Qərbdə demokratiyanın milli, irqi və dini mənafelərə uyğun təhrif edilmiş formasının inkişafı aşkar olaraq görünməkdədir

Qərbdə demokratiyanın milli, irqi və dini mənafelərə uyğun təhrif edilmiş formasının inkişafı aşkar olaraq görünməkdədir





Son illərdə tez-tez Kütləvi İnformasiya Vasitələrində (KİV) ABŞ-da baş verən polis zorakılığı və insanların hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına dair məlumatlar daha çox yer alır.

​İyulun 28-də ABŞ-ın nüfuzlu “NewYorkTimes” qəzetində Nyu-York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması dünyada, həm də demokratiyanın beşiyi sayılan ABŞ-da baş vermiş ilk belə hadisə deyil. Polis zorakılığı ilə bağlı daha əvvəllər də anoloji faktlar olub. Eyni zamanda bu kimi hallar təkcə Birləşmiş Ştatlarda baş vermir. İnsan haqları, demokratiya, qanunun aliliyində nümunə kimi təqdim edilən Avropanın mərkəzində də bu cür çoxsaylı xoşagəlməz nümunələr var.
​Kifayət qədər hər kəsə agahdır ki, bu gün həm ABŞ-da, həm də Qərbi Avropada nümayişlər və mitinqlər əleyhinə sərt üsullardan istifadə olunur. ABŞ və Avropada geniş vüsət alan mitinqlərdə hökumət qüvvələrinin aksiya iştirakçılarına qarşı ən amansız metodlardan istifadə etməsi, polisin etirazçılara, eləcə də sıravi vətəndaşlara qarşı rəftarına göz yumulması “demokratiya ixracatçısı” olan bu ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulduğuna təməlli nümunədir. Beləliklə, qərbdə demokratiyanın milli, irqi və dini mənafelərə uyğun təhrif edilmiş formasının inkişafı aşkar olaraq görünməkdədir.
​Baş verən son hadisələrdə də polisin öz səlahiyyət həddini aşması açıq-aşkar görünür. Bəlkə də elə burada qaydaların əməl edilməsinə düzgün nəzarət yoxdur. Ümumiyyətlə ABŞ hər zaman başqalarına münasibətdə o fikirləri səsləndirir ki, guya müxtəlif ölkələrdə insanların hüquq və azadlıqları pozulur.

Təbii ki, bu, başa düşüləndir. Çünki Amerika böyük dövlət olmaqla yanaşı bir çoxlarının zəif nöqtələrinə diqqəti yönəltməyə də çalışır. Reallıq odur ki, onların təsir və təzyiq riçarqları da böyükdür. Eyni zamanda bu o zaman uğurla nəticələnə bilərdi ki, özündə baş verən zorakılıq hallarının da qarşısı dərhal alınsın. Çünki biz orada şahidi oluruq ki, insanlara qarşı zorakılıq sərgiləyən polislər məhkəmə tərəfindən bəraət də alırlar. Təbii ki, bu da bir qədər düşündürücü məsələlərdir.
​ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsi, eyni zamanda Nyu-York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olsa da nədənsə hər dəfə özünü müxalifət adlandıran bəzi antimilli qüvvələr tərəfindən sanki görməzdən gəlindi. Bundan öncə dəfələrlə Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilir, oların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər. Baş verən hadisəyə qarşı səssiz qalmaq isə bir daha bu məxluqların hansı “demo” kratiyaya sahib olmasından xəbər verir.

(Yenigundem.az)

Tarix:30-07-2020, 14:12 Baxış Sayı:98 Kateqoriya:gundem / siyaset / sosial / maraqli
SON XƏBƏRLƏR
“Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir” ÖZƏL-MÜNASİBƏT
Daha bir məmurun mülklərinin siyahısı
Sabahın hava proqnozu
190 manatın bu şəxslərə verilməsi dayandırıldı - RƏSMİ
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto
Parlament işsizliklə bağlı sənədi təsdiqlədi
“Instagram”da “TikToka”a bənzər yenilik
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Sabah hava necə olacaq?
Peşə təhsilinin əhəmiyyəti barədə
Milli Məclisin növbəti iclası keçirilir
Polis əməliyyat keçirdi: Tutulanlar var
Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır
Metro ilə bağlı rəsmi qərar verildi
AQC VƏ QAİ-nin NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLMİŞDİR
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
Rayona getmək üçün icazələr belə alınacaq
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Məhkəmədə barəsində ədalətsiz qərar çıxarılımasına etiraz edən jurnalist
Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
Bu çimərliklər istifadəyə yararlıdır - Rəsmi açıqlama
DİN-dən xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA
Azərbaycan dövləti bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq
"Həm keçən ay, həm də bu ay üçün 190 manat verilməlidir" - Deputatdan AÇIQLAMA
Sabah Bakıda yağış yağacaq
DİN-dən rayonlara gediş-gəlişə hansı hallarda icazə veriləcəyi ilə bağlı AÇIQLAMA
Sumqayıt və Novxanı bələdiyyələrinin sədrləri cərimələnib - MƏBLƏĞ
Neft Daşlarında dalğa 5 metrə çatıb - Faktiki hava
Pensiyalarla bağlı millət vəkilindən VACİB AÇIQLAMA
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla