəttində artıq yeni dönəm başlayıb
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Sabahdan Bakıda daha bir qadağa qüvvəyə minir - RƏSMİ
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Metropoliten işçi qəbulu elan edib
Sabah bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək
Məmur övladının avtomobil kolleksiyası/Foto
Korona xəstəsi Bakıdan qaçmaq istədi, tutuldu
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Çarəsiz durumda olan vətəndaşın dərdinə məlhəm olmayan İcra başçısı-Video
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib
Millət vəkili Dubayda iki oğlunun təhsil alması üçün 300 min dollar xərcləyib
Mobil qruplar Abşeronda təbliğat aparır
Sabahın havası açıqlandı
"Azərsu" ASC-nin sədrinə məxsus dəb-dəbəli villası-Foto
Düşmən atəşkəs rejimini pozdu
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Ucar rayon İcra hakimiyyətində korrupsiya halları baş verir?-bir qrup şəxslər tərəfindən ağır ittiham/Video-Foto
Daha bir iri məmur övladının xaricdə olan biznesi-Foto

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla