“Günün Qəhrəmanları” müsabiqəsinə müraciətlərin qəbulu davam edir!

“Günün Qəhrəmanları” müsabiqəsinə müraciətlərin qəbulu davam edir!



















“Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə keçirilən “Günün Qəhrəmanları” yazı müsabiqəsinə müraciətlərin qəbulu 10 avqust tarixinədək davam edir. Müsabiqə pandemiya ilə mübarizə dövründə fədakarcasına gündəlik işlərini icra etməyə davam edən bütün insanların hekayələrini və sosial təşəbbüslər haqqında yazıları bir araya toplayır. Bugünədək layihədə iştirak üçün 60-dan çox sorğu qəbul edilib.

“Koronavirusla mübarizə dövründə iş başında vətəndaşlara xidmət edən hər bir kəsin ümumi mübarizəmizə qatdığı töhfə çox qiymətlidir. Bu müsabiqənin həyata keçirilməsində də əsas məqsədimiz əhaliyə bu qəhrəmanları tanıtmaq, bununla da sosial məsuliyyətin təşviqinə dəstək olmaqdır”, - deyə TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

“Nar” olaraq pandemiya başlayan ilk gündən bəri KSM strategiyamız çərçivəsində həm müştərilərimiz, həm də cəmiyyət üçün faydalı ola biləcək müxtəlif layihələr həyata keçirmişik. “Günün Qəhrəmanları” müsabiqəsi də bizə koronavirusa qarşı mübarizədə fadəkarcasına çalışan insanlar və layihələri tanıtmaq üçün xüsusi imkan yaradır”, - deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov qeyd edib.

Xatırladaq ki, müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən məzmunun keyfiyyətinə və daşıdığı sosial mesaja əsasən müəyyənləşdiriləcək. Qaliblər isə müvafiq olaraq Samsung S10+ , Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Müsabiqədə həm jurnalistlər, həm də sosial media istifadəçiləri iştirak edə bilərlər. Şərtləri bir daha nəzərinizə çatdırırıq:

1) Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında danışılan şəxsdən yayımla bağlı razılığın alınmasıdır.

2) Məqaləyə razılıq əsasında foto və videolar da əlavə edilə bilər.

3) Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz dilindən də yazıla bilər.

4) Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.

5) Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər “MS Word” faylında media@azerfon.az elektron ünvanına göndərməlidirlər. 6) Sosial media istifadəçiləri də eynilə, hekayələrini media@azerfon.az elektron ünvanına göndərməlidirlər. Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər. ( #GününQəhrəmanları #Nar #TƏBİB). Əlavə suallar yarandığı təqdirdə, media@azerfon.az elektron ünvanına yaza bilərsiniz

Tarix:29-07-2020, 17:49 Baxış Sayı:61 Kateqoriya:gundem / sosial / maraqli
SON XƏBƏRLƏR
İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
Bakıda 29 dərəcə isti olacaq
Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirildi
"HARDTalk" verlişi Paşinyanın zəifləyən reytinqini daha da aşağı saldı" ÖZƏL-MÖVQE
TƏBİB-dən ölkəyə koronavirus peyvəndlərinin gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasına icazə verildi - RƏSMİ
Deputat: “Ermənilərin bütün bu separatçı, işğalçı hərəkətlərinin qarşısını almağın bircə yolu var – Azərbaycan işğal altında olan torpaqlarını azad etməlidir”
"Rusiyanın qeyri-adekvat münasibəti münaqişənin həllində maraqlı olmadığını göstərmiş oldu” ÖZƏL-MÜNASİBƏT
Ceyhun Məmmədov:Azərbaycanın xarici siyasət xəttində artıq yeni dönəm başlayıb
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Sabahdan Bakıda daha bir qadağa qüvvəyə minir - RƏSMİ
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Metropoliten işçi qəbulu elan edib
Sabah bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək
Məmur övladının avtomobil kolleksiyası/Foto
Korona xəstəsi Bakıdan qaçmaq istədi, tutuldu
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Çarəsiz durumda olan vətəndaşın dərdinə məlhəm olmayan İcra başçısı-Video
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib
Millət vəkili Dubayda iki oğlunun təhsil alması üçün 300 min dollar xərcləyib
Mobil qruplar Abşeronda təbliğat aparır
Sabahın havası açıqlandı
"Azərsu" ASC-nin sədrinə məxsus dəb-dəbəli villası-Foto
Düşmən atəşkəs rejimini pozdu
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Ucar rayon İcra hakimiyyətində korrupsiya halları baş verir?-bir qrup şəxslər tərəfindən ağır ittiham/Video-Foto
Daha bir iri məmur övladının xaricdə olan biznesi-Foto

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla